Tapılan ümumi test sayı : 28

Tabe tərəfi sifətlə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) dalğalanan dəniz
B) yun parça
C) hazırcavab uşaq
D) birinci məktub
E) görülmüş iş
İsmi xəbərli şəxssiz cümləni göstərin:
A) Gələn Vəli idi.
B) Tələbələr arasında tənbəllərə çox az təsadüf edilir.
C) Günəşli, sərin və xoş bir gün idi.
D) O, nahaq yerə şübhəyə düşmüşdü.
E) Padşahın əlacı kəsildi.
Düzəltmə sözü göstərin:
A) sınaq
B) çörək
C) kömək
D) bilək
E) ürək
Hansı söz verilən digər sözlərlə eyniköklü deyil?
A) yanacaq
B) yanıq
C) yanğı
D) yanaq
E) yanğın
"Sinif sözünə hansı şəkilçi qoşulduqda kökün son saiti düşür?
A) -siz
B) -in
C) -dən
D) -də
E) -lər
Felin xəbər şəklinin rəvayətində verilmiş nümunəni göstərin:
A) vermişdi
B) görmüşsə
C) görürmüş
D) yazacaqdı
E) oxunmuş
İsimdən sifət düzəldən şəkilçilərin cərgəsini göstərin:
A) -sız4, -lı4, -cıl4, -ı4
B) -ıq4, -lı4, -cıl4, -ı4
C) -ıcı4, -ıq4, - q,- k
D) -ğın4, -aq2, -lar2, -lıq4
E) -maz2, -unc2, -ar2, -çı4
Bu qoşmalardan biri fərqlənmə mənası ifadə etmir:
A) qeyri
B) bəri
C) savayı
D) başqa
E) özgə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top