Tapılan ümumi test sayı : 28

Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Qəddar, amansız və intiqamçı bir bəydir.
B) Öz övladını dərin məhəbbətlə sevən atadır.
C) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
D) Oxumağın, maarifin qəddar düşmənidir.
E) Əsərin sonunda öz əməllərindən peşman olur.
M.Hüseynin hansı əsərləri müharibə mövzusunda yazılmışdır?
A) "Daşqın", "Tərlan"
B) "Səhər", "Bahar suları"
C) "Abşeron", "Komissar"
D) "Fəryad", "Ürək"
E) "Alov", "Şamil"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanının surətləri sırasında verilənlərdən biri səhvdir:
A) Eldar
B) İbrahim xan
C) Səfər
D) Vaqif
E) Kazım
"Kitabi-Dədə Qorqud" dastanın hansı qəhrəmanı Qaraca Çobana müraciətlə aşağıdakı sözləri deyir?
Qaranqu axşam olanda qayğılı Çoban,
Qarla yağmur yağanda Çaxmaqlı Çoban,
Qara başım qurban olsun, Çoban, sana.
A) Salur Qazan
B) Şöklü Məlik
C) Burla xatun
D) Dədə Qorqud
E) Uruz
M.F.Axundovun dünyagörüşünün formalaşmasında xüsusi rolu olmuş şəxsiyyət:
A) A.Bakıxanov
B) Q.Zakir
C) Bahar Şirvani
D) M.Ş.Vazeh
E) İ.Qutqaşınlı
"Həzarət, il hesabı barəsində keçən zasdaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktalarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik..."
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesindən götürülmüş bu sözlər hansı surətə məxsusdur?
A) Gülbahara
B) Səməd Vahidə
C) Aslan bəyə
D) Mirzə Məhəmmədəliyə
E) Rüstəm bəyə
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) qəsidə
B) təmsil
C) qəzəl
D) müxəmməs
E) komediya
Nümunə göstərilən şer parçası haqqında fikirlərdən biri səhvdir:
"Könlüm qaranquş tək uçub qoynuna
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhun təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylıq!"
A) Qoşma janrında yazılmış şerin son bəndidir.
B) Misraların daxili bölgüsü 6+5-dir.
C) Bənddə 2-ci və 4-cü misralar qafiyələnmiş, 1-ci və 3-cü misralar isə sərbəst buraxılmışdır.
D) Buradakı "yalı", "halı" sözləri qafiyələnmişdir.
E) "Yaylaq" sözü şerdə rədif kimi işlənmişdir.
N.Gəncəvinin "Xosrov və Şirin" poemasını Azərbaycan dilinə kim tərcümə edib?
A) M.Rzaquluzadə
B) A.Şaiq
C) R.Rza
D) S.Rüstəm
E) S.Vurğun
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə şairlə hökmdar qarşılaşdırılır:
B) Məzmununa və ideyasına görə "Şikayətnamə" əsərini yada salır.
C) Əsər qəsidə janrında yazılıb.
D) Şerin I hissəsində hökmdarın əməlləri və aqibəti göstərilmişdir.
E) Şerin II hissəsində söz mülkünün sultanı olan şairdən danışılır.
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) divan, bağ, ocaq
B) toplama, vurma, çıxma
C) gözəl, qəşəng, yaraşıqlı
D) soruq, təlis, qeysi
E) təhnə, tanıq, bəndərgah
"Süzdən şikayətçiyəm" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm leksik, həm də qrammatik
B) fonetik
C) leksik
D) qrammatik
E) sintaktik
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin:
A) dəftəri, kitabı, şəhəri
B) göyün, yerin, güzgünün
C) kitaba, dərəyə, insana
D) katibə, əfsanə, mərdanə
E) dəftərdə, qutabda, küçədə
Hansı sırada həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər verilmişdir?
A) birgə, təki
B) ancaq, ki
C) necə, axı
D) təkcə, yalnız
E) belə, sanki
Bu işarələrdən biri bəzi saitlərin uzun tələffüz olunmasını göstərməklə yanaşı, bəzən də sözün heca bölümünü bildirir:
A) vergül
B) defis
C) tire
D) apastrof
E) nöqtəli vergül
Deyilişi ilə yazılışı fərqlqənməyən qoşasamitli sözləri göstərin:
A) tıqqıltı, tappıltı, guppultu
B) qüvvət, əvvəl, rəssam
C) səkkiz, hətta, əlbəttə
D) saqqız, doqquz, saqqal
E) əziyyət, xasiyyət, ədəbiyyat
Çoxmənalı söz hansıdır.
A) əmlak
B) ərzaq
C) ələk
D) əmək
E) ətək
Hansı cümlədə təyin işlənmişdir?
A) Əhməd dərslərini yaxşı oxuyur.
B) İstirahət evində hər il yüzlərlə adam dincəlir.
C) Sona yüyürə-yüyürə qardaşının yanına gəldi.
D) Oxuduqlarımı yenidən nəzərdən keçirdim.
E) Körpə mışıl-mışıl yatırdı.
Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü göstərin:
A) mübtəda budaq cümləsi
B) təyin budaq cümləsi
C) xəbər budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) şərt budaq cümləsi
Yazının ən qədim forması:
A) əşyavi yazı
B) fikri yazı
C) həm əşyavi, həm şəkli yazı
D) hərfi yazı
E) şəkli yazı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top