Tapılan ümumi test sayı : 28

Altından xətt çəkilmiş nümunələrdən hansılar bütöv cümlə deyil?
1. -Adın nədir?
-Məhəmməddir.
2. -Məktəbə təzə gəlmisən?
-Bəli, dünən gəlmişəm.
3. -Sən necə oxuyursan?
-Mən pis oxuyuram.
4. -Harada yaşayırsınız?
-H.Cavid prospektində.
5. -Burada da yaxşı oxuyacaqsan?
-Əlbəttə, burada da yaxşı oxuyacağam.
 
A) 1, 4, 5
B) 2, 5
C) 1, 2, 4
D) 3, 5
E) 2, 3, 4
Üzümçülük rayonu birləşməsində üzümçülük sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin:
A) adlıq haldadır, təkdir
B) ümumi mücərrəd isimdir
C) düzəltmə isimdir
D) başlanğıc forması: üzümçülük
E) isimdir, nə? sualına cavab verir
Verilmiş sözlərdən səhv yazılanları göstərin:
1. sədd             2. bulut           3. siyasi          4. kərpiç
5. məşhur         6. corab          7. əskər          8. hədsiz
A) 2, 4, 5, 7
B) 1, 2, 3, 6
C) 3, 4, 5, 8
D) 1, 3, 5
E) 2, 3, 4, 7
Aşağıdakılardan biri Azərbaycan dilinin iltisaqi quruluşu baxımından yanlışdır:
A) Şəkilçilər sözün sonuna artırılır.
B) Sözün kökü dəyişmir və müəyyən leksik məna bildirir.
C) Bir neçə leksik şəkilçi bir-birinin dalınca gələ bilər.
D) Söz yalnız bir qrammatik şəkilçi qəbul edə bilər.
E) Sözləri bir biri ilə əlaqələndirən əsas vasitə şəkilçidir.
II və III növ təyini söz birləşmələrinin tərəfləri  arasındakı əlaqə növünü göstərin:
A) uzlaşma və idarə
B) uzlaşma və yanaşma
C) idarə
D) uzlaşma
E) yanaşma
"Başına ağıl qoymaq" ifadəsini aşağıdakılardan hansına aid etmək olar?
A) III növ təyini söz birləşməsinə
B) frazeoloji birləşməyə
C) I növ təyini söz birləşməsinə
D) II növ təyini söz birləşməsinə
E) feli bağlama tərkibinə
Məchul növdə olan feli göstərin:
A) fikir verildi
B) inanıldı
C) əməl edildi
D) baxıldı
E) tikildi
"Elmin meydanı genişdir, lakin qəbələnin mənzili isə uzaqdır" cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) zaman
B) ardıcıllıq
C) qarşılaşdırma
D) aydınlaşdırma
E) səbəb-nəticə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top