Tapılan ümumi test sayı : 25
A)
"Son gecə"
B)
"Füzuli"
C)
"Vəfa"
D)
"Xalq həkimi"
E)
"Xalq şairi"
2)
Bunlardan üçü XIX əsrin ortalarında Azərbaycan satirik poeziyasının nümayəndələridir:
1. B.Şirvani
2. Q.Zakir
3. M.Ş.Vazeh
4. M.B.Bakıxanov
5. S.Ə.Şirvani
6. S.Ə.Nəbati
7. M.B.Nadim
Xəta bildir
A)
3, 4, 5
B)
2, 5, 7
C)
4, 5, 7
D)
1, 2, 3
E)
2, 6, 7
3)
Nizami Gəncəvinin yaratdığı hansı surətlər hökümdarların öz səhvlərini dərk etməsində və mənəvi yüksəlişində mühüm rol oynayırlar?
1. Fərhad
2. Şirin
3. "Yeddi gözəl" poemasındakı çoban
4. "Zalım padşahla Zahidin dastanı" mənzum hekayəsindəki Zahid
5. "Kərpickəsən kişinin dastanı"ndakı qoca
Xəta bildir
A)
1, 3, 5
B)
2, 3, 5
C)
1, 4, 5
D)
2, 3, 4
E)
1, 2, 5
4)
"Koroğlu" dastanından "Həmzənin Qıratı qaçırması" qolu necə başlayır?
Xəta bildir
A)
Çənlibelin ətəyində Koroğlunun Həmzə ilə rastlaşması səhnəsi ilə
B)
Bolu bəyin göndərdiyi qasidin gəlişi ilə
C)
Keçəl Həmzənin Hasan paşanın məclisinə gəlişinin təsviri ilə
D)
Ərəb Reyhanın Hasan paşaya yazdığı məktubun oxunması ilə
E)
Xotkarın Koroğlu ilə əlaqədar çağırdığı məclisin təsviri ilə
5)
"Anamın kitabı" pyesindəki Gülbahar obrazı barədə deyilənlərdən biri səhvdir:
Xəta bildir
A)
Qardaşları arasında birlik olmaması onu daim narahat edir.
B)
Qardaşlarından birinin - Rüstəm bəyin kitablarına bir qədər rəğbətlə yanaşır.
C)
Anası kimi o da Vətənin bölünməzliyi, xalq mənəviyyatının dilinin qorunması ideyasının daşıyıcısıdır.
D)
Qardaşların bir-birinə yadlaşmasına etiraz edərək onların kitablarını yandırır.
E)
Zəhrabəyim ana ölüm ərəfəsində ona atanın vəsiyyəti yazılmış kitabı verir.
6)
M.Füzulinin göstərilən əsərlərindən yalnız biri nəzmlə yazılıb?
Xəta bildir
A)
"Söhbətül-əsmər"
B)
"Səhhət və Mərəz"
C)
"Mətləül etiqad"
D)
"Rindü Zahid"
E)
"Şikayətnamə"
A)
Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
B)
O qara xalı mənə versələr, qanın içərəm.
C)
Eşq camından içən kimsənə huşyar olmaz.
D)
Yoxmudur səndə, gülüm, heç insaf?!
E)
Həsrətin çəkdiyim canan, bəri bax
8)
"İstər", "istərsə də" bağlayıcılarının məna növünü göstərin:
Xəta bildir
A)
iştirak
B)
birləşdirmə
C)
qarşılaşdırma
D)
şərt
E)
bölüşdürmə
9)
Tabeli mürəkkəb cümlələrdən biri şərt budaq cümləlidir:
Xəta bildir
A)
Evimiz uzaqda olsa da, tez çatmalıyıq.
B)
Onun başına bir iş gəlsə, sən cavab verəcəksən.
C)
O, istəyirdi ki, oğlu adlı-sanlı adam olsun.
D)
Elə danışır ki, guya böyük qəhrəmanlıq göstərib.
E)
O, bərk hirslənsə də, dillənmədi.
