Tapılan ümumi test sayı : 24

Əsl Azərbaycan sözlərinin cərgəsini göstərin.
A) pəncərə, çarpayı
B) kitab, xörək
C) hakim, janr
D) yaz, dayı
E) elm, əla
Yazı haqqındda səhv fikir hansıdır?
A) Yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır.
B) İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur.
C) Sillabik yazı hərfi yazının ilk mərhələsi idi.
D) Yazı səsli dilin norma ilə qavrayışını təmin edən şərti işarələr sistemidir.
E) Əşyavi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır.
"Şənbə" sözünün fonetik təhlilində səhv haradadır?
A) İkihecalıdır.
B) Sözdəki [ş] - kar, [n], [b] - cingiltili samitlərdir.
C) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
D) Vurğu ikinci hecaya düşür.
E) Sözdə 5 hərf, 5 səs vardır.
Təsirlilik və təsirsizlik hansı nitq hissəsinin xüsusiyyətidir?
A) əvəzliyin
B) ismin
C) felin
D) zərfin
E) sifətin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top