Tapılan ümumi test sayı : 27

"Aparılmışdır" sözünün morfoloji təhlilindəki səhvi göstərin:
A) nəqli keçmiş zamandadır
B) xəbər şəklindədir
C) təsirsizdir
D) düzəltmə feldir
E) qayıdış növdədir
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin.
A) -lar, -ıq, -dan, -çı
B) -ır, -çı, -ın, -lı
C) -ca, -çı, -akı, -lıq
D) -lar, -ın, -sız, -kı
E) -dan, -kar, -keş, -dar
"İmiş" hissəciyi felin hansı şəkilləri ilə işlənmir?
A) əmr şəkli və şühudi keçmiş zaman
B) şərt və arzu şəkilləri
C) vacib və şərt şəkilləri
D) arzu şəkli və nəqli keçmiş zaman
E) lazım və vacib şəkilləri
Mürəkkəb ad hansıdır?
A) sarıköynək
B) Qız qalası
C) qazayağı
D) qızılağac
E) çobanyastığı
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) qrammatik və leksik
D) orfoqrafik
E) orfoepik
Söz birləşmələrini dilçilik elminin hansı bölməsində öyrənilir?
A) söz yaradıcılığı
B) fonetika
C) morfologiya
D) sintaktik
E) leksika
"Küskün" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Sözdə 6 hərf, 6 səs vardır.
B) [ü] - incə, qapalı, dodaqlanan saitdir.
C) Sözdə üç kar, bir cingiltili samit var.
D) Sözün vurğusu ikinci hecaya düşür.
E) Deyilişi ilə yazılışı fərqlənir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top