Tapılan ümumi test sayı : 25

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin.
A) epifora və bədii sual
B) anafora və təzad
C) təzad və bədii sual
D) anafora və bədii sual
E) anafora və təşbeh
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
B) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
C) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
D) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu, əyanların lovğalığı tənqid olunur.
E) Romanın qəhrəmanı İbrahim bəy Azrbaycanın böyük tacirlərindən birinin oğludur.
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır?
A) Dürat
B) Misri qılınc
C) Çənlibel
D) Qırat
E) Qoşabulaq
M.P.Vaqif şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin"
5. "Pəri"
6. "Görmədim"
A) 1, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 1, 5, 6
E) 2, 3, 4
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) poema, faciə, komediya
B) qoşma, təmsil, lətifə
C) roman, povest, hekayə
D) povest, əfsanə, faciə
E) qəzəl, hekayə, rübai
Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Əbül-üla Gəncəvi
B) Mücirəddin Beyləqani
C) Fələki Şirvani
D) Qətran Təbrizi
E) Qivami Mütərrizi Gəncəvi
H. Cavid "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah babam, bir də anlı, şanlı babam,
İntiqam almadan inan yaşamam.

 
A) Elxan
B) Vasif
C) Rəna
D) Xavər
E) Arif
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Mişkatül - ənvar"
B) "Gülüstani - İrəm"
C) "Kəşfül - qəraib"
D) "Kitabi - Əsgəriyyə"
E) "Əsrarül - mələkut"
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) İmadəddin Nəsimi
B) Nizami Gəncəvi
C) Məhəmməd Füzuli
D) Əfzələddin Xaqani
E) Şah İsmayıl Xətai
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
B) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
C) Torpağı və millətin dilini  qorumaq lazımdır.
D) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında  birləşməkdir.
E) Övladlar atanın vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
Hanssı söz quruluşca mürəkkəb deyil?
A) böyürtkən
B) qaraquş
C) günəbaxan
D) quşüzümü
E) qırxayaq
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hansılardır?
I. İşıqlar söndü, kino başlandı.
II. Günəş batdı, göylər qaraldı.
III. Yayda bərk yağıntı oldu, taxıl çürüdü.
IV. Qüdrətin böyükdür, çünki insansan.
A) I, III
B) II, III
C) III, IV
D) I, II
E) I, IV
Çoxmənalı sözlər nədir?
A) Müxtəlif mənalı ayrı-ayrı sözlərdir.
B) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
C) Yazılışı vı deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
D) Eyni və ya yaxın mənalı sözlərdir.
E) Əks mənalı sözlərdir.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Sözün doğrusu həmişə acı olur.
B) Bu gün doğrusu heç halım yoxdur.
C) Haqq yolu doğru yoldur.
D) Doğru sözə zaval yoxdur.
E) Dediyim yalan deyil doğrudur.
Əzizləmə mənalı düzəltmə ismi göstərin:
A) qulaqcıq
B) gəlincik
C) meydança
D) bağça
E) uşaqcığaz
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) məişət
B) rəsmi-işgüzar
C) bədii
D) elmi
E) publiistik
"Vətəni semək niyə
Günah olur, ay Allah"
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) sifətlə
C) məsdərlə
D) məsdər tərkibi ilə
E) ismi birləşmə ilə
"Sən də, Murad sa karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik
B) leksik
C) qrammatik
D) orfoepik
E) həm orfoqrafik, həm orfoepik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Ümidimiz ancaq sənə qalıb.
B) Elə danış ki, mən başa düşüm.
C) Barı sən məni unutma.
D) Yəni bunu da bilmirsən?
E) Elə hamı mən deyəni deyir.
"Mənim qapım hər kəsin üzünə açıqdır" cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin.
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir
5. açıqdır - feldir, indiki zamandadır
 
A) 2,4
B) 1,2
C) 2,4,5
D) 3,4
E) 1,2,3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top