Tapılan ümumi test sayı : 26

Şirvanşahlar sarayında məliküş-şüəra rütbəsi almış Azərbaycan şairi:
A) Qivami Mütərrizi Gəncəvi
B) Fələki Şirvani
C) Mücirəddin Beyləqani
D) Qətran Təbrizi
E) Əbül-üla Gəncəvi
M.Hüseyn hansı şairin həyatından bəhs edən dram əsəri yazmışdır?
A) Məhəmməd Füzuli
B) Şah İsmayıl Xətai
C) Nizami Gəncəvi
D) İmadəddin Nəsimi
E) Əfzələddin Xaqani
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (M.Füzuli)
Nümunədə işlənmiş bədii ifadə vasitələrini göstərin:
A) anafora və təşbeh
B) təzad və bədii sual
C) anafora və təzad
D) anafora və bədii sual
E) epifora və bədii sual
A.Bakıxanovun hansı əsəri poema sayılır?
A) "Mişkatül - ənvar"
B) "Əsrarül - mələkut"
C) "Kəşkül - qəraib"
D) "Gülüstani - İrəm"
E) "Kitabi - Əsgəriyyə"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. "Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. "Görmədim"
A) 2, 3, 4
B) 1, 3, 4
C) 3, 4, 5
D) 1, 5, 6
E) 1, 2, 3
"Anamın kitabı" komediyasında atanın vəsiyyətinin oxunması epizodu ilə C.Məmmədquluzadə nə demək istəyirdi?
A) Övladlar ataının vəsiyyətini əziz tutub öz analarına ehtiram göstərməlidirlər.
B) Torpağı və millətin dilini qorumaq lazımdır.
C) Xalq öz ziyalılarını qiymətləndirməlidir.
D) Xilas yolu didişməkdə, onun-bunun ağuşuna atılmaqda yox, Vətən istiqlalı ideyası ətrafında birləşməkdədir.
E) Xalq üçün gərəkli işlə məşğul olmaq lazımdır.
Yalnız epik növün janrları olan cərgəni göstərin:
A) roman, povest, hekayə
B) qoşma, təmsil, lətifə
C) povest, əfsanə, faciə
D) poema, faciə, komediya
E) qəzəl, hekayə, rübai
"Koroğlu" dastanında yardımçı qüvvələr kimi göstərilənlərdən biri yanlışdır.
A) Çənlibel
B) Qırat
C) Misri qılınc
D) Dürat
E) Qoşabulaq
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanı haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsərdə hökumətin səhlənkarlığı, məmurların rüşvətxorluğu,əyanların lovğalığı tənqid  olunur.
B) Əsas ideyası vətənpərvərliyə çağırışdır.
C) Romanın qəhrəmanı ibrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğludur.
D) Romanda məhəbbət mövzusu da əsas yer tutur.
E) Mövzusu Şimali Azərbaycan həyatından götürülmüşdür.
H.Cavidin "İblis" faciəsində bu sözləri atasının intiqamını almaq hissləri ilə yaşayan hansı surət deyir?
Ah, babam, bir də anlı, şanlı babam,
İntiqam almadan, inan yaşamam.
A) Arif
B) Rəna
C) Elxan
D) Vasif
E) Xavər
Hansı söz quruluşca mürəkkəb deyil?
A) quşüzümü
B) qaraquş
C) qırxayaq
D) böyürtkən
E) günəbaxan
Hansı cümlədə say vardır?
A) Çox bil, az danış.
B) Az ye, həmişə ye.
C) Natiq az danışdı.
D) Onlar bir azdan yola düşəcəklər.
E) Az adam tapılar ki, ədalətin tərəfində olmasın.
Ara söz hansı cümlədədir (Durğu işarələri buraxılmışdır)?
A) Dediyim yalan deyil doğrudur.
B) Doğru sözə zaval yoxdur.
C) Bu gün doğrusu heç halım yoxdur.
D) Sözün doğrusu həmişə acı olur.
E) Haqq yolu doğru yoldur.
"Mənim qapım hər kəsin üzünə açıqdır"  cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin:
1. Mənim - şəxs əvəzliyidir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
2. qapım - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir.
3. hər kəsin - təyini əvəzlikdir, yiyəlik haldadır.
4. üzünə - isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir.
5. açıqdır - feldir, indiki zamandadır.
A) 2, 4
B) 3, 4
C) 1, 2
D) 2, 4, 5
E) 1, 2, 3
Çoxmənalı sözlər nədir?
A) Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
B) Əks mənalı sözlərdir.
C) Müxtəlif mənalı ayrı-ayrı sözlədir.
D) Eyni və ya yaxın mənalı sözlərdir.
E) Yazılışı və deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
İltisaqi dillərdə bir qayda olaraq müşahidə edilmir:
A) ahəng qanunu
B) sözlərin hallanması
C) söz kökünün dəyişməsi
D) sözün kökünə bir neçə şəkilçinin qoşulması
E) mənsubiyyətə görə dəyişmə
"Şərait" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) sözün tələffüzü ilə yazılışı fərqlidir
B) [ə] - incə, qalın, dodaqlanmayan; [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
C) [ş] və [t] samitləri kar, [r] və [y] samitləri cingiltilidir
D) vurğu ikinci hecaya düşür
E) 6 hərf, 7 səsdən ibarətdir
Hansı fellər fel şəkillərinin hekayəsindədir?
I.    yazdırdı
II.   yazıldı
III.   yazırdı
IV.   oxutdurdu
V.   oxuyardı
A) II,V
B) III,V
C) III,IV
D) I,IV
E) I,V
"Vətəni sevmək niyə
Günah olur, ay Allah?" 
Burada mübtəda nə ilə ifadə olunmuşdur?
A) sifətlə
B) ismi birləşmə ilə
C) isimlə
D) məsdərlə
E) məsdər tərkibi ilə
Sözlərdən birinin yazılışı ilə deyilişi fərqlənmir:
A) Nailə
B) Fəridə
C) Bəsti
D) Alyanaq
E) Səadət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top