Tapılan ümumi test sayı : 27

Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdirilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatağıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir və M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 1, 4, 5
B) 1, 3, 5
C) 1, 2, 4
D) 1, 2, 5
E) 2, 3
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar                 2. əsatirlər                   3. laylalar
4. nağıllar                   5. oxşamalar
A) 1, 3, 4
B) 2, 3, 4
C) 1, 2, 5
D) 1, 3, 5
E) 3, 4, 5
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Od gəlini"
B) "Sevil"
C) "Nəsrəddin şah"
D) "Dönüş"
E) "Oqtay Eloğlu"
"Bax" qəzəlinin müəllifi:
A) Məhəmməd Füzuli
B) Molla Pənah Vaqif
C) İmadəddin Nəsimi
D) Şah İsmayıl Xətai
E) Molla Vəli Vidadi
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri iə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şer beşlik formasında, heca vəznindədir.
B) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
C) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
D) Hər iki şer bəndlər şəklindədir.
E) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona", "Məktubatı-Şeyda bəy Şirvani"
B) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
C) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
D) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
E) "Sələbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
Ağıllı, ədalətli və igid hökümdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır, ölkənin idarəsi unudulur.    Bu sözlər Nizami Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) Şirini
B) Xosrovu
C) Hörmüzü
D) Bəhramı
E) İsgəndəri
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar, apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Heydər bəy (M.F.Axundzadə)
B) Usta Zeynal (C.Məmmədquluzadə)
C) Mirzə Səfər (Ə.Haqverdiyev)
D) Vəli xan (C.Məmmədquluzadə)
E) Novruzəli (C.Məmmədquluzdə)
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) qəsidə
B) qitə
C) müxəmməs
D) rübai
E) mürəbbe
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla bilməz:
A) intonasiya, jest-hərəkət-mimika
B) dialoji nitq şəklində olması
C) yığcamlıq
D) daha çox bütöv cümlələrdən istifadə
E) sərbəstlik
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) asta, bu gün, qəfildən
B) həmişə, indi, çoxdan
C) yuxarı, istidən, axşam
D) bərkdən, sonra, yavaşca
E) dünən, xeyli, əlüstü
Səhv fikir hansıdır?
A) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız tamamlığı və zərfliyi ola bilirlər.
B) Qeyri-müəyyən yiyəlik hal ayrılıqda heç bir cümlə üzvü ola bilməz.
C) Təsirli halda olan sözlər cümlənin xəbəri ola bilməz.
D) Mübtəda ancaq adlıq halda ola bilər.
E) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəlimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 2, 3
B) 1, 5
C) 2, 4
D) 1, 4, 5
E) 3, 5
Biz gündəlik nitqimizdə, əsasən, hansı sözlərdən istifadə edirik?
A) alınma sözlərdən
B) dialekt sözlərdən
C) ümumişlək sözlərdən
D) neologizmlərdən
E) terminlərdən
"Tüstü" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1. 5 səs, 5 hərfdən ibarətdir.
2. İkihecalı sözdür,  vurğu birinci hecaya düşür.
3. İki incə, dodaqlanan, qapalı sait işlənmişdir.
4. Sözdə üç kar samit səs işlənmişir.
5. Ahəng qanunu gözlənilmişdir.
A) 1, 5
B) 1, 2
C) 4, 5
D) 2, 3
E) 2, 4
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) qoşma
B) sifət
C) ədat
D) nida
E) modal söz
"Onu nahaq yerə gözdən salıblar" cümləsinin növünü müəyyənləşdirin:
A) adlıq cümlə
B) qeyri-müəyyən şəxsli cümlə
C) cüttərkibli cümlə
D) ümumi şəxsli cümlə
E) şəxssiz cümlə
"Demişdim" felində "-di" nədir?
A) şühudu keçmiş zaman şəkilçisi
B) xəbər şəklinin şəkilçisi
C) "-dir" şəkilçisinin tələffüz variantı
D) nəqli keçmiş zaman şəkilçisi
E) "idi" hissəciyinin qısaldılmış forması
"Qoyun sözümü deyim də" cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin:
A) "qoyun" sözü əmr ədatıdır.
B) Cümədə iki ədat işlənmişdir.
C) "deyim" sözündəki "-im" mənsubiyyət şəkilçisidir.
D) "sözümü" - bu sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib.
E) "deyim" sözü felin əmr şəklindədir.
Hansı xüsusiyyət sabit söz birləşmələrinə aid edilə bilməz?
A) vahid məna bildirir;
B) onların qarşılığını bir sözlə ifadə etmək mümkün olmur.
C) leksik vahid sayılır;
D) təhlil zamanı bütöv götürülür;
E) onları əmələ gətirən sözlər ilkin mənalarından uzaqlaşır;
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top