Tapılan ümumi test sayı : 28

Arzu ədatları işlənmiş cümləni göstərin:
1.  Sənin təki dostu olan xoşbəxtdit.
2.  Barı çəkdim, yol saldım.
3.  Barı gəlib çıxaydım.
4.  Məgər mən bunu bilmirəm?
5.  O heç də rahat deyildi, təki oğlunun işləri yaxşı gedəydi.
A) 4, 5
B) 3, 5
C) 1, 4
D) 2, 3
E) 3, 4
"Bu torpağa elə oğul lazımdır ki, onun qeyrətini çəkə bilsin" nümunəsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) yer budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) təyin budaq cümləsi
E) xəbər budaq cümləsi
Səhv yazılmış sözü tapın:
A) xətt
B) qəhrəman
C) xətkeş
D) sərhədd
E) xətsiz
"Çalğıçılar çalır, toy sahibi qonaqları qarşılayır, gənclər isə ortalıqda süzürdülər" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) qarşılaşdırma
B) aydınlaşdırma
C) ardıcıllıq
D) səbəb-nəticə
E) zaman
Hansı cərgədə bütün açıq saitlər verilmişdir?
A) a, o, e, ö, ə
B) e, ə, ö, i, o
C) a, ı, o, u, e
D) ı, i, u, ü
E) e, ə, i, ö, ü
Modal söz olan cərgəni göstərin:
1. Bəlkə, sən razı deyilsən.
2. Mətləbi qısa desək, vaxta qənaət etmiş olarıq.
3. Aha, sən də getmək istəyirsən?
4. Məhz səni nəzərdə tutmuşam.
5. Deyəsən, işimiz yaxşı gedir.
A) 3, 4
B) 2, 3
C) 1, 5
D) 2, 5
E) 1, 4
Terminlərdən ibarət olan cərgəni göstərin:
A) çay, qaz, divan
B) riyaziyyat, inteqral, tənlik
C) göz, burun, qol
D) xəbər, mübtəda, çörək
E) ata, neftçi, müğənni
Qeyri müəyyən təsirlik halın sualı hansıdır?
A) nəyə?
B) nəyi?
C) nəyin?
D) nədə?
E) nə?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top