Tapılan ümumi test sayı : 28

Vasitəsiz nitqli cümləyə hansı sxem uyğundur?İlqar: "Mən bu gün bir qədər gec gələcəyəm". - deyə xəbər göndərmişdi.
A) "V", -m.
B) M: "V", -m.
C) M: "V".
D) M: "V"!
E) "V, -m, -v".
"İsti" sözünün fonetik təhlili ilə bağlı səhv cavabı göstərin:
A) Yazılışı ilə deyilişi fərqlənir.
B) İkihecalıdır, vurğu son hecaya düşür.
C) İki incə, qapalı, dodaqanmayan sait vardır.
D) İki kar samit işlənmişdir.
E) Sözdə incə saitlərin ahəngi gözlənimişdir.
Hansı cərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) dünən, gömgöy, tərtəmiz
B) yalnız, yalqız, ağımsov
C) qalstuk, bomboz, sarımtıl
D) kimya, tarix, ədəbiyyat
E) traktor, orden, medal
"Elə ki kəndə gəldi, xasiyyəti tamamilə dəyişdi" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin.
A) yer budaq cümləli
B) şərt budaq cümləli
C) səbəb budaq cümləli
D) zaman budaq cümləli
E) tamamlıq budaq cümləli
Təkmənalı sözü göstərin:
A) ayaq
B) ağız
C) ürək
D) burun
E) qol
Hansı sırada kiçiltmə və əzizləmə bildirən düzəltmə isimlər verilmişdir?
A) yavaşca, yüngülcə
B) balaca, körpəciyəz
C) körpə, kiçik
D) əziz, mehriban
E) dəftərçə, quşcuğaz
Hansı cümlədə qoşma işlənmişdir?
A) Əvvəlcə onun çatma qaşları, sonra kimi isə xatırladan tanış səsi müəllimi diksindirdi.
B) Ay görünəndən sonra ulduzlar solğunlaşıb, titrəşdi.
C) Çörəkdən sonra ayağa qalxdılar.
D) Həsən hər imtahandan sonra onun yanına gələrdi.
E) Bir az bundan əvvəl baş verən döyüş yenidən xəyalında canlandı.
"Camaat meydana tərəf tələsirdiər" cümləsində ədbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) leksik
C) orfoqrafik
D) qrammatik
E) orfoqrafik və qrammatik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top