Tapılan ümumi test sayı : 26

Misraları iki-iki qafiyələnən şer forması:
A) bayatı
B) müxəmməs
C) məsnəvi
D) qoşma
E) rübai
S.Ə.Şirvaninin bu təmsillərindən birində "yaxşılıq itmir" ideyası təbliğ olunur:
A) "Aslan və iki öküz"
B) "Siçan və Pişik"
C) "Ayı və Siçan"
D) "Qaz və Durna"
E) "Xoruz və Çaqqal"
M.Ə.Sabirin bu şerlərindən birində öz ana dilini elm dili saymayanlar, bu dildə danışmağı eyib sayanlar ifşa olunur:
A) "Kim nə deyər bizdə olan qeyrətə?!"
B) "Hə, de görüm"
C) "Ürəfa marşı"
D) "Yatmayın, allahı sevərsiz"
E) "Bizə nə?"
...dedim ki, sən qalma işdən,
    Gedim mən axtarım, görüm hardadır.

S.Vurğunun "Aygün" poemasından götürülmüş bu misralarda nöqtələrin yerinə hansı ad yazılmalıdır?
A) Əmirxana
B) Nemətə
C) Elyara
D) Aygünə
E) Ülkərə
N.Vəzirovun bu komediyasında mülkədarların qayğısız və harın yaşayışı, tüfeyli həyatı tənqid olunur:
A) "Pəhləvani - zəmanə"
B) "Yağışdan çıxdıq, yağmura düşdük"
C) "Adı var, özü yox"
D) "Müsibəti - Fəxrəddin"
E) "Ev tərbiyəsinin bir şəkli"
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında ən mühüm ədəbi hadisə:
A) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətbələri də əhatə etməsi
B) Nizami ənənələrinin davam etdirilməsi
C) poema janrının inkişafı
D) Azərbaycan dilində yazan şairlərin çoxalması
E) farsca yazan şairlərin hökmdarlar tərəfindən himayə olunması
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında ən mühüm ədəbi hadisə:
A) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətbələri də əhatə etməsi
B) poema janrının inkişafı
C) farsca yazan şairlərin hökmdarlar tərəfindən himayə olunması
D) Azərbaycan dilində yazan şairlərin çoxalması
E) Nizami ənənələrinin davam etdirilməsi
M.P.Vaqifin yaradıcılığında hansı janrda yazılmış əsərlər üstünlük təşkil edir?
A) qəsidə
B) müxəmməs
C) gəraylı
D) qəzəl
E) qoşma
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) düşmənə heç vaxt aman verilməməsi
B) əməyə bağlılıq
C) yüksək səmimiyyət, səxavət
D) rəhmdillik
E) vətən, yurd sevgisi
Aşağıdakı sənətkarlardan biri mühacirət ədəbiyyatının nümayəndəsi deyil:
A) Ü.Banin
B) Ə.Hüseynzadə
C) M.Müşfiq
D) M.Ə.Rəsulzadə
E) A.İldırım
Bunlardan biri əks anlayışların, vəziyyətlərin qarşılaşdırılması yolu ilə yaranır:
A) mübaliğə
B) metonimya
C) təşbeh
D) təzad
E) metafora
Verilmiş sözlərdəki qalın saitlərin hamısı hansı bənddə tam əhatə olunmuşdur?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) i, ü, ə
B) a, ı, o
C) i, ü, a
D) a, ı, u
E) ü, a, i
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) mübtəda ilə xəbər
B) təyinlə mübtəda
C) həmcins üzvlər
D) zərfliklə xəbər
E) tamamlıqla xəbər
Hansı cərgədəki sözlər fel şəkillərinin hekayə və şərtinə aiddir?
A) baxsa, görmüşmüş
B) axmışdı, görür
C) qorumuşdu, yazdısa
D) gəldi, almışsa
E) görəcəkdi, baxarmış
"Biz sabah tezdən yola düşməliyik" cüümləsində hansı cümlə üzvü işlənməyib?
A) tamamlıq, zərflik
B) yalnız tamamalıq
C) təyin, zərflik
D) yalnız təyin
E) təyin, tamamlıq
Hansı söz quruluşca sadədir?
A) naxoş
B) naümid
C) namus
D) namərd
E) nainsaf
Dialekt sözləri nədir?
A) Bir-birinə yaxın mənalı sözlərdir.
B) İxtisas və peşə ilə bağlı sözlərdir.
C) Məhəli xarakterli sözlərdir.
D) Nitqdə əsasən, hamı tərəfindən işlədilən sözlərdir.
E) Bir-birinə əksmənalı sözlərdir.
Mücərrəd mənalı ismi göstərin.
A) bitki
B) gözlük
C) qorxu
D) qoruq
E) meydança
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!"   sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) ayrılma
C) müraciət
D) alqış
E) təbrik
"Gah gün çıxır, gah da bulud olurdu"   cümləsində işlənən bağlayıcı hansı növə aiddir?
A) inkar
B) bölüşdürmə
C) birləşdirmə
D) iştirak
E) qarşılaşdırma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top