Tapılan ümumi test sayı : 28

"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) dəqiqləndirici
B) arzu
C) əmr
D) qüvvətləndirici
E) məhdudlaşdırıcı
Eyni üzlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) ara sözlər
B) əlavə sözlər
C) əlavələr
D) həmcins üzvlər
E) xitab
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra hansı durğu işarəsi qoyulur?
A) vergül
B) nöqtəli vergül
C) iki nöqtə
D) tire
E) vergül, tire
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Çox dedim, az eşitdi.
B) Sel gəldi, sular bənd-bərəni yuyub apardı.
C) Divarı nəm yıxar, insanı qəm.
D) Gah külək əsir, gah da yağış yağır.
E) Gecə fikir, gündüz fikir,
 Nə yurd salır, nə ev tikir.
Qapalı saitlərin sırasını göstərin:
A) a, o, ö, ü
B) ə, i, e, ö, ü
C) a, ı, o, u
D) ı, i, u, ü
E) o, u, ö, ü
Köməkçi nitq hissələrinə xas olan xüsusiyyətlərdən biri yanlışdır:
A) ayrılıqda cümlə üzvü kimi işlənmir;
B) leksik mənası yoxdur.
C) şəkilçi qəbul etmir;
D) heç bir suala cavab olmur;
E) qrammatik mənaya malik olmur;
Hansı cərgə yalnız Azərbaycan mənşəli sözlərdən ibarətdir?
A) şüşə, buldozer, fəsil
B) şirin, maqnitofon, eynək
C) açar, dəhliz, şüur
D) vərəq, səhifə, müalicə
E) gəlin, qızıl, sevgi
Düzəltmə isimlərin sırasını göstərin:
A) köməkçi, dadlı, qabaqcıl
B) gözəllik, otlaq, təmirçi
C) balaca, qaçağan, dəmirçi
D) dağlıq, qurucu, kəskin
E) qızğın, meşəlik, alma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top