Tapılan ümumi test sayı : 24

"Abbas və Gülgəz" dastanının yaranmasında hansı aşığın yaradıcılığından istifadə olunmuşdur?
A) Aşıq Abbas Tufarqanlı
B) Aşıq Qurbani
C) Aşıq Ələsgər
D) Xəstə Qasım
E) Sarı Aşıq
Bənddə işlənmiş bədii ifadə vasitəsini göstərin.
Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peyvəst eylədim
Almasın, heyvansın, narın görmədim.

 
A) kinayə
B) litota
C) təzad
D) epitet
E) metafora
Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var.
Sotkarınbu fikirləri C.Məmmədquluzadənin hansı əsərinə epiqraf verilmişdir?
 
A) "Bəlkə də, qaytardılar"
B) "Danabaş kəndinin əhvalatları"
C) "Ölülər"
D) "İranda hürriyyət"
E) "Anamın kitabı"
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Qasım bəy Zakir
B) Sarı Aşıq
C) Baba bəy Şakir
D) Seyid Əbülqasim Nəbati
E) Məhəmməd Bağır Xalxali
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Qasım bəy Zakir
B) Məhəmməd Bağır Xalxali
C) Seyid Əbülqasim Nəbati
D) Baba bəy Şakir
E) Sarı Aşıq
Səməd Vurğunun yaradıcılığı ilə bağlı faktları xronoloji ardıcıllıqla düzün.
1. "Azərbacan" şerinin yazılması
2. "Şairin andı" kitabın nəşri
3. "Vaqif" dramının yazılması
4. "Aygün" poemasının yazılması
A) 1, 3, 4, 2
B) 2, 3, 4, 1
C) 1, 2, 4, 3
D) 3, 2, 1, 4
E) 2, 1, 3, 4
Aşağıdakılardan biri XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlar sarayında yaşayıb-yaradan şairlərin sırasında verilə bilməz:
A) Əbül-üla Gəncəvi
B) Fələki Şirvani
C) Qətran Təbrizi
D) Əfzələddin Xaqani
E) İzəddin Şirvani
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) qızı Səadət xanımla söhbət etdiyi səhnədə
B) oğlu Rəşidin öldürülməsini yada sadıqda
C) Mahmudun ölümü səhnəsində
D) oğlu Mahmudla söhbət etdiyi səhnədə
E) Fəxrəddinin ölüm səhnəsində
Füzulinin hansı əsərləri məzmun və ideya baxımındanbir-birinə oxşayır?
A) "Söhbətül-əsmar", "Bəngü Badə"
B) "Leyli və Məcnun", "Yeddi cam"
C) "Səhhət və Mərəz", "Rindü Zahid"
D) "Şikayətnamə", "Rindü Zahid"
E) "Rindü Zahid", "Bəngü Badə"
Hansı cərgə bütünlüklə C.Cabbarlının pyeslərindən ibarətdir?
A) "Böhtan yazılıbdır", "Ana", "Aydın", "Mənsur və Sitarə"
B) "Əsrimizin qəhrəmanları", "Qürub çağı bir yetim", "Bahar", "Mənsur və Sitarə"
C) "Ana", "Bahar", "Aslan və Fərhad", "Sevil"
D) "Od gəlini", "Sevil", "1905-ci ildə", "Dönüş"
E) "Boranlı qış gecəsi", "Qız qalası", "Ulduz", "Ədirnə fəthi"
Cəmi bir bəndən ibarət olan bu şerin janrını müəyyən edin.
Yerlərə baxma ki, torpaq, su görər,
Göylərə baxma ki, gün salar nəzər.
Qeyrətdən ölərəm, ey ruhum, inan,
Səni yuxuda da görsə bir nəfər.

 
A) qitə
B) rübai
C) bayatı
D) qoşma
E) gəraylı
Bunlardan ikisi elmi üslub üçün əlamətdir:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözlərin işlənməsi
A) 4, 6
B) 3, 5
C) 1, 6
D) 4, 5
E) 2, 4
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) həmcins üzlər
B) cümlənin baş üzvləri
C) xüsusiləşmiş üzvlər
D) xitab
E) ara sözlər
İsimləşmiş sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir:
A) Mübtəda və tamamlıq rolunda çıxış edir.
B) Mənsubiyyət şəkilçisi qəbul edir.
C) Cümlədə təyin olur.
D) Cəmlənə bilir.
E) Hallana bilir.
Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur:
A) müəllim
B) ailə
C) həyat
D) dostluq
E) sərbəst
Natiqlik sənəti necə adlanır?
A) etiket
B) etika
C) ritorika
D) mimika
E) jest
Cümlədəki modal sözün məna növünü müəyyən edin:
Xülasə, biz bu məsələni  qəti şəkildə həll etməliyik.
A) fikrin mənbəyi
B) təsdiq
C) təəssüf
D) nəticə, ümumiləşdirmə
E) bənzətmə və ya müqayisə
"Ağlaşdıq" felinin morfoloji təhlilindəki səhv hansı sıradadır?
A) məlum növdədir
B) şühudi keçmiş zamandadır
C) təsirsizdir
D) "ağlamaq" felindən düzəlmiş düzəltmə feldir
E) felin xəbər şəklindədir
Feli xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Əmim oğlu bizə gəldi.
B) Vaxtsız ölüm, məndən uzaq dolan, dur
 (S.Vurğun)
C) Bizə bir xal lazımdır.
D) Kərim, işığı yandır.
E) Bakının küçələri gözəlləşir.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) zaman
B) aydınlaşdırma
C) səbəb-nəticə
D) qarşılaşdırma
E) ardıcıllıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top