Tapılan ümumi test sayı : 28
1)
İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
Xəta bildir
A)
Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
B)
Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
C)
Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
D)
O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgilisi Rəşid bəyə qovuşa bilmir.
E)
Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
2)
Ədəbi irsi 17 min şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasında 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
Xəta bildir
A)
Qətran Təbrizi
B)
Fələki Şirvani
C)
Məhsəti Gəncəvi
D)
Nizami Gəncəvi
E)
Əfzələddin Xaqani
3)
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım".
Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı Salur Qazana deyir?
Xəta bildir
A)
Qaragünə
B)
Aruz
C)
Uruz
D)
Beyrək
E)
Qaraca Çoban
4)
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
" - Mənim anam kimdir?
Öz-özümə cavab verirə ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir!"
Xəta bildir
A)
Ə.Hüseynzadə
B)
M.Ə.Rəsulzadə
C)
Ə.Ağaoğlu
D)
C.Məmmədquluzadə
E)
N.Nərimanov
5)
"Əlimdə bir əsa, gözümdə çeşmək,
Loğman tək gəzirəm vətən mülkünü."
Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
Xəta bildir
A)
metonimiya
B)
təşbeh
C)
simvol
D)
epitet
E)
metafora
6)
Beytlər şəklində olan şer janrları hansılardır?
Xəta bildir
A)
bayatı, qəzəl, qitə
B)
qəzəl, qəsidə, qitə
C)
rübai, tuyuq, qitə
D)
məsnəvi, müxəmməs, qəzəl
E)
qəzəl, qoşma, təcnis
7)
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlı acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
Xəta bildir
A)
A.İldırım
B)
Ə.Cavad
C)
S.Vurğun
D)
M.Müşfiq
E)
H.Cavid
A)
"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
B)
"Mürafiə vəkillərinin hekayəti"
C)
"Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D)
"Hekayəti - şüsyö Jordan və dərviş Məstəli şah"
E)
"Hekayəti-xırs quldurbasan"
9)
Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
Xəta bildir
A)
Nizami. "Xosrov və Şirin"
B)
Füzuli. "Leyli və Məcnun"
C)
Xətai. "Dəhnamə"
D)
Füzuli. "Rindü Zahid"
E)
Nizami. "İsgəndərnamə"
10)
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
Xəta bildir
A)
cənub həsrəti
B)
repressiya dövrünün günahsız qurbanları
C)
yeni həyatın tərənnümü
D)
vətən məhəbbəti, torpağa bağlılıq
E)
insan və onun taleyi
A)
Həm felin, həm də sifətin əlamətlərini daşıyır.
B)
Təsdiq və inkar, təsirli və təsirsiz olur.
C)
Aid olduğu ismin əvvəlində gəlir.
D)
Feli sifət isimləşə bilmir.
E)
Cümlədə ən çox təyin vəzifəsində işlənir.
12)
Əsl Azərbaycan sözlərindən ibarət olan sinoniməri göstərin:
Xəta bildir
A)
rütbə-çin
B)
istedad-bacarıq
C)
dairə-çevrə
D)
dünya-aləm
E)
böyük-iri
A)
tərcümeyi-hal
B)
əmr
C)
protokol
D)
arayış
E)
elan
14)
III növ təyini söz birləşmələri hansı sıradadır?
Xəta bildir
A)
idmançıların biri, onların arzusu
B)
əli silahlı, beli kəmərli
C)
qol saatı, cib dəftərçəsi
D)
səpin yeri, alın yazısı
E)
asılı tərəf, bürkülü hava
15)
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
Xəta bildir
A)
ədatla
B)
bağlayıcı ilə
C)
bağlayıcı sözlə
D)
-sa2 şəkilçisi iə
E)
"əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
16)
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
Xəta bildir
A)
-malı - felin vacib şəklinin şəkilçisi
B)
yaz - sözün kökü, fel
C)
-yam - şəxs şəkilçisi
D)
məlum növdədir
E)
-mış - felin nəqli keçmiş zaman şəkilçisi
17)
"Quşun qanadı" və "təyyarənin qanadı" birləşmələrindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
Xəta bildir
A)
təkmənalı söz
B)
sinonim
C)
çoxmənalı söz
D)
antonim
E)
omonim
18)
Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərı daxildir?
Xəta bildir
A)
Alınma sözlərin azlığına görə
B)
Türk dilləri ilə qohumluğuna görə
C)
Cümlədəki sözlərin sırasına görə
D)
Morfoloji quruluşuna görə
E)
Lüğət tərkibinin zənginliyinə görə
19)
Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin:
Xəta bildir
A)
o, bütün, kim
B)
hər, ora, heç kim
C)
sən, öz, heç kəs
D)
bütün, mən, bu
E)
bütün, öz, hər
20)
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər." cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
Xəta bildir
A)
məsdərlə
B)
isimlə
C)
II növ təyini söz birləşməsi ilə
D)
feli sifət tərkibi ilə
E)
məsdər tərkibi ilə
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab