Tapılan ümumi test sayı : 26

Hansı xüsusiyyət elmi üslub üçün məqbul sayılmır?
A) obrazlılıq, emosionallıq
B) terminlərin olması
C) məntiqlik, ardıcıllıq, konkretlik
D) elmi təfəkkürün ifadə vasitəsi olmaq
E) müəyyən bir elm sahəsinin dili olmaq
"Qəribə bu idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi"  cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləli
B) təyin budaq cümləli
C) mübtəda budaq cümləli
D) xəbər budaq cümləli
E) tərzi-hərəkət budaq cümləli
Azərbaycan dili morfoloji quruluşuna görə hansı dil tipinə daxildir?
A) flektiv
B) kök dillər
C) həm iltisaqi, həm flektiv
D) iltisaqi
E) həm flektiv, həm kök dillər
Tamamlığa xas olmayan xüsusiyyəti müəyyənəşdirin.
A) Xəbərlə bağlı olur, onu izah edir.
B) Ən çox isim və əvəzliklə ifadə olunur.
C) İsmin adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir.
D) Əşya bildirir.
E) Xəbərlə  birlikdə cümlənin qrammatik əsasını təşkil edir.
"Bəxtiyar" sözünün fonetik təhlilində səhv haradadır?
A) Yazılışı ilə tələffüzü fərqlənir.
B) Ahəng qanunu pozulmuşdur.
C) Sözdə 2 kar, 3 cingiltili samit işlənmişdir.
D) Vurğu sonuncu hecaya düşür.
E) Sözdə 8 səs, 8 hərf işləmçişdir.
"Gah sağa, gah sola öz döndərərək,
Bizi çox çaşdırır dolaşıq yolar"

nümunəsindəki "dolaşıq" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
 
A) Adi dərəcədədir.
B) Düzəltmə sifətdir.
C) Feldən - ıq şəkilçisi vasitəsilə düzəlmişdir.
D) Necə? nə cür? hansı? suallarından birinə cavab olur.
E) "Yollar" sözü iə birlikdə cümlənin mübtədasıdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top