Tapılan ümumi test sayı : 26

"Çatdırmışdım" sözünün morfoloji təhlilindəki səhvləri göstərin:
1. Təsirli feldir.
2. İcbar növdədir.
3. Şühudi keçmiş zamandadır.
4. I şəxsin təkindədir.
5. Xəbər şəklininhekayəsindədir.
6. Düzəltmə feldir.
A) 2, 3
B) 1, 5, 6
C) 2, 4, 6
D) 1, 5
E) 3, 5
"Cahandar ağa palıd ağacının dibində oturdu" cümləsində neçə cümlə üzvü var?
A) 5
B) 4
C) 3
D) 2
E) 6
Bu üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşdır və olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir:
A) rəsmi-işgüzar üslub
B) elmi üslub
C) publisistik üslub
D) məişət üslubu
E) bədii üslub
"Hərcayıdan, müxəmməsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş?"   (A.Ələsgər)
nümunəsində hansı cümlə üzvü həmcinsdir?
A) zərflik
B) tamamlıq
C) xəbər
D) təyin
E) mübtəda
verilmiş saylardan biri yazılışından fərqli tələffüz edilir:
A) beş
B) on iki
C) səkkiz
D) qırx
E) altı
Ayrı-ayrı elm sahələri üçün səciyyəvi sözləri əhatə edən lüğət növü:
A) omonimlər lüğəti
B) frazeoloji lüğət
C) orfoepiya lüğəti
D) orfoqrafiya lüğəti
E) terminoloji lüğət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top