Tapılan ümumi test sayı : 22

S.Rüstəmin müharibə dövrü insanlarının xarakterik xüsusiyyətlərini əks etdirən bu süjetli şerini kiçik poema da hesab etmək olar:
A) "Ana və poçtalyon"
B) "Çiçək mağazası"
C) "Döyüşçüyə məktub"
D) "Gecənin romantikası"
E) "Gün o gün olsun ki ..."
"Nadir şah" əsərində quldurluq və soyğunçuluqla tanınmış Nadirin gözlərini açmağa çalışaraq onu yaman peşədən uzaqlaşmağa, fikrini və gücünü millət, vətən yolunda sərf etməyə çağıran və buna nail olan obraz:
A) Gürcü bəy
B) Şah Təhmas
C) Cavad
D) Gülcahan
E) Rzaqulu
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) nət
B) mədhiyyə
C) mərsiyə
D) fəxriyyə
E) minacat
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Ümumxalq təfəkkürünün məhsuludur.
B) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
C) Yalnız lirik və epik janrları olur.
D) Şifahi şəkildə yaranır və inkişaf edir.
E) Çoxvariantlı ədəbiyyatdır.
Bu əsərdə şəxsləndirmədən bir bədii üsul kimi istifadə edilir. Baş qəhrəman öz həyat sərgüzəştlərini sahibi Mirzə Cəfərə danışır və bu sərgüzəştləri "böyük mütəfəkkirin icmalı və ruzigarın bir nümunəsi" adlandırır:
A) "Sələbiyyə"
B) "Kitab yüklü eşşək"
C) "İbrahim bəyin səyahətnaməsi"
D) "Şikayətnamə"
E) "Danabaş kəndinin əhvalatları"
Əsərin fabulası kasıb bir kəndli ilə dövlətli qızının sevgi macərası üzərində qurulmuşdur.Bir-birini sevən iki gənc ictimai bərabərsizliyin yaratdığı maneələrə baxmayaraq, əsərin sonunda öz istəklərinə qovuşur:
Bu parçada M.F.Axundzadənin hansı əsərindən bəhs edilir?
A) "Hacı Qara"
B) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
C) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-xırs quldurbasan"
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
Verilmiş bənd haqqında fikirlərdən hansı səhvdir?
A) "Pəri" sözü təkrirdir.
B) Qoşmanın birinci bəndidir.
C) Təşbehdən istifadə olunmuşdur.
D) "Minadan", "sonadan" sözləri qafiyədir.
E) Bənddə gözəlin zahiri portretinin müəyyən cizgiləri nəzərə çatdırılır.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz
... ... Sənə mən rahibəm itaətdə!
A) "Böhtan yazılıbdır"
B) "Boranlı qış gecəsi"
C) "Ana"
D) "Bahar"
E) "Qürub çağı bir yetim"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. Görmədim"
A) 1, 3, 4
B) 1, 2, 3
C) 2, 3, 6
D) 1, 5, 6
E) 3, 4, 5
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
A) "Vərqa və Gülşa"
B) "Mehr və Müştəri"
C) "Dastani-Əhməd Hərami"
D) "Rindü Zahid"
E) "Nəsihətnamə"
"Əcnəbilər seyrə balonlarla çıxır.
Biz hələ avtomobil minməyiriz"  (M.Ə.Sabir)     tabesiz mürəkkəb cümləsinin tərəfləri arasında hansı məna əlaqəsi vardır?
A) ardıcıllıq
B) aydınlaşdırma
C) qarşılaşdırma
D) zaman
E) bölüşdürmə
Mətn hansı üslubdadır?
"Malyeriya infeksion xəstəliklərdən biridir. Bu xəstəliyin əsas əlaməti qızdırmadır.
Malyariyanı ağcaqanadlar yayır..."
A) publisistik
B) bədii
C) elmi
D) rəsmi-işgüzar
E) məişət
Omonimlərin cərgəsini göstərin:
A) şam, bal, kök
B) baş, göz, əl
C) həyat, bəşər, tale
D) sakit, yavaş, həzin
E) insan, adam, şəxs
Aşağıdakı cümlələrdən hansında "ki" ədat kimi işlənmişdir? (Vergül işarəsi burxılmışdır)
A) O ki belə demirdi.
B) Elə o saat tapşırdım ki geri qayıtsın.
C) O bildirdi ki anası narahadır.
D) Sən oxuyursan ki yaxşı biləsən.
E) Kitab mənimkidir.
Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) leksik
B) orfoepik
C) orfoqrafik
D) qrammatik
E) həm leksik, həm qrammatik
Nümunədəki fellər hansı zamandadır?
"Ağladırsan,güldürürsən,
Çeşmim yaşın sildirirsən,
Cəllad kimi öldürürsən,
O göz, o qaş ilə məni".
A) nəqli keçmiş zaman
B) şühudi keçmiş zaman
C) indiki zaman
D) qəti gələcək zaman
E) qeyri-qəti gələcək zaman
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin.
A) kitaba, dərəyə, insana
B) dəftərdə, otaqda, küçədə
C) dəftəri, kitabı, şəhəri
D) katibə, əfsanə, mərdanə
E) göyün, yerin, güzgüdən
Latın qrfikalı Azərbaycan yazısı hansı yazı növünə aiddir?
A) ideoqrafik
B) piktoqrafik
C) sillabik
D) fonoqrfik
E) əşyavi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Mənim qəlbimi incidən onun bu barədə indiyədək susmağıdır.
B) Sahil qalın meşəlikdir.
C) Dağlar onun gözəlliyinə heyran qaldı.
D) Bu cavan oglan kimdir?
E) Təriflədiyin kitab budur.
"Fəaliyyət" sözünün fonetik təhlilində səhv haradadır?
A) [f] və [t] kar, [l] və [y] cingiltili samitlərdir.
B) [a] qalın, dodaqlanmayan, açıq, uzun; [i] incə, dodaqlanmayan, qapalı; [ə] incə, dodaqlanmayan, açıq saitdir.
C) Dördhecalıdır, vurğu dördüncü hecaya düşür.
D) 9 səs və 9 hərfdən ibarətdir.
E) Sözdə ahəng qanunu pozulmuşdur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top