Tapılan ümumi test sayı : 27

Azərbayacan dili haqqında verilən fikirlərdən biri səhvdir:
A) Morfoloji quruluşuna görə Azərbaycan dili iltisaqi dil tipinə daxildir.
B) Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir.
C) Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu I minillikdə təşəkkül tapmışdır.
D) Morfoloji quruluşu baxımından başqa dil tipinə aid olan dillərdən Azərbycan dilinə söz keçə bilməz.
E) Bəzi sözlərdəki ön şəkilçilər dilimizə başqa dillərdən keçmişdir.
Hansı cümlənin xəbərinin deyilişi yazılışından fərqlənir?
A) Babamın söhbətləri çox maraqlıdır?
B) Süfrəyə isti çörək gətirdilər.
C) Quyunun suyu günbəgün azalırdı.
D) Balıqçılar qayığa mindilər.
E) Sürücülər arasıda mübahisə gedirdi.
Zaman budaq cümləsi hansı suallara cavab verir?
A) necə? nə cür?
B) nə üçün? nəyə görə?
C) nə vaxt? haçan?
D) haraya? harada?
E) nə qədər?
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir?
A) meydança
B) yoluxmaq
C) nəsimişünas
D) qiraət
E) yorğun
Sözlərdən biri quruluşca sadədir:
A) əxlaqi
B) ailəvi
C) təbii
D) elmi
E) tibbi
"Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qaldırdılar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik və qrammatik
B) qrammatik
C) leksik
D) fonetik
E) leksik və fonetik
"Xəstələnməyən adam" birləşməsinin asılı tərəfi nə ilə ifadə olunmuşur?
A) feli bağlama ilə
B) məsdərlə
C) isimlə
D) feli sifətlə
E) sifətlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top