Tapılan ümumi test sayı : 26
1)
Sözlərdən birində səslərin sayı hərflərin sayından azdır:
Xəta bildir
A)
suverenlik
B)
addım
C)
müstəqillik
D)
sərbəstlik
E)
minnət
2)
Hansı sözlərdə -dan2 leksik şəkilçidir?
1. qəsdən
2. ucadan
3. çoxdan
4. hərdən
5. əzəldən
6. yorulmadan
7. hamıdan
Xəta bildir
A)
4, 6, 7
B)
1, 2, 6, 7
C)
3, 4, 5, 6
D)
1, 2, 5
E)
2, 3, 4
3)
"Heca vəzninin işlənmə tarixi daha qədimdir. Azərbaycan dilinin fonetik təhlilinə uyğun yaranan heca vəzni ədəbiyyatşünaslıqda milli şer ölçüsü hesab edilir."
Yuxarıdakı mətn hansı üsluba aiddir?
Xəta bildir
A)
elmi
B)
publisistik
C)
məişət
D)
rəsmi-işgüzar
E)
bədii
4)
M.Ə.Sabir aşağıdakı şerlərindən birində İran Milli Məclisinin acınacaqlı taleyini türk zəhmətkeşlərinə xatırladırdı:
Xəta bildir
A)
"Səbr eylə"
B)
"Ruhum"
C)
"Ürəfa marşı"
D)
"Aldanmaram"
E)
"Yatmayın, allahı sevərsiz!"
5)
Verilmiş nümunədə hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
Yalqızlıq içində sıxılır ürək,
Atını dördnala çapdırır külək.
Xəta bildir
A)
təşbeh
B)
metafora
C)
təzad
D)
metonimiya
E)
epitet
6)
R.Rzanın "...İtkisi əhəmiyyətsizdir" şerinin lirik qəhrəmanını narahat edən nə idi?
Xəta bildir
A)
milli mədəniyyət abidələrinin baxımsız vəziyyətə düşməsi
B)
qanlı müharibələr və ölüm düşərgələri
C)
canlı təbiətə qəsd
D)
atom sınağının fəlakətləri və buna laqeyd münasibət
E)
repressiya qurbanlarının acı taleyi
7)
XIX əsrin əvvəllərində yaranan Azərbaycan poeziyası haqqında hansı fikir səhvdir?
Xəta bildir
A)
Şairlərin çoxunun yaradıcılığında sufizm dünyagörüşü geniş yer tutmurdu.
B)
Bu dövrün poeziyasında epik və epik-lirik janrlara təsadüf olunmur.
C)
Poeziyanın aparıcı xətti lirika idi.
D)
Əsərin əvvəllərində poeziya ədəbiyyatda başlıca yer tuturdu.
E)
Bu dövrdə poeziyada yeni bir ədəbi cərəyan - satira meydana gəlir.
8)
XIII əsrə qədərki saray ədəbiyyatı ilə bağlı fikirlərdən biri səhvdir:
Xəta bildir
A)
Qəsidə yazmaq ənənəsi daha çox yayılmışdı.
B)
XII əsrin ədəbi qüvvələri daha çox Şirvanşahlar sarayında toplaşmışdı.
C)
Saraylarla bağlı olduğu üçün bülə adlanır.
D)
Yalnız hökümdarların tərifi ilə məhdudlaşırdı.
E)
Bu ədəbiyyat, əsasən, fars dilində yaranırdı.
9)
Hansı sənətkarlar Ş.İ.Xətayinin həyatından bəhs edən roman yazmışlar?
1. M.İbrahimov 2. Ə.Cəfərzadə
3. Ə.Nicat 4. İ.Hüseynov
5. F.Kərimzadə
Xəta bildir
A)
2, 3, 4
B)
2, 3, 5
C)
3, 4, 5
D)
1, 2, 3
E)
1, 4, 5
10)
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram.
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.
Şerin janrını və misradaxili bölgüsünü müəyyənləşdirin.
