Tapılan ümumi test sayı : 28

"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) qüvvətləndirici
B) məhdudlaşdırıcı
C) əmr
D) dəqiqləndirici
E) arzu
Eyni üzlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) əlavə sözlər
B) həmcins üzvlər
C) əlavələr
D) ara sözlər
E) xitab
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra hansı durğu işarəsi qoyulur?
A) nöqtəli vergül
B) tire
C) vergül, tire
D) vergül
E) iki nöqtə
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Gah külək əsir, gah da yağış yağır.
B) Sel gəldi, sular bənd-bərəni yuyub apardı.
C) Divarı nəm yıxar, insanı qəm.
D) Çox dedim, az eşitdi.
E) Gecə fikir, gündüz fikir,
 Nə yurd salır, nə ev tikir.
Qapalı saitlərin sırasını göstərin:
A) ə, i, e, ö, ü
B) a, ı, o, u
C) o, u, ö, ü
D) a, o, ö, ü
E) ı, i, u, ü
Köməkçi nitq hissələrinə xas olan xüsusiyyətlərdən biri yanlışdır:
A) şəkilçi qəbul etmir;
B) qrammatik mənaya malik olmur;
C) heç bir suala cavab olmur;
D) leksik mənası yoxdur.
E) ayrılıqda cümlə üzvü kimi işlənmir;
Hansı cərgə yalnız Azərbaycan mənşəli sözlərdən ibarətdir?
A) vərəq, səhifə, müalicə
B) şirin, maqnitofon, eynək
C) şüşə, buldozer, fəsil
D) gəlin, qızıl, sevgi
E) açar, dəhliz, şüur
Düzəltmə isimlərin sırasını göstərin:
A) gözəllik, otlaq, təmirçi
B) balaca, qaçağan, dəmirçi
C) qızğın, meşəlik, alma
D) köməkçi, dadlı, qabaqcıl
E) dağlıq, qurucu, kəskin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top