Tapılan ümumi test sayı : 25

R.Rzanın bu əsərlərindən biri pyesdir:
A) "Füzuli"
B) "Vəfa"
C) "Son gecə"
D) "Xalq şairi"
E) "Xalq həkimi"
Bunlardan üçü XIX əsrin ortalarında Azərbaycan satirik poeziyasının nümayəndələridir:
1. B.Şirvani
2. Q.Zakir
3. M.Ş.Vazeh
4. M.B.Bakıxanov
5. S.Ə.Şirvani
6. S.Ə.Nəbati
7. M.B.Nadim
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 5, 7
D) 4, 5, 7
E) 2, 6, 7
Nizami Gəncəvinin yaratdığı hansı surətlər hökümdarların öz səhvlərini dərk etməsində və mənəvi yüksəlişində mühüm rol oynayırlar?
1. Fərhad
2. Şirin
3. "Yeddi gözəl" poemasındakı çoban
4. "Zalım padşahla Zahidin dastanı" mənzum hekayəsindəki Zahid
5. "Kərpickəsən kişinin dastanı"ndakı qoca
A) 1, 4, 5
B) 1, 2, 5
C) 2, 3, 5
D) 2, 3, 4
E) 1, 3, 5
"Koroğlu" dastanından "Həmzənin Qıratı qaçırması" qolu necə başlayır?
A) Xotkarın Koroğlu ilə əlaqədar çağırdığı məclisin təsviri ilə
B) Ərəb Reyhanın Hasan paşaya yazdığı məktubun oxunması ilə
C) Çənlibelin ətəyində Koroğlunun Həmzə ilə rastlaşması səhnəsi ilə
D) Bolu bəyin göndərdiyi qasidin gəlişi ilə
E) Keçəl Həmzənin Hasan paşanın məclisinə gəlişinin təsviri ilə
"Anamın kitabı" pyesindəki Gülbahar obrazı barədə deyilənlərdən biri səhvdir:
A) Zəhrabəyim ana ölüm ərəfəsində ona atanın vəsiyyəti yazılmış kitabı verir.
B) Qardaşları arasında birlik olmaması onu daim narahat edir.
C) Qardaşlarından birinin - Rüstəm bəyin kitablarına bir qədər rəğbətlə yanaşır.
D) Anası kimi o da Vətənin bölünməzliyi, xalq mənəviyyatının dilinin qorunması ideyasının daşıyıcısıdır.
E) Qardaşların bir-birinə yadlaşmasına etiraz edərək onların kitablarını yandırır.
M.Füzulinin göstərilən əsərlərindən yalnız biri nəzmlə yazılıb?
A) "Rindü Zahid"
B) "Söhbətül-əsmər"
C) "Şikayətnamə"
D) "Səhhət və Mərəz"
E) "Mətləül etiqad"
Hansı cümlədə inversiya vardır?
A) Eşq camından içən kimsənə huşyar olmaz.
B) O qara xalı mənə versələr, qanın içərəm.
C) Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
D) Yoxmudur səndə, gülüm, heç insaf?!
E) Həsrətin çəkdiyim canan, bəri bax
"İstər", "istərsə də" bağlayıcılarının məna növünü göstərin:
A) şərt
B) bölüşdürmə
C) qarşılaşdırma
D) iştirak
E) birləşdirmə
Tabeli mürəkkəb cümlələrdən biri şərt budaq cümləlidir:
A) Elə danışır ki, guya böyük qəhrəmanlıq göstərib.
B) O, istəyirdi ki, oğlu adlı-sanlı adam olsun.
C) Onun başına bir iş gəlsə, sən cavab verəcəksən.
D) Evimiz uzaqda olsa da, tez çatmalıyıq.
E) O, bərk hirslənsə də, dillənmədi.
