Tapılan ümumi test sayı : 22

S.Rüstəmin müharibə dövrü insanlarının xarakterik xüsusiyyətlərini əks etdirən bu süjetli şerini kiçik poema da hesab etmək olar:
A) "Ana və poçtalyon"
B) "Gecənin romantikası"
C) "Çiçək mağazası"
D) "Döyüşçüyə məktub"
E) "Gün o gün olsun ki ..."
"Nadir şah" əsərində quldurluq və soyğunçuluqla tanınmış Nadirin gözlərini açmağa çalışaraq onu yaman peşədən uzaqlaşmağa, fikrini və gücünü millət, vətən yolunda sərf etməyə çağıran və buna nail olan obraz:
A) Şah Təhmas
B) Rzaqulu
C) Cavad
D) Gülcahan
E) Gürcü bəy
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) fəxriyyə
B) mədhiyyə
C) minacat
D) mərsiyə
E) nət
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
B) Yalnız lirik və epik janrları olur.
C) Çoxvariantlı ədəbiyyatdır.
D) Şifahi şəkildə yaranır və inkişaf edir.
E) Ümumxalq təfəkkürünün məhsuludur.
Bu əsərdə şəxsləndirmədən bir bədii üsul kimi istifadə edilir. Baş qəhrəman öz həyat sərgüzəştlərini sahibi Mirzə Cəfərə danışır və bu sərgüzəştləri "böyük mütəfəkkirin icmalı və ruzigarın bir nümunəsi" adlandırır:
A) "Kitab yüklü eşşək"
B) "Şikayətnamə"
C) "İbrahim bəyin səyahətnaməsi"
D) "Sələbiyyə"
E) "Danabaş kəndinin əhvalatları"
Əsərin fabulası kasıb bir kəndli ilə dövlətli qızının sevgi macərası üzərində qurulmuşdur.Bir-birini sevən iki gənc ictimai bərabərsizliyin yaratdığı maneələrə baxmayaraq, əsərin sonunda öz istəklərinə qovuşur:
Bu parçada M.F.Axundzadənin hansı əsərindən bəhs edilir?
A) "Mürafiə vəkillərinin hekayəti"
B) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
C) "Hekayəti-xırs quldurbasan"
D) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
E) "Hacı Qara"
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
Verilmiş bənd haqqında fikirlərdən hansı səhvdir?
A) Qoşmanın birinci bəndidir.
B) "Minadan", "sonadan" sözləri qafiyədir.
C) Təşbehdən istifadə olunmuşdur.
D) "Pəri" sözü təkrirdir.
E) Bənddə gözəlin zahiri portretinin müəyyən cizgiləri nəzərə çatdırılır.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz
... ... Sənə mən rahibəm itaətdə!
A) "Böhtan yazılıbdır"
B) "Bahar"
C) "Boranlı qış gecəsi"
D) "Qürub çağı bir yetim"
E) "Ana"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. Görmədim"
A) 1, 2, 3
B) 3, 4, 5
C) 2, 3, 6
D) 1, 5, 6
E) 1, 3, 4
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
A) "Dastani-Əhməd Hərami"
B) "Nəsihətnamə"
C) "Mehr və Müştəri"
D) "Vərqa və Gülşa"
E) "Rindü Zahid"
"Əcnəbilər seyrə balonlarla çıxır.
Biz hələ avtomobil minməyiriz"  (M.Ə.Sabir)     tabesiz mürəkkəb cümləsinin tərəfləri arasında hansı məna əlaqəsi vardır?
A) ardıcıllıq
B) zaman
C) qarşılaşdırma
D) aydınlaşdırma
E) bölüşdürmə
Mətn hansı üslubdadır?
"Malyeriya infeksion xəstəliklərdən biridir. Bu xəstəliyin əsas əlaməti qızdırmadır.
Malyariyanı ağcaqanadlar yayır..."
A) rəsmi-işgüzar
B) publisistik
C) bədii
D) məişət
E) elmi
Omonimlərin cərgəsini göstərin:
A) həyat, bəşər, tale
B) sakit, yavaş, həzin
C) insan, adam, şəxs
D) baş, göz, əl
E) şam, bal, kök
Aşağıdakı cümlələrdən hansında "ki" ədat kimi işlənmişdir? (Vergül işarəsi burxılmışdır)
A) Sən oxuyursan ki yaxşı biləsən.
B) Elə o saat tapşırdım ki geri qayıtsın.
C) O bildirdi ki anası narahadır.
D) O ki belə demirdi.
E) Kitab mənimkidir.
Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) leksik
B) həm leksik, həm qrammatik
C) orfoqrafik
D) orfoepik
E) qrammatik
Nümunədəki fellər hansı zamandadır?
"Ağladırsan,güldürürsən,
Çeşmim yaşın sildirirsən,
Cəllad kimi öldürürsən,
O göz, o qaş ilə məni".
A) nəqli keçmiş zaman
B) qeyri-qəti gələcək zaman
C) qəti gələcək zaman
D) şühudi keçmiş zaman
E) indiki zaman
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin.
A) dəftərdə, otaqda, küçədə
B) kitaba, dərəyə, insana
C) katibə, əfsanə, mərdanə
D) dəftəri, kitabı, şəhəri
E) göyün, yerin, güzgüdən
Latın qrfikalı Azərbaycan yazısı hansı yazı növünə aiddir?
A) piktoqrafik
B) ideoqrafik
C) fonoqrfik
D) əşyavi
E) sillabik
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Dağlar onun gözəlliyinə heyran qaldı.
B) Bu cavan oglan kimdir?
C) Mənim qəlbimi incidən onun bu barədə indiyədək susmağıdır.
D) Təriflədiyin kitab budur.
E) Sahil qalın meşəlikdir.
"Fəaliyyət" sözünün fonetik təhlilində səhv haradadır?
A) Sözdə ahəng qanunu pozulmuşdur.
B) Dördhecalıdır, vurğu dördüncü hecaya düşür.
C) 9 səs və 9 hərfdən ibarətdir.
D) [a] qalın, dodaqlanmayan, açıq, uzun; [i] incə, dodaqlanmayan, qapalı; [ə] incə, dodaqlanmayan, açıq saitdir.
E) [f] və [t] kar, [l] və [y] cingiltili samitlərdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top