Tapılan ümumi test sayı : 28

Saray ədəbiyyatı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsasən, fars dilində yazılırdı.
B) Əsas mövzusu hökmdarların tərifi idi.
C) Ölkədə baş verən hadisələrin təsviri əsas mövzulardan biri idi.
D) Qəzəl janrına daha çox üstünlük verilirdi.
E) Saraylarda yarandığı üçün belə adlanır.
"Kuhikən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb atmışam min dağı bir dırnağilən" beytində hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) mübaliğə
B) epitet
C) litota
D) metonimiya
E) təşbeh
XVI əsrdə yaşamış, ana  dilində qəzəl, qoşma və poema yazmış şair:
A) Şah İsmayıl Xətai
B) Məhəmməd Füzuli
C) Həbibi
D) İmadəddin Nəsimi
E) Fədai
N.Nərimanovun eyni adlı nəsr və dram əsəri:
A) "Nadanlıq"
B) "Bir kəndin sərgüzəşti"
C) "Bahadır və Sona"
D) "Nadir şah"
E) "Pir"
Nümunə Nizaminin hansı əsərindəndir?
Büzürgümid adlı bir alim vardı,
Ağlı, istedadı gün tək parlardı.
Yeri qarış-qarış dolaşmışdı o,
Fikriylə göylərə ucalmışdı o...
A) "Leyli və Məcnun"
B) "İsgəndərnamə"
C) "Yeddi gözəl"
D) "Xosrov və Şirin"
E) "Sirlər xəzinəsi"
"Qürub çağı bir yetim", "Ana", "Ölkəm" şerlərinin müəllifi:
A) A.İldırım
B) H.Cavid
C) M.Müşfiq
D) Ə.Cavad
E) C.Cabbarlı
N.Vəzirovun yaratdığı müsbət ziyalı:
A) Rüstəm bəy
B) Əşrəf bəy
C) Cənnətli ağa
D) Aslan bəy
E) Bayraməli bəy
Aşağıdakı sənətkarlardan biri maarifçi-realist ədəbiyyatın nümayəndəsi deyil:
A) Seyid Əzim Şirvani
B) Abbasqulu ağa Bakıxanov
C) Mirzə Fətəli Axundzadə
D) Xurşidbanu Natəvan
E) İsmayıl bəy Qutqaşınlı
Şerin janrını müəyyənləşdirin:
Ağardı başım,
Yoxdur sirdaşım.
Qohum-qardaşım
Bu balama qurban.
A) layla
B) sayaçı sözü
C) holavar
D) oxşama
E) bayatı
Cənubi Azərbaycan mövzusunda silsilə şerlər yazmış şair:
A) R.Rza
B) Ə.Cavad
C) S.Vurğun
D) S.Rüstəm
E) A.İldırım
Təmsil haqqında hansı fikir səhvdir?
A) əxlaqi-tərbiyəvi səciyyə daşıyır
B) lirik növün ən qədim janrlarından biridir
C) əsasən nəzmlə yazılır
D) şəxsləndirmə əsasında yaradılır
E) həcmcə kiçik olur
Hansı cərgədə hər iki sözü omonim kimi işlətmək mümkündür?
A) baş, ev
B) ürək, könül
C) çay, yaş
D) top, külək
E) qapı, həyat
Yazılışı ilə tələffüzündə fərq olan sözlərin sırasını müəyyənləşdirin:
A) yarpaq, doqquz, pələng, çəkic
B) vətəndaş, parta, imla, papaq
C) qospital, səpin, bişmiş, kəskin
D) məktəb, iynə, ulduz, ürək
E) torpaq, ana, dəftər, alma
Hansı cümlədə fel xəbər şəklinin hekayəsində işlənib?
A) O, təbiətin qoynunda dincəlməyi sevirdi.
B) Orxan qəsdən cavab vermədi.
C) Tapşırığı gərək tez icra edəydim.
D) Mikrorayona gedən avtobus bir azdan gəlməli idi.
E) Biz meşədən cır meyvə yığası idik.
"-qın4" şəkilçisi ilə düzələn sözlərdən biri sifət deyil:
A) tutqun
B) coşqun
C) küskün
D) kəskin
E) basqın
Ümumi şəxsli cümləni göstərin:
A) Hava sakit idi.
B) Elə bil, bütün işi ona tapşırmışdılar.
C) Danışır və göstərir Bakı.
D) Cücəni payızda sayarlar.
E) Dördüncülər qalib gəldilər.
Tərəfləri isimdən düzələn  mürəkkəb sözlərin sırasını müəyyənləşdirin:
A) ayaqqabı, kəklikotu, qolbaq, dəvədabanı
B) Qurbanəli bəy, yadelli, ağcaqanad, qırxayaq
C) Məmmədəli, dilişirin, beşaçılan, yerkökü
D) Çənlibel, Daşdəmir, Banuçiçək, uzundərə
E) köhnəfikirli, üçbucaq, qovhaqov, üzüsulu
"Vətəndaş", "cənab" sözləri nitq etiketlərininhansı növünə daxildir?
A) alqış
B) görüşmə
C) təbrik
D) müraciət
E) ayrılma
Feli xəbərli cümləni göstərin:
A) Anam dostumu öz balası kimi sevirdi.
B) Hər tərəf tərtəmiz idi.
C) Görünən yaraşıqlı ev bizimdir.
D) Müşfiq xalqımızın böyük şairidir.
E) Gələn uşaqların anasıdır.
"Bu mənzərəyə həyəcansız tamaşa etmək mümkün deyildi" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) mübtəda, xəbər, tamamlıq, təyin
B) mübtəda, xəbər, tamamlıq
C) mübtəda, xəbər
D) mübtəda, xəbər, tamamlıq, təyin, zərflik
E) mübtəda, xəbər, tamamlıq, zərflik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top