Tapılan ümumi test sayı : 23

Azərbaycan dramaturgiyasında ilk dəfə olaraq hansı əsərdə mifoloji obrazdan istifadə olunmuşdur?
A) "Nadir şah" (N.Nərimanov)
B) "Pəri-cadu" (Ə.Haqverdiyev)
C) "İblis" (H.avid)
D) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə)
E) "Adı var, özü yox" (N.Vəzirov)
Aşağıdakı şairlərdən biri satirik şerlər yazmamışdır:
A) Seyid Əzim Şirvani
B) Seyid Əbülqasim Nəbati
C) Mirzəli Möcüz
D) Qasım bəy Zakir
E) Mirzə Baxış Nadim
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) zavyazka
B) ekspozisiya
C) epiloq
D) proloq
E) epiqraf
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilmişdir?
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya. (S.Vurğun)

 
A) təzad
B) mübaliğə
C) litota
D) epifora
E) kinayə
N.Gəncəvinin hansı qəhrəmanı xain vəzirini dar ağacından asdırır, əvvəlki əyləncələrindən əl çəkib ölkəni idarə etməklə özü məşğul olur?
A) Məhinbanu
B) Xosrov
C) İsgəndər
D) Bəhram
E) Hörmüz
"Sələbiyyə" əsəri barədə verilən fikirlərdən biri səhvdir:
A) Əsərin müəllifi M.B.Xalxalidir.
B) Mövzusu xalq arasında yayılmış nağıl və hekayətlərdən alınmışdır.
C) Əsərdə yeri gəldikcə klassik şerin qəzəl, qəsidə, müxəmməs, rübai janrlarından da istifadə olunmuşdur.
D) Əsərin mərkəzində Tülkü surəti dayanır.
E) Əsər təmsil janrında, məsnəvi şəklində yazılmışdır.
S.Rəhimov epik növün hansı janrında daha böyük uğur qazanmışdır?
A) hekayə, povest
B) hekayə
C) povest
D) povest, roman
E) roman
Sarı Aşığın həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Bayatıları ilə məşhurdur.
B) Yaxşı adlı bir gözəli sevmiş, ona şerlər qoşmuşdur.
C) Gözəlləmə və təcnislər də yazılmışdır.
D) Bayatılarında məhəbbət, dostluq, nəciblik vəsf edilir.
E) XVIII yüzillikdə yaşamışdır.
M.P.Vaqifin və Aşıq Ələsgərin "Görmədim" əsərləri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Hər iki əsərdə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz öz əksini tapıb.
B) Vaqifin "Görmədim" şeri müxəmməs, Aşıq Ələsgərin "Görmədim" şeri isə gəraylı janrında yazılmışdır.
C) Vaqifin şeri əruz vəznində, Aşıq Ələsgərin şeri isə heca vəznindədir.
D) Hər iki əsərdə lirik qəhrəman ittihamçı mövqeyində dayanır.
E) Hər iki əsər ictimai məzmunlu lirikaya daxildir.
Cərgələrdən birində cingiltili samitlər sırasına iki kar samit əlavə olunmuşdur:
A) l, m, n, r, g, d, p
B) z, j, q, ğ, g, t, s
C) v, j, d, z, c, g, y
D) f, t, s, p, ş, j, z
E) q, ğ, d, j, z, b, k
Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, rus şərqşünaslığının banilərindən biri:
A) N.İ.Aşmarin
B) M.Kazım bəy
C) V.V.Radlov
D) M.Kaşğari
E) B.Çobanzadə
"İndi ki ixtiyar məndədir, mən razı deyiləm"   tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) şərt budaq cümləsi
B) qarşılaşdırma budaq cümləsi
C) təyin budaq cümləsi
D) xəbər budaq cümləsi
E) səbəb budaq cümləsi
"Nailiyyət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) Deyilişi ilə yazılışı fərqlənir.
B) Vurğu ikinci hecanın üzərinə düşür.
C) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
D) [i] və [ə] - incə, ddaqlanmayan saitlərdir.
E) Sözdəki samitlərdən biri - [t] kar, qalanları isə cingiltilidir.
"Mimika" termininin izahı hansı cavabda dəqiq göstərilib?
A) Üz əzələlərinin mənalı hərəkətidir.
B) Düzgün nitqə verilən şərtlərdən biridir.
C) Razılılq bildiren nitq etiketidir.
D) Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir.
E) Dialekt sözüdür.
Cümlələrdən birində xitab əlavəli işlənmişdir:
A) Çiçəklən, Azərbaycan - doğma Vətən!
B) Dünən, mayın 15-də  rəssamların sərgisi açıldı.
C) Gələn Əlidir - bacım oğludur.
D) Günaya - XI sinif şagirdinə mükafat verildi.
E) Biz, milli ordunun döyüşçüləri, Vətəni qorumağa and içirik.
"Təsriflənməzdim" sözünün  morfoloji təhlilindəki səhvi göstərin.
A) İsimdən düzəlmiş feldir.
B) Şühudi keçmiş zamanda, I şəxsin təkindədir.
C) Xəbər şəklindədir.
D) Təsirlidir, inkardadır.
E) Məlum növdədir.
"Yavaş-yavaş, sürətlə" sözləri zərfin hansı məna növünə aiddir?
A) səbəb
B) zaman
C) miqdar
D) yer
E) tərzi-hərəkət
Felin hansı qrammatik məna növünün xüsusi şəkilçisi olmur?
A) məchul
B) məlum
C) qayıdış
D) şəxssiz
E) icbar
Sinonim sözlər cərgəsini göstərin.
A) gödək, alçaq, girdə
B) balaca, dolğun, sısqa
C) gödək, qısa, alçaq
D) girdə, yumru, balaca
E) girdə, gödək, gövdəli
"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) arzu
B) qüvvətləndirici
C) dəqiqləşdirici
D) əmr
E) məhdudlaşdırıcı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top