Tapılan ümumi test sayı : 28

Vasitəsiz nitqli cümləyə hansı sxem uyğundur?İlqar: "Mən bu gün bir qədər gec gələcəyəm". - deyə xəbər göndərmişdi.
A) M: "V"!
B) M: "V", -m.
C) "V", -m.
D) "V, -m, -v".
E) M: "V".
"İsti" sözünün fonetik təhlili ilə bağlı səhv cavabı göstərin:
A) İki incə, qapalı, dodaqanmayan sait vardır.
B) İkihecalıdır, vurğu son hecaya düşür.
C) Sözdə incə saitlərin ahəngi gözlənimişdir.
D) İki kar samit işlənmişdir.
E) Yazılışı ilə deyilişi fərqlənir.
Hansı cərgədəki bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) kimya, tarix, ədəbiyyat
B) traktor, orden, medal
C) yalnız, yalqız, ağımsov
D) dünən, gömgöy, tərtəmiz
E) qalstuk, bomboz, sarımtıl
"Elə ki kəndə gəldi, xasiyyəti tamamilə dəyişdi" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin.
A) zaman budaq cümləli
B) tamamlıq budaq cümləli
C) səbəb budaq cümləli
D) şərt budaq cümləli
E) yer budaq cümləli
Təkmənalı sözü göstərin:
A) burun
B) ayaq
C) ürək
D) ağız
E) qol
Hansı sırada kiçiltmə və əzizləmə bildirən düzəltmə isimlər verilmişdir?
A) əziz, mehriban
B) dəftərçə, quşcuğaz
C) körpə, kiçik
D) balaca, körpəciyəz
E) yavaşca, yüngülcə
Hansı cümlədə qoşma işlənmişdir?
A) Bir az bundan əvvəl baş verən döyüş yenidən xəyalında canlandı.
B) Çörəkdən sonra ayağa qalxdılar.
C) Həsən hər imtahandan sonra onun yanına gələrdi.
D) Əvvəlcə onun çatma qaşları, sonra kimi isə xatırladan tanış səsi müəllimi diksindirdi.
E) Ay görünəndən sonra ulduzlar solğunlaşıb, titrəşdi.
"Camaat meydana tərəf tələsirdiər" cümləsində ədbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) qrammatik
C) orfoepik
D) orfoqrafik
E) orfoqrafik və qrammatik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top