Tapılan ümumi test sayı : 29

Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:
A) Sırf fonetik hadisədir.
B) Söz yaradıcılığı hadisəsidir.
C) Sintaktik hadisədir.
D) Morfonoloji hadisədir.
E) Morfoloji hadisədir.
Nizaminin "Xosrov və Şirin" poemasında hansı obrazın təsvirinə daha çox yer verilmişdir?
A) Şirinin
B) Hörmüzün
C) Xosrovun
D) Fərhadın
E) Məhinbanunun
S.Ə.Şirvaninin hansı janrda yazdığı şerləri daha məşhurdur.
A) qəzəl
B) məsnəvi
C) müxəmməs
D) qəsidə
E) rübai
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Nümunə haqqındakı fikirlərdən hansı səhvdir?
A) Əsas fikir son iki misrada verilib.
B) Hər misrası yeddi hecadan ibarətdir.
C) Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
D) Bayatıdır.
E) Qafiyələri cinas sözlər üzərində qurulub.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xakı-payinə hər gün,
Öpüm ayağını icz ilə, kimdir o?
Nədir o?...
A) "Ana"
B) "Qürub çağı bir yetim"
C) "Məhkum Şərqə"
D) "Bahar"
E) "Üstünə"
Azərbaycan ədəbiyyatında povest janrının ilk nümunəsi:
A) "Rəşid bəy və Səadət xanım"
B) "İbrahim bəyin səyahətnaməsi"
C) "Aldanmış kəvakib"
D) "Kitabi-Əsgəriyyə"
E) "Şikayətnamə"
Oğlanlar sözünün fonetik təhlilində səhvə yol verilib:
A) [ğ], [l], [n], [r] səsləri cingiltili samitlərdir.
B) 8 səsdən ([o], [ğ], [l], [a], [n], [n], [a], [r]) və 8 hərfdən (o,ğe, el, a, en, el, a, er) ibarətdir.
C) [o]-qalın, dodaqlanan, açıq; [a]-qalın, dodaqlanmayan, açıq saitdir.
D) [ğ] səsinin kar qarşılığı [q] səsidir, [l], [n], [r] samitlərinin isə kar qarşılığı yoxdur.
E) üç hecalıdır (oğ-lan-lar) və vurğu III hecaya düşür.
N.Nərimanovun "Nadir şah" əsərində Nadirin göstərdiyi rəşadət nə üçün Şah Təhmas sarayında layiqincə qiymətləndirilmişdi?
A) Heydər xan paxıllıq ucbatından döyüşdən göndərdiyi qələbə soraqlı məktublarını şaha çatdırmırdı.
B) Sarayda daxili çəkişmələr olduğundan şahın Nadirin qələbələrini qiymətləndirməyə vaxtı yox idi.
C) Şah Təhmas sarayı Nadirin qələbələrindən xəbərsiz idi.
D) Şah Təhmas Nadirdən ehtiyat etdiyinə görə onun qəhrəmanlığını kiçiltməyə çalışırdı.
E) Nadir elə bilirdi ki, onun böyük qələbələrindən şah onsuz da xəbər tutur, buna görə məktub göndərməyi vacib hesab etmirdi.
"Koroğlu" dastanında xalq içərisindən çıxmış, öz fərasəti, çətin vəziyyətlərdən çıxmaq bacarığı ilə seçilən, həm mənfi, həm də bəzi müsbət cəhətləri ilə verilən obraz:
A) Dəmirçioğlu
B) Eyvaz
C) Bəlli Əhməd
D) Aşıq Cünun
E) Həmzə
"Kitabi-Dədə Qorqud" dastanlarından götürülən
"Qarla yağış yağanda ər kimi duran"
nümunəsində hansı məcaz növü işlənmişdir?
A) metafora
B) təşbeh
C) metonimiya
D) təzad
E) bədii sual
O, adamlardan rüşvət qoparmağa bir "mədəniyyət" statusu vermişdir. Bu barədə onun xüsusi fəlsəfəsi var. Həmin fəlsəfəyə görə, hədiyyə rüşvət deyil, humanizmdir." Bu cəhətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surətə aid edilə bilər?
A) Barsuka
B) Ümidə
C) Dadaşa
D) Məlahətə
E) Əhmədcana
"Dastani-Əhnəd Hərami" əsəri ilə bağlı fikirlər hansıdır?
1. Həyatın mənfilikləri, insan təbiətində olan pis sifətlər tənqid olunur.
2. Ana dilimizdə yazılan ilk məsnəvidir.
3. Əhməd Hərami ilə Güləndamın məhəbbət macərasından bəhs olunur.
4. Əsərdə göstərilir ki, Güləfrux Güləndamı ölümdən qurtarır və Şiraz şəhərinə gətirir.
5. Həcəz bəhrində yazılmış anadilli epik şer nümunəsidir.
A) 1, 2
B) 2, 5
C) 3, 5
D) 1, 3
E) 3, 4
Mürəkkəb söz hansıdır?
A) Bakı Dövlət Universiteti
B) 28 may
C) ağacdələn
D) Qız qalası
E) Həsənzadə
Sözlərdən biri sifət deyil:
A) uçuq
B) batıq
C) bilik
D) qırıq
E) çürük
Toplu isimləri göstərin:
    1         2            3           4        5      6      7         8        9
çiçək, camaat, yoldaşlıq, naxır, təpə, göl, millət, torpaq, kol
A) 1, 3, 7, 9
B) 1, 5, 7
C) 2, 5, 6, 8
D) 2, 3, 4, 5
E) 2, 4, 7
Cərgələrdən birində yalnız dilçilik elminə aid terminlər verilmişdir:
A) üslub, morfologiya, idarə, söz
B) təyin, fel, nida, funksiya
C) xəbər, forma, ədat, nitq mədəniyyəti
D) sifət, orfoepiya, qoşma, uzlaşma
E) leksika, morfem, sintaktsis, fonetika
"Böyük otaq" və "böyük vəzifə" birləşmələrindəki "böyük" sözü leksik səciyyəsinə görə nədir?
A) çoxmənalı söz
B) omonim
C) sinonim
D) antonim
E) təkmənalı söz
Hansı cərgədəki qoşasamitli sözlərin yazılışı ilə tələffüzüfərqlənmir?
A) addım, hoppanmaq, səkkiz
B) toqqa, doqquz, hətta
C) rəssam, güllə, qüvvə
D) ittiham, tappıltı, əlbəttə
E) əlli, mütəkkə, saqqal
"Həyata ən mahir nəqqaşdır qadın,
Qara daşlara da o zinət verir.
Anadır, bacıdır, yoldaşdır qadın,
Hər ömrə nur verir, hərarət verir"
nümunəsində neçə ismi xəbər işlənmişdir?
A) 3
B) 1
C) 5
D) 2
E) 4
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!" sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) ayrılma
C) təbrik
D) müraciət
E) alqış
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top