Tapılan ümumi test sayı : 28

"Üzük aldım, qaşı yox,
Təpə gördüm, daşı yox.
O nədi ki, ağlayır,
Gözlərinin yaşı yox?"    nümunəsi şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) bayatı
B) holavar
C) tapmaca
D) layla
E) ağı
"Əsir Azərbaycanım", "Boğulmayan bir səs", "Neçin şair doğuldum?" şerlərinin müəllifi:
A) M.Şəhriyar
B) M.Müşfiq
C) A.İldırım
D) H.Cavid
E) Ə.Cavad
Bu şairlərdən biri satirik şerlər yazmamışdır:
A) M.Ə,Möcüz
B) Q.Zakir
C) S.Ə.Şirvani
D) S.Ə.Nəbati
E) M.B.Nadim
Bədii təsvir vasitəsini göstərin:
"Saçın kimi qıvrılan dalğalara dalaydım,
 Dalıb ilham alaydım."
A) metonimiya
B) epitet
C) təşbeh
D) sinekdoxa
E) metafora
XIX əsrin  80-ci illərində Bakıda fəaliyyət göstərən ədəbi məclis:
A) "Məclisi-üns"
B) "Məclisi-fəramuşan"
C) "Fövcül-füsəha"
D) "Əncuməni-şüəra"
E) "Məcməüş-şüəra"
Aşağıdakı misralarda Nizami hansı hökmdardan bəhs edir?
Dedi: "Carçı çağır! Eşitsin aləm,
Hər kim zülm eləsə, görəcək sitəm.
Əgər bir at gedib girə tarlaya,
Biri bağdan meyvə, gül oğurlaya
Ən ağır cəzama olacaq düçar!"
Şah and içdi, dedi, sınmaz bu ilqar.
A) İsgəndər
B) Xosrov
C) Şirin
D) Hörmüz
E) Məhinbanu
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) qəsidə
B) lətifə
C) komediya
D) ağı
E) faciə
Zeynəb ("Danabaş kəndinin əhvalatları") nə üçün Xudayar bəyin istəyinə boyun əydi?
A) Oğlu Vəliqulunun xoşbəxtliyi yolunda əngəl oçmaq istəmirdi.
B) Xudayar bəyin onun üçün qurduğu tor keçilməz idi: naçalnikin, qlavanın, qazının, şəriət hökümlərinin xofu onu mənən sındırırdı.
C) Böhtana məruz qalacağından təmiz adının ləkələnəcəyindən qorxurdu.
D) Xudayar bəyin rəzilliyini və hər cür alçaqlığa gedəcəyini yaxşı bilirdi.
E) Əri Kərbəlayı Heydərdən qalan "borcu" ödəməyə imkanı yox idi.
Mehman surəti ilə ("Mehman") bağlı verilənlərdən biri yanlışdır:
A) Əsərin sonunda Qaloşlu adamın və qayınanası Şəhla xanımın qurduğu tordan çıxmaq üçün iradəsi çatmır.
B) Həyat yoldaşı seçməkdə səhv etmişdir və ailəsini "alınmaz qala"ya çevirə bilmir.
C) Gənc hüquqşünasdır, özünü həyatda sınamaq istəyir.
D) Öz arzusu ilə ən ucqar bir rayona gəlir və burada prokuror kimi fəaliyyətə başlayır.
E) Rayonda Murtuzov, Kamilov, Qaloşlu adam kimi düşmənlərlə üz-üzə gəlir.
Göstərilən cəhətlərdən yalnız birini Ş.İ.Xətai yaradıcılığına aid etmək olar:
A) Heca və əruz vəznlərində əsərlər yazmış, yazılı ədəbiyyata şifahi xalq ədəbiyyatının lirik janrlarını gətirmişdir.
B) İlk dəfə Azərbaycan ədəbiyyatında tuyuğ janrında şerlər yazmışdır.
C) Üç dildə şer divanı yaratmışdır.
D) Ana dilində yaranan ictimai-fəlsəfi şerin ilk qüdrətli nümayəndəsidir.
E) Klassik Azərbaycan ədəbiyyatında alleqorik əsərlər müəllifi kimi də şöhrət tapmışdır.
Mənsubiyyət şəkilçili isimlər hansı cərgədədir?
A) tarixi bilmək, misi əritmək
B) əxlaqi dəyərlər, hüquqi dövlət
C) evi tikmək, döşəməni silmək
D) insan taleyi, xalq mənafeyi
E) sürməyi şal, xurmayı saç
Hansı cümlədəki ədat qüvvətləndirmə mənasını bildirir?
A) Məgər bunu bilmirsən?
B) Bu işi Tural bacarar.
C) Elə bu günlərdə kəndə gedirəm.
D) Təki müharibə tez başa çatsın.
E) Artıq gözlədiyimiz gün gəlib çatdı.
Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir?
A) tabelilik
B) murad
C) Məhbubə
D) süzgəc
E) dözüm
Mürəkkəb mübtədalı cümləni göstərin:
A) Gümüş qaşıq aldım.
B) Məktəbin binasını təmir etdilər.
C) Əsrlərin yadigarını göz bəbəyi kimi qorumaq sizə tapşırılır.
D) Uşaq evi üçün ayaqqabı alındı.
E) Günlərin bir günü güclü yağış yağmışdı.
Ərəb və fars dillərindən alınmış sözlərə artırılaraq isimdən sifət düzəldən və ahəng qanununa tabe olmayan şəkilçini göstərin:
A) -lıq
B) -qın
C) -i (-vi)
D) -cıl
E) -qan
Üzürsüz sözünün fonetik təhlilindəki səhv hansı cərgədədir?
A) [z] və [r] cingiltili, [s]-kar samitdir.
B) [üzürsüz] şəklində tələffüz olunur.
C) Vurğu sonuncu hecanın üzərinə düşür.
D) [ü]-incə, qapalı, dodaqlanan saitdir.
E) Sözün hecaları: ü-zür-süz
Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulur?
A) fonetik
B) fonetik və leksik
C) leksik
D) leksik və qrammatik
E) qrammatik
Hansı saylardan əvvəl "ən", "lap", "daha" sözlərini işlətmək olar?
A) yüzlərlə, minlərcə
B) bir qədər, bir çox
C) xeyli, bir sıra
D) beş-altı, iki-üç
E) az, çox
"Üz" sözü hansı cümlədə məcazi mənada işlənmişdir?
A) Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur.
B) Uşağın üzü, gözü toz içində idi.
C) Dənizçinin üzü gündən qaralmışdı.
D) Kişi danışdıqca üzü qızarırdı.
E) Üzündən bilinirdi ki, bərk sevinir.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yol cerilə bilən nitq təzahürləri göstərilmişdir:
A) dialektizimlər, vulqar və loru sözlər, varvarizmlər
B) ümumişlək sözlər
C) alınma sözlər
D) terminlər, peşə-sənət sözləri
E) bədii təsvir və ifadə vasitələri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top