10)
Cəfər Cabbarlının insan faciəsinin sosial-ictimai səbəblərini ilk növbədə pul və varlanmaq ehtirası ilə izah edən dram əsəri:
Xəta bildir
A)
"Mənsur və Sitarə"
B)
"Aslan və Fərhad"
C)
"Sevil"
D)
"Nəsrəddin şah"
E)
"Solğun çiçəklər"
11)
"Lirik növün janrıdır. Həcmcə kiçik olsa da, mövzu etibarilə geniş əhatə dairəsinə malikdir. Daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi mahiyyət daşıyır. Şair öz təxəllüsünü söyləmir.Qafiyyə quruluşu belədir: ab, vb, qb, ğb, db". Bu parçada hansı janrın xüsusiyyətlərindən söz açılır?
Xəta bildir
A)
qəsidə
B)
qəzəl
C)
məsnəvi
D)
qitə
E)
müxəmməs
12)
"İkinci adı "Təəssübkeşliyin bəlası" olan bu əsərdə Misirdə doğulan, lakin ata yurdu İran üçün qəribsəyən qəhrəman bu ölkədə ictimai tərəqqidən əsər-əlamət olmadığını görür. Ona görə də iztirab və həyəcan keçirərək xəstələnir. Az keçmir ki, dünyasını dəyişir". Bu, hansı əsərdir?
Xəta bildir
A)
"Rəşid bəy və Səadət xanım"
B)
"Kəmalüddövlə məktubları"
C)
"Kitab yüklü eşşək"
D)
"İbrahim bəyin səyahətnaməsi"
E)
"Kitabi-Əsgəriyyə"
A)
Bu gənc, qüvvətli və təmiz səs ona öz səsini xatırladırdı.
B)
Aşağıdakı qaranlıq dərədə dəyirmanın çarxı üzərinə tökülən su aramsız şırıldayırdı.
C)
O gecə Səriyyə ilə Cəmilə də yeni mahnıları həvəslə oxudular.
D)
O, yeni açılmış yasəmən kimi təravətli və gözəl idi.
E)
O, ehtiyatla, yavaş-yavaş sözə başladı.
14)
Düzəltmə isimlərdən biri məkan bildirir:
Xəta bildir
A)
meşəlik
B)
vətənpərvərlik
C)
yurdsevərlik
D)
evlilik
E)
gözəllik
15)
Ədəbi dilin leksik normasının əsas tələbi hansıdır?
Xəta bildir
A)
sözün düzgün tələffüz edilməsi
B)
sözlər və cümlələr arasındakı əlaqəni düzgün qurmaq
C)
sözün düzgün tələffüz edilməsi və düzgün yazılması
D)
sözün düzgün yazılması
E)
sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək
16)
Sadalanan türk dillərindən biri oğuz qrupuna daxil deyil:
Xəta bildir
A)
türk dili
B)
türkmən dili
C)
qazax dili
D)
qaqauz dili
E)
Azərbaycan dili
17)
"Bərkdən-boşdan çıxmış kadrları hər yerdə qiymətləndirirlər" cümləsinin növünü müəyyənləşdirin.
Xəta bildir
A)
təktərkibli müxtəsər cümlə
B)
ümumi şəxsli cümlə
C)
şəxssiz cümlə
D)
qeyri-müəyyən şəxsli cümlə
E)
cüttərkibli geniş cümlə
18)
"Dəftər" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən hansı səhvdir?
1. Sözdə de, ə, fe, te, ə, er hərfləri, [d], [ə], [f], [t], [ə], [r] səsləri var.
2. İki kar, iki cingiltili samit işlənib.
3. İkihecalıdır.
4. Vurğusu II hecaya düşür.
5. Tələffüzü ilə yazılışı fərqlənmir.
Xəta bildir
A)
1, 3, 4
B)
1, 2, 4
C)
3, 5
D)
4, 5
E)
1, 2, 5
19)
Şəkilçilərdən ikisi feldən sifət əmələ gətirir:
1) -lı 4 2) -sız 4 3) -dakı 2 4) -ıq 4 5) -cıl 4 6) -ı 4 7) -ıcı 4
Xəta bildir
A)
2, 5
B)
1, 4
C)
4, 7
D)
1, 7
E)
3, 6
A)
rütbə, səfir, yeddi, təchizat
B)
rəh, stul, mətbəə, sinif
C)
dülgər, zərgər, saatsaz, sən
D)
əlaqə, inkişaf, bilmək, məsələ
E)
mədaxil, məxaric, məzun, ana
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab