Tapılan ümumi test sayı : 28

Tabe tərəfi sifətlə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) dalğalanan dəniz
B) yun parça
C) birinci məktub
D) görülmüş iş
E) hazırcavab uşaq
İsmi xəbərli şəxssiz cümləni göstərin:
A) Padşahın əlacı kəsildi.
B) Gələn Vəli idi.
C) Günəşli, sərin və xoş bir gün idi.
D) Tələbələr arasında tənbəllərə çox az təsadüf edilir.
E) O, nahaq yerə şübhəyə düşmüşdü.
Düzəltmə sözü göstərin:
A) çörək
B) ürək
C) bilək
D) sınaq
E) kömək
Hansı söz verilən digər sözlərlə eyniköklü deyil?
A) yanğın
B) yanğı
C) yanaq
D) yanıq
E) yanacaq
"Sinif sözünə hansı şəkilçi qoşulduqda kökün son saiti düşür?
A) -siz
B) -də
C) -lər
D) -in
E) -dən
Felin xəbər şəklinin rəvayətində verilmiş nümunəni göstərin:
A) görmüşsə
B) görürmüş
C) yazacaqdı
D) oxunmuş
E) vermişdi
İsimdən sifət düzəldən şəkilçilərin cərgəsini göstərin:
A) -sız4, -lı4, -cıl4, -ı4
B) -ıcı4, -ıq4, - q,- k
C) -ıq4, -lı4, -cıl4, -ı4
D) -ğın4, -aq2, -lar2, -lıq4
E) -maz2, -unc2, -ar2, -çı4
Bu qoşmalardan biri fərqlənmə mənası ifadə etmir:
A) özgə
B) başqa
C) savayı
D) bəri
E) qeyri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top