Tapılan ümumi test sayı : 27

Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Şifahi şəkildə yaranır və inkişaf edir.
B) Çoxvariantlı ədəbiyyatdır.
C) Yalnız lirik və epik janrları olur.
D) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
E) Ümumxalq təfəkkürünün məhsuludur.
Biri Q.Zakirin ictimai məzmunlu lirik şerlərinə daxil deyil:
A) "Gözüm yolda qaldı, könül intizar"
B) "Badi-səba, söylə mənim yarıma"
C) "Dost yolu bağlandı, ümid kəsildi"
D) "Durnalar"
E) "Eylər"
"...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir".
N.Nərimanovun bu sözləri ilə C.Məmmədquluzadənin əsərlərindən birinin əsas ideyasını ifadə etmək mümkündür:
A) tarixi hadisələrin epik təsviri
B) zəmanə hökmdarlarının tənqidi
C) mədhiyyətçilik
D) məhəbbət, gözəllik və sadə peşə sahiblərinin tərənnümü
E) ayrılıqdan doğan kədər və bədbinlik
Bu əsərlərdən biri M.Füzulinin "Leyli və Məcnun" poemasının təsiri iə yazılmışdır:
A) Əssar Təbrizi. "Mehr və Müştəri"
B) Həqiri Təbrizi. "Leyli və Məcnun"
C) "Dastani - Əhməd Hərami"
D) Məsihi. "Vərqa və Gülşa"
E) Abbasqulu ağa Bakıxanov. "Mişkatül-ənvar"
Şah İsmayıl Xətai haqqındakı fikirlərdən biri yanlışdır:
A) Nəsr əsərləri də vardır.
B) "Dəhnamə" əsərinin müəllifidir.
C) Həm əruz, həm də heca vəznində şerlər yazıb.
D) Lirik və epik əsərləri vardır.
E) Ana dilində yazdığı divani dövrümüzə qədər gəlib çatmışdır.
C.Cabbarlının hansı əsərində Oqtay Eloğlunun idealı davam etdirilir?
A) "Od gəlini"
B) "Sevil"
C) "Almaz"
D) "Yaşar"
E) "Dönüş"
Biri mənzum dramdır:
A) "Müsibəti-Fəxrəddin"
B) "Oqtay Eloğlu"
C) "Vaqif"
D) "Nadir şah"
E) "Hacı Qara"
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Yusif Sərrac
B) Sərdar Zaman xan, Mirzə Sədrəddin
C) Axund Səməd, Mövlana Cəmaləddin
D) Mirzə Möhsün, Mirzə Yəhya
E) Şah Abbas, Axund Səməd

"Göydən yer üzünə nurlar tökülür,
Zəmilər, tarlalar üzümə gülür". (S.Vurğun)
Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir?

A) təşbeh
B) epitet
C) təzad
D) metonimya
E) metafora
Biri frazoloji birləşmə deyil:
A) üz döndərmək
B) xəstə yatmaq
C) oda salmaq
D) bəxti yatmaq
E) gözü düşmək
Sadə söz hansıdır?
A) sınaq
B) daraq
C) sancaq
D) yataq
E) qoçaq
Cavabların birində rəsmi üslubun əsas əlamətləri verilmişdir:
A) sinonimliyə və çoxmənalılığa geniş yer veriməsi
B) ümumiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
C) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
D) aydın və qısa şərh, fikrin daha çox standart formalarla ifadəsi
E) ictiamai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
I növ təyini söz birləşmələrindən ibarət cərgəni göstərin.
A) elmi əsər, tarixi gün
B) qızlar bulağı, sözü eşidən
C) oxuyan uşaq, saatın əqrəbi
D) yaxşı iş, kənd yolu
E) telefon zəngi, daş hasar
Ahəng qanununa tabe olmayan sözlərdən biri əsl Azərbaycan sözüdür:
A) həyəcan
B) fasilə
C) ildırım
D) meydan
E) ahəng
"Bivəfa" sözünün leksik təhlilindəki səhvi göstərin:
A) Omonim kimi işlənə bilmir.
B) "Sadiq" sözünün antonimidir.
C) Əsl Azərbaycan sözüdür.
D) Təkmənalıdır.
E) Ümumişlək sözdür.
"Vətən oğlu, sözlərini dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) sifətlə
B) II növ təyini söz birləşməsi ilə
C) isimlə
D) I növ təyini söz birləşməsi ilə
E) III növ təyini söz birləşməsi ilə
Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil:
A) Qoy var olsun elin varı!
B) Onda ki övladi-vətən xam idi,
  Ax, necə kef çəkməli əyyam idi.
C) Uşaqlara yaxşı bax, korluq çəkməsinlər.
D) Bax sənə deyirəm ha!
E) Necə yəni gəlməyib?
Təyinin ifadə vasitələrindən biri səhv göstərilmişdir:
A) feli sifət tərkibi
B) işarə əvəzliyi
C) sifət
D) isim
E) feli bağlama tərkibi
Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələri seçin.
1. Elə oxu ki, eşidən başa düşsün.
2. Bu elə işdir ki, hamıya demək olmur.
3. Vəziyyət elə pisləşdi ki, indi çıxış yola tapa bilmirəm.
4. Çay elə axırdı ki, suyun hərəkəti hiss olunmurdu.
5. Elə adamdır ki, dindirməsən, dinməz.
A) 2, 5
B) 1, 2
C) 1, 3, 4
D) 3, 5
E) 1, 4, 5
Sifətin aşağıda göstərilən cəhətlərindən biri saya aid edilə bilməz:
A) isimdən əvvəl işlənməsi
B) isimlərdən və fellərdən düzəlməsi
C) isimləşə bilməsi
D) isimlə bağlı olması
E) cümlədə, əsasən, təyin olması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top