Tapılan ümumi test sayı : 29

"Ax, bu uşaqlar necə bədzatdırlar,
Lap, deyəsən, cin kimi bir zatdırlar"
nümunəsində köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
A) ədat, modal söz, qoşma
B) bağlayıcı, ədat, modal söz
C) qoşma, modal söz
D) qoşma, bağlayıcı, ədat
E) qoşma, ədat
"İbrahim xan Xəzinə qayasının üstündə qürurla dayanmışdı" cümləsində Xəzinə sözünün qrammatik şərhi ilə bağlı fikirlərdən biri səhvdir:
A) Xüsusi isimdir.
B) Adlıq haldadır.
C) qayasının üstündə sözləri ilə birlikdə cümlənin yer zərfliyidir
D) Tək və konkret isimdir.
E) Quruluşuna görə sadə isimdir.
Hansı sözün tələffüzü düzgün göstərilməmişdir?
A) [sönməx]
B) [annamaq]
C) [inşa:t]
D) [sürtgü]
E) [söyüt]
Hansı lüğətə izahlı lüğət deyilir?
A) sözün qrammatik mənalarını izah edən lüğətə
B)  düzgün yazı qaydalarını izah edən lüğətə
C) sözlərin mənşəyini izah edən lüğətə
D) sözün düzgün tələffüzünü əks etdirən lüğətə
E) sözlərin leksik mənalarını izah edən lüğətə
Cüttərkibli cümlələri müəyyənləşdirin:
1. Tarixdə qalacaq ömür yaşadım.
2. Nə gözəl havadır?!
3. Vurğunun şerlərini çox sevirəm.
4. Adama çox söz deyərlər.
5. Belə işdə gərək heç kimə ümid olmayasan.
A) 2, 3
B) 3, 5
C) 1, 3
D) 1, 2
E) 1, 4
Göstərilənlərdən yalnız birində uzlaşma əlaqəsi var:
A) Xeyirxahlıq savabdır.
B) Kitabları qaytardıq.
C) Ucadan danışmayın.
D) rütubətli hava
E) İndicə gedirik.
Hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edə bilir?
A) dava, müharibə
B) gözəl, göyçək
C) ürək, könül
D) eynək, çeşmək
E) yoxlamaq, sınamaq
Cümlələrdən hansında -mış4 şəkilçisi feli sifət şəkilçisidir?
A) Kiminsə əzabı, fəlakətiymiş
Səadət quşunun yemi, sən demə.
B) Elin biçilməmiş taxılı zəmində qaldı.
C) Mən atamı ötmüşəm, məni ötür övladım.
Bu, belə də olmalı, axı dünya fırlanır.
D) Əsgərin ayağından axan qan yanında göllənmişdi.
E) Aygün orta məktəbi əla qiymətlərlə bitirmişdi.
"Çatışmazlıqların əsas səbəbi bu idi ki, kişilər can-dildən işləmir, bütün ağırlıq qadınların üzərinə düşürdü" tabeli mürəkkəb cümləsinin növünü müəyyən edin:
A) xəbər budaq cümləsi
B) təyin budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) tərzi-hərəkət budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top