Tapılan ümumi test sayı : 28

Nəriman Nərimanovun  "Nadir şah" əsərində Nadir kimin tövsiyələrindən sonra quldurluqdan əl çəkib İranın xilası naminə fəaliyyət göstərməyə and içir?
A) Şah Təhmasın
B) Gürcü bəyin
C) Gülcahanın
D) Mirzə Mehdinin
E) Cavadın
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilib?
Yaxşı ki, qızını sevir ürəkdən,
Yaxşı ki, zövq alır "bala" deməkdən.
Yaxşı ki, Ülkər də çox sevir onu,
Bilmir müqəssirin kim olduğunu.
A) təkrir
B) metafora
C) metonimiya
D) bədii təzad
E) mübaliğə
Hansı obraz M.F.Axundzadə komediyalarındakı qadın obrazlarına daxil edilə bilməz?
A) Səkinə
B) Şərəfnisə
C) Pərzad
D) Sona
E) Səadət
Repressiya qurbanı olmuş sənətkarları göstərin:
1. S.Hüseyn                4. C.Cabbarlı
2. S.Rüstəm                5. Y.V.Çəmənzəminli
3. M.Rahim                  6. R.Rza
A) 5, 6
B) 4, 5
C) 1, 4
D) 1, 5
E) 2, 3
Aşağıdakı sözlər Nizaminin hansı qəhrəmanına məxsusdur?
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
A) Leyli
B) Məhinbanu
C) Nüşabə
D) Fitnə
E) Şirin
Heca vəznli şeri ilk dəfə divan ədəbiyyatına gətirən şair kimdir?
A) Xətai
B) Həsənoğlu
C) Qazi Bürhanəddin
D) Xaqani
E) S.Ə.Şirvani
S.Ə.Şirvani "Əkinçi"dən sonra hansı qəzetdə fəal iştirak etmişdir?
A) "Ziya"
B) "Həyat"
C) "İrşad"
D) "Şərqi-Rus"
E) "Kaspi"
 "Kitabi-Dədə qorqud dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
A) Düşmənlərin güclü olması ilə
B) Düşmənlərin daha yaxşı silahlanması ilə
C) Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
D) Oğuzların sülhsevərliyi ilə
E) Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutması ilə
S.Vurğunun bu əsərlərindən biri Dövlət mükafatına layiq görülmüşdür:
A) "Aygün" mənzum romanı
B) "Muğan" poeması
C) "Komsomal poeması"
D) "Zəncinin arzuları" poeması
E) "Vaqif" dramı
Rübai haqqındakı fikirlərdın hansı səhvdir?
A) dörd misradan ibarət olur;
B) misralarda hecaların sayı 7 olur;
C) əsasən, əruz vəznində yazılır;
D) ictimai, fəlsəfi və əxlaqi məzmun daşıyır;
E) qafiyə quruluşu, aaba şəklində olur
"us", "damu", "nəsnə", "daqqa" nümunələri hansı söz qurupuna aiddir?
A) neologizmlər
B) terminlər
C) köhnəlmiş sözlər
D) dialekt sözləri
E) alınma sözlər
Tələffüzü ilə yazılışı eyni olan qoşasamitli sözlərin cərgəsini göstərin:
A) millət, amma, hissə
B) səkkiz, Məkkə, diqqət
C) güllə, taqqıltı, həssas
D) hoppanmaq, rəssam, hətta
E) doqquz, doqqaz, baqqal
Fellərdən biri şərt şəklinin rəvayətində işlənib:
A) gəlsə idi
B) olsa idi
C) gəlsəydi
D) almalısa
E) oxusa imiş
Dilçilik elminin hansı sahəsi ümumi dilçilikdə həmdə leksikoqrafiya adlanır?
A) frazeologiya
B) sintaksis
C) dialektologiya
D) lüğətçilik
E) morfologiya
Azaltma dərəcəsində olan sifətlərdən ibarət cərgəni göstərin:
A) şirintəhər, qapqara, sarı
B) lap gözəl, daha yaxşı, qıpqırmızı
C) bolluca, tünd-yaşıl, göyümtül
D) uzunsov, sarımtıl, qırmızımtıraq
E) kiçik, cavan, körpə
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Tələbələr iməcilikdə fəal iştirak etdilər.
B) Babalar nəvələrini çox sevirlər.
C) Sözün doğrusunu zarafatla deyərlər.
D) Bəlkə, bu yerlərə bir də gəlmədim.
E) Qonaqları dünən gecə yola saldılar.
"Qaç" sözünə qoşula bilən aşağıdakı şəkilçilərdən hansılar leksik şəkilçilərdir?
1) -qın          2) -ış    3)  -dı       4) -ır     5) -ağan
A) 1, 4, 5
B) 3, 4
C) 1, 2, 5
D) 2, 3, 5
E) 1, 3
Mübtədası II növ təyini söz birləşməsi ilə ifadə olunmuş ismi xəbərli cümləni göstərin:
A) Məktəbin direktoru sözə başladı.
B) Küçə qapısını rənglədilər.
C) İş icraçısı mənəm.
D) Kənd uşaqları yarışda qalib gəldilər.
E) Məktəb direktorlarını seminara dəvət etdilər.
Göstərilənlərdən biri görüşmə etiketlərinə aid deyil:
A) Görüşənə qədər
B) Xoş gəlmişsiniz.
C) Xoş gördük.
D) Sabahınız xeyir.
E) Axşamınız xeyir.
Xəbəri felin vacib şəkli ilə ifadə olunmuş cümləni göstərin:
A) Gərək, bu kitabların hamısını oxuyasan.
B) Yüz ölç, bir biç.
C) Sənədlərin son variantı yazılasıdır.
D) Mən bu gün yola düşməliyəm.
E) Yaman günün ömrü az olar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top