Tapılan ümumi test sayı : 28

Nümunədəki mürəkkəb sözlərin neçəsi yaxın mənalı sözlərdən düzəlmişdir?
"Oğul, gecələr od-ocaq olmayanda, yorğan-döşək buz bağlayanda səni nəfəsimlə isitmişəm. Mən ömrümü-günümü pis-yaxşı yaşamışam. Sənə qıymıram, gözümün ağı-qarası təkcə oğlumsan."
A) 2
B) 4
C) 3
D) 5
E) 1
Əmr cümləsini göstərin:
A) Bilsin ana torpaq, eşitsin Vətən.
B) Vətənin neməti nisyan olmaz.
C) Apardı sellər Saranı ...
D) Namiq də gəlsinmi?
E) "Var olsun", "Yaşasın" səsləri hər tərəfi bürümüşdü.
Başlanğıc formasında olan sözlərin cərgəsini göstərin:
A) yazılmış, çalış, gətir
B) çiçəkləndi, başlamaq, fərəhlənmək
C) yaşıllaşır, dostluq, əməllər
D) boxçadaki, çiçəklik, düşərgə
E) meşəlikdir, kolxozda, məktəb
Asılı tərəfi məcazi mənada işlənmiş söz birləşməsini göstərsin:
A) daş bina
B) dərin dəniz
C) şirin dil
D) uşağın yuxusu
E) dəmir qapı
Yazılışı və deyilişi müxtəlif, mənaca eyni və ya bir-birinə yaxın sözləri əhatə edən lüğət növü:
A) terminaloji lüğət
B) sinonimlər lüğəti
C) frazeoloji lüğət
D) omonimlər lüğəti
E) antonimlər lüğəti
Cərgələrdən biri felin lazım şəklində deyil:
A) döyüləsi ət, yuyulası paltar
B) yazasıyıq, oxuyasıdırlar
C) müzakirə ediləsidir, təmizləyəsisiniz
D) tikiləsidir, baxasıyıq
E) qurulasıdır, şərh edəsiyik
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilmişdir:
A) [lə:nət]
B) [təəccüb]
C) [turaç]
D) [səlis]
E) [ma:licə]
"Müğənninin səsi hər yerə yayılmışdı" cümləsində əvəzliyin hansı növü işlənmişdir?
A) şəxs
B) sual
C) qeyri-müəyyən
D) işarə
E) təyini
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top