Tapılan ümumi test sayı : 29

Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:
A) Morfoloji hadisədir.
B) Morfonoloji hadisədir.
C) Sırf fonetik hadisədir.
D) Söz yaradıcılığı hadisəsidir.
E) Sintaktik hadisədir.
Nizaminin "Xosrov və Şirin" poemasında hansı obrazın təsvirinə daha çox yer verilmişdir?
A) Şirinin
B) Hörmüzün
C) Xosrovun
D) Məhinbanunun
E) Fərhadın
S.Ə.Şirvaninin hansı janrda yazdığı şerləri daha məşhurdur.
A) müxəmməs
B) qəsidə
C) rübai
D) məsnəvi
E) qəzəl
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Nümunə haqqındakı fikirlərdən hansı səhvdir?
A) Bayatıdır.
B) Hər misrası yeddi hecadan ibarətdir.
C) Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
D) Qafiyələri cinas sözlər üzərində qurulub.
E) Əsas fikir son iki misrada verilib.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xakı-payinə hər gün,
Öpüm ayağını icz ilə, kimdir o?
Nədir o?...
A) "Məhkum Şərqə"
B) "Qürub çağı bir yetim"
C) "Üstünə"
D) "Bahar"
E) "Ana"
Azərbaycan ədəbiyyatında povest janrının ilk nümunəsi:
A) "Şikayətnamə"
B) "Rəşid bəy və Səadət xanım"
C) "İbrahim bəyin səyahətnaməsi"
D) "Kitabi-Əsgəriyyə"
E) "Aldanmış kəvakib"
Oğlanlar sözünün fonetik təhlilində səhvə yol verilib:
A) üç hecalıdır (oğ-lan-lar) və vurğu III hecaya düşür.
B) [ğ], [l], [n], [r] səsləri cingiltili samitlərdir.
C) 8 səsdən ([o], [ğ], [l], [a], [n], [n], [a], [r]) və 8 hərfdən (o,ğe, el, a, en, el, a, er) ibarətdir.
D) [ğ] səsinin kar qarşılığı [q] səsidir, [l], [n], [r] samitlərinin isə kar qarşılığı yoxdur.
E) [o]-qalın, dodaqlanan, açıq; [a]-qalın, dodaqlanmayan, açıq saitdir.
N.Nərimanovun "Nadir şah" əsərində Nadirin göstərdiyi rəşadət nə üçün Şah Təhmas sarayında layiqincə qiymətləndirilmişdi?
A) Nadir elə bilirdi ki, onun böyük qələbələrindən şah onsuz da xəbər tutur, buna görə məktub göndərməyi vacib hesab etmirdi.
B) Şah Təhmas sarayı Nadirin qələbələrindən xəbərsiz idi.
C) Sarayda daxili çəkişmələr olduğundan şahın Nadirin qələbələrini qiymətləndirməyə vaxtı yox idi.
D) Heydər xan paxıllıq ucbatından döyüşdən göndərdiyi qələbə soraqlı məktublarını şaha çatdırmırdı.
E) Şah Təhmas Nadirdən ehtiyat etdiyinə görə onun qəhrəmanlığını kiçiltməyə çalışırdı.
"Koroğlu" dastanında xalq içərisindən çıxmış, öz fərasəti, çətin vəziyyətlərdən çıxmaq bacarığı ilə seçilən, həm mənfi, həm də bəzi müsbət cəhətləri ilə verilən obraz:
A) Bəlli Əhməd
B) Aşıq Cünun
C) Eyvaz
D) Dəmirçioğlu
E) Həmzə
"Kitabi-Dədə Qorqud" dastanlarından götürülən
"Qarla yağış yağanda ər kimi duran"
nümunəsində hansı məcaz növü işlənmişdir?
A) təzad
B) bədii sual
C) metonimiya
D) təşbeh
E) metafora
O, adamlardan rüşvət qoparmağa bir "mədəniyyət" statusu vermişdir. Bu barədə onun xüsusi fəlsəfəsi var. Həmin fəlsəfəyə görə, hədiyyə rüşvət deyil, humanizmdir." Bu cəhətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surətə aid edilə bilər?
A) Əhmədcana
B) Məlahətə
C) Ümidə
D) Dadaşa
E) Barsuka
"Dastani-Əhnəd Hərami" əsəri ilə bağlı fikirlər hansıdır?
1. Həyatın mənfilikləri, insan təbiətində olan pis sifətlər tənqid olunur.
2. Ana dilimizdə yazılan ilk məsnəvidir.
3. Əhməd Hərami ilə Güləndamın məhəbbət macərasından bəhs olunur.
4. Əsərdə göstərilir ki, Güləfrux Güləndamı ölümdən qurtarır və Şiraz şəhərinə gətirir.
5. Həcəz bəhrində yazılmış anadilli epik şer nümunəsidir.
A) 1, 2
B) 1, 3
C) 3, 5
D) 2, 5
E) 3, 4
Mürəkkəb söz hansıdır?
A) ağacdələn
B) Bakı Dövlət Universiteti
C) Həsənzadə
D) Qız qalası
E) 28 may
Sözlərdən biri sifət deyil:
A) çürük
B) qırıq
C) uçuq
D) bilik
E) batıq
Toplu isimləri göstərin:
    1         2            3           4        5      6      7         8        9
çiçək, camaat, yoldaşlıq, naxır, təpə, göl, millət, torpaq, kol
A) 1, 5, 7
B) 1, 3, 7, 9
C) 2, 3, 4, 5
D) 2, 5, 6, 8
E) 2, 4, 7
Cərgələrdən birində yalnız dilçilik elminə aid terminlər verilmişdir:
A) leksika, morfem, sintaktsis, fonetika
B) təyin, fel, nida, funksiya
C) sifət, orfoepiya, qoşma, uzlaşma
D) xəbər, forma, ədat, nitq mədəniyyəti
E) üslub, morfologiya, idarə, söz
"Böyük otaq" və "böyük vəzifə" birləşmələrindəki "böyük" sözü leksik səciyyəsinə görə nədir?
A) antonim
B) sinonim
C) çoxmənalı söz
D) təkmənalı söz
E) omonim
Hansı cərgədəki qoşasamitli sözlərin yazılışı ilə tələffüzüfərqlənmir?
A) əlli, mütəkkə, saqqal
B) ittiham, tappıltı, əlbəttə
C) rəssam, güllə, qüvvə
D) toqqa, doqquz, hətta
E) addım, hoppanmaq, səkkiz
"Həyata ən mahir nəqqaşdır qadın,
Qara daşlara da o zinət verir.
Anadır, bacıdır, yoldaşdır qadın,
Hər ömrə nur verir, hərarət verir"
nümunəsində neçə ismi xəbər işlənmişdir?
A) 1
B) 3
C) 2
D) 4
E) 5
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!" sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) ayrılma
B) müraciət
C) alqış
D) təbrik
E) görüşmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top