Tapılan ümumi test sayı : 25

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin.
A) təzad və bədii sual
B) epifora və bədii sual
C) anafora və təzad
D) anafora və təşbeh
E) anafora və bədii sual
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
B) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
C) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu, əyanların lovğalığı tənqid olunur.
D) Romanın qəhrəmanı İbrahim bəy Azrbaycanın böyük tacirlərindən birinin oğludur.
E) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır?
A) Dürat
B) Çənlibel
C) Qoşabulaq
D) Qırat
E) Misri qılınc
M.P.Vaqif şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin"
5. "Pəri"
6. "Görmədim"
A) 3, 4, 5
B) 1, 3, 4
C) 1, 2, 3
D) 1, 5, 6
E) 2, 3, 4
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) povest, əfsanə, faciə
B) poema, faciə, komediya
C) roman, povest, hekayə
D) qoşma, təmsil, lətifə
E) qəzəl, hekayə, rübai
Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Mücirəddin Beyləqani
B) Fələki Şirvani
C) Əbül-üla Gəncəvi
D) Qətran Təbrizi
E) Qivami Mütərrizi Gəncəvi
H. Cavid "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah babam, bir də anlı, şanlı babam,
İntiqam almadan inan yaşamam.

 
A) Elxan
B) Xavər
C) Vasif
D) Rəna
E) Arif
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Mişkatül - ənvar"
B) "Əsrarül - mələkut"
C) "Gülüstani - İrəm"
D) "Kəşfül - qəraib"
E) "Kitabi - Əsgəriyyə"
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) Məhəmməd Füzuli
B) Şah İsmayıl Xətai
C) Nizami Gəncəvi
D) Əfzələddin Xaqani
E) İmadəddin Nəsimi
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
B) Övladlar atanın vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
C) Torpağı və millətin dilini  qorumaq lazımdır.
D) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
E) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında  birləşməkdir.
Hanssı söz quruluşca mürəkkəb deyil?
A) qaraquş
B) qırxayaq
C) günəbaxan
D) böyürtkən
E) quşüzümü
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hansılardır?
I. İşıqlar söndü, kino başlandı.
II. Günəş batdı, göylər qaraldı.
III. Yayda bərk yağıntı oldu, taxıl çürüdü.
IV. Qüdrətin böyükdür, çünki insansan.
A) I, II
B) I, III
C) II, III
D) I, IV
E) III, IV
Çoxmənalı sözlər nədir?
A) Yazılışı vı deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
B) Əks mənalı sözlərdir.
C) Eyni və ya yaxın mənalı sözlərdir.
D) Müxtəlif mənalı ayrı-ayrı sözlərdir.
E) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Bu gün doğrusu heç halım yoxdur.
B) Doğru sözə zaval yoxdur.
C) Dediyim yalan deyil doğrudur.
D) Haqq yolu doğru yoldur.
E) Sözün doğrusu həmişə acı olur.
Əzizləmə mənalı düzəltmə ismi göstərin:
A) meydança
B) gəlincik
C) qulaqcıq
D) uşaqcığaz
E) bağça
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) bədii
B) publiistik
C) rəsmi-işgüzar
D) elmi
E) məişət
"Vətəni semək niyə
Günah olur, ay Allah"
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) sifətlə
C) isimlə
D) ismi birləşmə ilə
E) məsdər tərkibi ilə
"Sən də, Murad sa karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) həm orfoqrafik, həm orfoepik
D) orfoepik
E) orfoqrafik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Ümidimiz ancaq sənə qalıb.
B) Yəni bunu da bilmirsən?
C) Elə hamı mən deyəni deyir.
D) Barı sən məni unutma.
E) Elə danış ki, mən başa düşüm.
"Mənim qapım hər kəsin üzünə açıqdır" cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin.
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir
5. açıqdır - feldir, indiki zamandadır
 
A) 1,2
B) 1,2,3
C) 2,4,5
D) 3,4
E) 2,4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top