Tapılan ümumi test sayı : 26

Kar samitlərədən birinin cingiltili qarşılığı düzgün verilməmişdir:
A) ş-j
B) t-d
C) ç-c
D) k-y
E) p-b
"Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) orfoqrafik
C) həm orfoqrafik, həm orfoepik
D) orfoepik
E) leksik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Ümidimiz ancaq sənə qalıb.
B) Elə hamı mən deyəni deyir.
C) Elə danış ki, mən başa düşüm.
D) Barı sən məni unutma.
E) Yəni bunu da bilmirsən?
Əsl Azərbaycan sözləri verilmiş cərgəni göstərin:
A) maarif, müəllim, nailiyyət
B) bilik, səkkiz, düşüncə
C) rəis, camaat, mətbuat
D) şücaət, səksən, şair
E) vəfa, çarə, mərd
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) məişət
B) publisistik
C) bədii
D) elmi
E) rəsmi-işgüzar
Hansı cümlələrdə ismi birləşmələr təyin vəzifəsindədir ?
1. Lalənin qardaşı Sənan ali məktəbdə oxuyur.
2. Bir azdan trest müdiri Qəzənfər gəldi.
3. Cavan aşıq barmaqlarını zil pərdələrdə gəzdirdi.
4. Qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi.
5. Sürmə yaraşıqdı şux gözəllərə,
Qara qaşa,  qara gözə çəkərlər.
A) 1, 3
B) 1, 2, 4
C) 2, 4, 5
D) 3, 5
E) 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top