Cəfər Cabbarlının insan faciəsinin sosial-ictimai səbəblərini ilk növbədə pul və varlanmaq ehtirası ilə izah edən dram əsəri:
A) "Aslan və Fərhad"
B) "Sevil"
C) "Mənsur və Sitarə"
D) "Solğun çiçəklər"
E) "Nəsrəddin şah"
"Lirik növün janrıdır. Həcmcə kiçik olsa da, mövzu etibarilə geniş əhatə dairəsinə malikdir. Daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi mahiyyət daşıyır. Şair öz təxəllüsünü söyləmir.Qafiyyə quruluşu belədir: ab, vb, qb, ğb, db". Bu parçada hansı janrın xüsusiyyətlərindən söz açılır?
A) müxəmməs
B) qitə
C) qəsidə
D) qəzəl
E) məsnəvi
"İkinci adı "Təəssübkeşliyin bəlası" olan bu əsərdə Misirdə doğulan, lakin ata yurdu İran üçün qəribsəyən qəhrəman bu ölkədə ictimai tərəqqidən əsər-əlamət olmadığını görür. Ona görə də iztirab və həyəcan keçirərək xəstələnir. Az keçmir ki, dünyasını dəyişir". Bu, hansı əsərdir?
A) "Kəmalüddövlə məktubları"
B) "İbrahim bəyin səyahətnaməsi"
C) "Rəşid bəy və Səadət xanım"
D) "Kitab yüklü eşşək"
E) "Kitabi-Əsgəriyyə"
Həmcins təyinli cümləni göstərin:
A) Aşağıdakı qaranlıq dərədə dəyirmanın çarxı üzərinə tökülən su aramsız şırıldayırdı.
B) O gecə Səriyyə ilə Cəmilə də yeni mahnıları həvəslə oxudular.
C) O, yeni açılmış yasəmən kimi təravətli və gözəl idi.
D) Bu gənc, qüvvətli və təmiz səs ona öz səsini xatırladırdı.
E) O, ehtiyatla, yavaş-yavaş sözə başladı.
Düzəltmə isimlərdən biri məkan bildirir:
A) yurdsevərlik
B) gözəllik
C) evlilik
D) meşəlik
E) vətənpərvərlik
Ədəbi dilin leksik normasının əsas tələbi hansıdır?
A) sözün düzgün tələffüz edilməsi
B) sözlər və cümlələr arasındakı əlaqəni düzgün qurmaq
C) sözün düzgün tələffüz edilməsi və düzgün yazılması
D) sözün düzgün yazılması
E) sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək
Sadalanan türk dillərindən biri oğuz qrupuna daxil deyil:
A) türk dili
B) qaqauz dili
C) Azərbaycan dili
D) türkmən dili
E) qazax dili
"Bərkdən-boşdan çıxmış kadrları hər yerdə qiymətləndirirlər" cümləsinin növünü müəyyənləşdirin.
A) təktərkibli müxtəsər cümlə
B) qeyri-müəyyən şəxsli cümlə
C) ümumi şəxsli cümlə
D) cüttərkibli geniş cümlə
E) şəxssiz cümlə
"Dəftər" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən hansı səhvdir?
1. Sözdə de, ə, fe, te, ə, er hərfləri, [d], [ə], [f], [t], [ə], [r] səsləri var.
2. İki kar, iki cingiltili samit işlənib.
3. İkihecalıdır.
4. Vurğusu II hecaya düşür.
5. Tələffüzü ilə yazılışı fərqlənmir.
A) 1, 2, 5
B) 1, 3, 4
C) 4, 5
D) 1, 2, 4
E) 3, 5
Şəkilçilərdən ikisi feldən sifət əmələ gətirir:
1) -lı4    2) -sız4   3) -dakı2   4) -ıq4   5) -cıl4   6) -ı4    7) -ıcı4
A) 4, 7
B) 2, 5
C) 1, 7
D) 3, 6
E) 1, 4
Alınma sözlərin cərgəsini göstərin:
A) rəh, stul, mətbəə, sinif
B) dülgər, zərgər, saatsaz, sən
C) əlaqə, inkişaf, bilmək, məsələ
D) mədaxil, məxaric, məzun, ana
E) rütbə, səfir, yeddi, təchizat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top