Xəta bildir
A)
Sayaçı sözüdür, 3-4 bölgüsündədir.
B)
Holavardır, 4-3 bölgüsündədir.
C)
Holavardır, 3-4 bölgüsündədir.
D)
Sayaçı sözüdür, 4-3 bölgüsündədir.
E)
Bayatıdır, 3-4 bölgüsündədir.
11)
Faciə yazmış sənətkarlar hansılardır?
1. N.Vəzirov
2. M.F.Axundzadə
3. N.Nərimanov
4. İ.Əfəndiyev
5. H.Cavid
Xəta bildir
A)
3, 4, 5
B)
2, 3, 5
C)
1, 3, 5
D)
1, 4, 5
E)
2, 3, 4
12)
Y.V.Çəmənzəminlinin mühacirətdən qayıtdıqdan sonra çap olunmuş ilk kitabı:
Xəta bildir
A)
"Azərbaycan ədəbiyyatına bir nəzər"
B)
"Qan içində"
C)
"Studentlər"
D)
"Keçmiş səhifələr"
E)
"Qızlar bulağı"
13)
O, bu əvəzliklərinin hansından sonra durğu işarələri düzgün qoyulmamışdır?
1. Bu, ömür kitabımdır.
2. O, yerlərin meşələri çox səfalıdır.
3. Hələ o, günləri xeyli xatırlayacaqsan.
4. Demə, o, dostumdur, bu, düşmənimdir.
5. Bu, müəllim V kursda mühazirə oxuyacaqdır.
Xəta bildir
A)
2, 3, 4
B)
1, 3
C)
2, 3, 5
D)
3, 4, 5
E)
1, 2, 3
14)
Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:
Xəta bildir
A)
İgid odur ki, dərdli gündə özünü itirməsin.
B)
O yerdə ki, təmizlik var, orada xəstəlik olmaz.
C)
Yaxşı yadımdadır ki, biz ilk dəfə qatarda tanış olmuşduq.
D)
Motor birdən elə guruldadı ki, qulaqlarımız tutuldu.
E)
Rica edirəm, içəri buyurasınız.
15)
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
Xəta bildir
A)
Alınma sözdür.
B)
Antonimi yoxdur.
C)
Sinonimi "bildiriş" sözüdür.
D)
Çoxmənalı sözdür.
E)
Ümumişlək sözdür.
16)
Dialoji nitq hansı üslubda daha çox işlənir?
Xəta bildir
A)
bədii və elmi
B)
məişət üslubunda
C)
publisistik üslubda
D)
rəsmi-işgüzar üslubda
E)
elmi və publisistik üslubda
17)
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin:
1. ilan 2. vücud 3. işıq
4. şüur 5. vacib 6. ildırım
Xəta bildir
A)
3, 6
B)
1, 6
C)
4, 5
D)
1, 2
E)
2, 5
18)
"Canını oda yaxmaq" frazeoloji birləşməsinin sinonimi:
Xəta bildir
A)
burnunun ucu göynəmək
B)
canına yağ kimi yayılmaq
C)
dəridən-qabıqdan çıxmaq
D)
mınəm-mənəm demək
E)
gözünün odunu almaq
19)
Feli sifətin hansı əlaməti feli bağlamaya aid edilə bilməz?
Xəta bildir
A)
felin müxtəlif məna növlərində ola bilməsi
B)
xəbərlik şəkilçisini qəbul etməsi və ismi xəbər olması
C)
ətrafına söz toplaya bilməsi
D)
təsdiq və inkarda ola bilməsi
E)
təsirli və təsirsiz ola bilməsi
20)
"Belələrinə çox təsadüf edilir" cümləsindəki felin morfoloji təhlilində səhv harada buraxılmışdır?
Xəta bildir
A)
İndiki zamandadır.
B)
Tərkibi feldir.
C)
Məchul növdədir.
D)
Xəbər şəklindədir.
E)
III şəxsin təkindədir.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab