Tapılan ümumi test sayı : 26

Kar samitlərədən birinin cingiltili qarşılığı düzgün verilməmişdir:
A) k-y
B) p-b
C) t-d
D) ş-j
E) ç-c
"Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) həm orfoqrafik, həm orfoepik
C) qrammatik
D) orfoqrafik
E) orfoepik
Hansı cümlədə ədat işlənməmişdir?
A) Ümidimiz ancaq sənə qalıb.
B) Yəni bunu da bilmirsən?
C) Elə danış ki, mən başa düşüm.
D) Barı sən məni unutma.
E) Elə hamı mən deyəni deyir.
Əsl Azərbaycan sözləri verilmiş cərgəni göstərin:
A) vəfa, çarə, mərd
B) maarif, müəllim, nailiyyət
C) şücaət, səksən, şair
D) rəis, camaat, mətbuat
E) bilik, səkkiz, düşüncə
Fərdi üslubun ən qabarıq ifadəsi hansı funksional üslubda özünü göstərir?
A) rəsmi-işgüzar
B) publisistik
C) elmi
D) bədii
E) məişət
Hansı cümlələrdə ismi birləşmələr təyin vəzifəsindədir ?
1. Lalənin qardaşı Sənan ali məktəbdə oxuyur.
2. Bir azdan trest müdiri Qəzənfər gəldi.
3. Cavan aşıq barmaqlarını zil pərdələrdə gəzdirdi.
4. Qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi.
5. Sürmə yaraşıqdı şux gözəllərə,
Qara qaşa,  qara gözə çəkərlər.
A) 4, 5
B) 3, 5
C) 1, 3
D) 1, 2, 4
E) 2, 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top