Tapılan ümumi test sayı : 26

Monoloq və dialoqardan ibarət səhnə dili şəklində qurulur:
A) həm şer, həm də nəsr dili
B) dramaturgiya dili
C) həm şer, həm də dramaturgiya dili
D) şer dili
E) nəsr dili
Elə haqq var ki, gülüm,
haqqın özündən uludur

                           (B.Vahabzadə)
tabeli mürəkkəb cümləsinin növünü təyin edin.
 
A) qarşılaşdırma budaq cümləli
B) şərt budaq cümləli
C) təyin budaq cümləli
D) mübtəda budaq cümləli
E) tərzi - hərəkət budaq cümləli
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
B) eyni tarixi inkişaf yolu keçmiş dillərə
C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
D) eyni yazı mədəniyyətinə malik olan dillərə
E) eyni kökdən törəyən qohum dillərə
Tamamlıq, əsasən, hansı nitq hissələri və feli birləşmələrlə ifadə oluna bilər?
A) isim, fel, zərf; feli sifət və məsdər tərkibləri
B) isim, əvəzlik, fel; feli bağlama və məsdər tərkibləri
C) isim, əvəzlik;  feli sifət və məsdər tərkibləri
D) isim, say, əvəzlik; feli bağlama tərkibləri
E) isim, fel, say; feli sifət və feli bağlama tərkibləri
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
B) [q] - cingiltili samitdir, kar qarşılığı [k`] samitidir.
C) Sözdə 2 sait, 3 samit səs vardır.
D) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
E) [p] - kar samitdir, cingitili qarşılığı [b] samitidir.
"Qəlbisınıq adam" birləşməsindəki sifətin morfoloji təhlili ilə bağlı səhv fikir hansıdır?
A) Birinci tərəfi təsirlik hal şəkilçili isimdir.
B) İkinci tərəfi feldən düzələn sifətdir.
C) Mürəkkəb sifətdir.
D) Necə? nə cür? suallarından birinə cavab verir.
E) Adi dərəcədədir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top