Tapılan ümumi test sayı : 26

Hansı xüsusiyyət elmi üslub üçün məqbul sayılmır?
A) obrazlılıq, emosionallıq
B) müəyyən bir elm sahəsinin dili olmaq
C) elmi təfəkkürün ifadə vasitəsi olmaq
D) terminlərin olması
E) məntiqlik, ardıcıllıq, konkretlik
"Qəribə bu idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi"  cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tərzi-hərəkət budaq cümləli
B) xəbər budaq cümləli
C) təyin budaq cümləli
D) mübtəda budaq cümləli
E) tamamlıq budaq cümləli
Azərbaycan dili morfoloji quruluşuna görə hansı dil tipinə daxildir?
A) kök dillər
B) həm flektiv, həm kök dillər
C) iltisaqi
D) flektiv
E) həm iltisaqi, həm flektiv
Tamamlığa xas olmayan xüsusiyyəti müəyyənəşdirin.
A) Xəbərlə bağlı olur, onu izah edir.
B) Ən çox isim və əvəzliklə ifadə olunur.
C) Əşya bildirir.
D) Xəbərlə  birlikdə cümlənin qrammatik əsasını təşkil edir.
E) İsmin adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir.
"Bəxtiyar" sözünün fonetik təhlilində səhv haradadır?
A) Ahəng qanunu pozulmuşdur.
B) Vurğu sonuncu hecaya düşür.
C) Sözdə 2 kar, 3 cingiltili samit işlənmişdir.
D) Sözdə 8 səs, 8 hərf işləmçişdir.
E) Yazılışı ilə tələffüzü fərqlənir.
"Gah sağa, gah sola öz döndərərək,
Bizi çox çaşdırır dolaşıq yolar"

nümunəsindəki "dolaşıq" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
 
A) Feldən - ıq şəkilçisi vasitəsilə düzəlmişdir.
B) Necə? nə cür? hansı? suallarından birinə cavab olur.
C) Düzəltmə sifətdir.
D) "Yollar" sözü iə birlikdə cümlənin mübtədasıdır.
E) Adi dərəcədədir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top