Tapılan ümumi test sayı : 27

Azərbayacan dili haqqında verilən fikirlərdən biri səhvdir:
A) Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu I minillikdə təşəkkül tapmışdır.
B) Morfoloji quruluşu baxımından başqa dil tipinə aid olan dillərdən Azərbycan dilinə söz keçə bilməz.
C) Bəzi sözlərdəki ön şəkilçilər dilimizə başqa dillərdən keçmişdir.
D) Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir.
E) Morfoloji quruluşuna görə Azərbaycan dili iltisaqi dil tipinə daxildir.
Hansı cümlənin xəbərinin deyilişi yazılışından fərqlənir?
A) Sürücülər arasıda mübahisə gedirdi.
B) Quyunun suyu günbəgün azalırdı.
C) Süfrəyə isti çörək gətirdilər.
D) Babamın söhbətləri çox maraqlıdır?
E) Balıqçılar qayığa mindilər.
Zaman budaq cümləsi hansı suallara cavab verir?
A) nə vaxt? haçan?
B) nə üçün? nəyə görə?
C) nə qədər?
D) haraya? harada?
E) necə? nə cür?
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir?
A) meydança
B) nəsimişünas
C) yorğun
D) yoluxmaq
E) qiraət
Sözlərdən biri quruluşca sadədir:
A) təbii
B) ailəvi
C) tibbi
D) elmi
E) əxlaqi
"Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qaldırdılar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik və fonetik
C) leksik
D) fonetik
E) fonetik və qrammatik
"Xəstələnməyən adam" birləşməsinin asılı tərəfi nə ilə ifadə olunmuşur?
A) sifətlə
B) feli bağlama ilə
C) isimlə
D) feli sifətlə
E) məsdərlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top