Tapılan ümumi test sayı : 28

İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
B) Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
C) Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
D) Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
E) O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgilisi Rəşid bəyə qovuşa bilmir.
Ədəbi irsi 17 min şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasında 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
A) Qətran Təbrizi
B) Nizami Gəncəvi
C) Fələki Şirvani
D) Məhsəti Gəncəvi
E) Əfzələddin Xaqani
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım".
Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı Salur Qazana deyir?
A) Beyrək
B) Aruz
C) Qaragünə
D) Uruz
E) Qaraca Çoban
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
" - Mənim anam kimdir?
Öz-özümə cavab verirə ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir!"
A) Ə.Hüseynzadə
B) N.Nərimanov
C) Ə.Ağaoğlu
D) C.Məmmədquluzadə
E) M.Ə.Rəsulzadə
"Əlimdə bir əsa, gözümdə çeşmək,
Loğman tək gəzirəm vətən mülkünü."
Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
A) metafora
B) simvol
C) metonimiya
D) təşbeh
E) epitet
Beytlər şəklində olan şer janrları hansılardır?
A) qəzəl, qəsidə, qitə
B) məsnəvi, müxəmməs, qəzəl
C) bayatı, qəzəl, qitə
D) rübai, tuyuq, qitə
E) qəzəl, qoşma, təcnis
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlı acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
A) S.Vurğun
B) H.Cavid
C) A.İldırım
D) Ə.Cavad
E) M.Müşfiq
M.F.Axundzadənin axırıncı komediyası:
A) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
B) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
C) "Hekayəti - şüsyö Jordan və dərviş Məstəli şah"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-xırs quldurbasan"
Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
A) Nizami. "Xosrov və Şirin"
B) Füzuli. "Rindü Zahid"
C) Nizami. "İsgəndərnamə"
D) Füzuli. "Leyli və Məcnun"
E) Xətai. "Dəhnamə"
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
A) yeni həyatın tərənnümü
B) vətən məhəbbəti, torpağa bağlılıq
C) repressiya dövrünün günahsız qurbanları
D) cənub həsrəti
E) insan və onun taleyi
Feli sifətə dair səhv fikri göstərin:
A) Aid olduğu ismin əvvəlində gəlir.
B) Təsdiq və inkar, təsirli və təsirsiz olur.
C) Cümlədə ən çox təyin vəzifəsində işlənir.
D) Həm felin, həm də sifətin əlamətlərini daşıyır.
E) Feli sifət isimləşə bilmir.
Əsl Azərbaycan sözlərindən ibarət olan sinoniməri göstərin:
A) dünya-aləm
B) istedad-bacarıq
C) rütbə-çin
D) böyük-iri
E) dairə-çevrə
Biri işgüzar sənədlərə daxil deyil:
A) əmr
B) protokol
C) elan
D) arayış
E) tərcümeyi-hal
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) qol saatı, cib dəftərçəsi
B) əli silahlı, beli kəmərli
C) idmançıların biri, onların arzusu
D) səpin yeri, alın yazısı
E) asılı tərəf, bürkülü hava
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) "əgər" bağlayıcısı və -saşəkilçisi ilə
B) ədatla
C) bağlayıcı sözlə
D) -saşəkilçisi iə
E) bağlayıcı ilə
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) -malı - felin vacib şəklinin şəkilçisi
B) -yam - şəxs şəkilçisi
C) məlum növdədir
D) -mış - felin nəqli keçmiş zaman şəkilçisi
E) yaz - sözün kökü, fel
"Quşun qanadı" və "təyyarənin  qanadı" birləşmələrindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) omonim
B) çoxmənalı söz
C) sinonim
D) antonim
E) təkmənalı söz
Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərı daxildir?
A) Cümlədəki sözlərin sırasına görə
B) Lüğət tərkibinin zənginliyinə görə
C) Alınma sözlərin azlığına görə
D) Morfoloji quruluşuna görə
E) Türk dilləri ilə qohumluğuna görə
Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin:
A) o, bütün, kim
B) bütün, mən, bu
C) sən, öz, heç kəs
D) hər, ora, heç kim
E) bütün, öz, hər
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər." cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) məsdərlə
B) məsdər tərkibi ilə
C) feli sifət tərkibi ilə
D) isimlə
E) II növ təyini söz birləşməsi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top