Tapılan ümumi test sayı : 23

Azərbaycan dramaturgiyasında ilk dəfə olaraq hansı əsərdə mifoloji obrazdan istifadə olunmuşdur?
A) "Nadir şah" (N.Nərimanov)
B) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə)
C) "Adı var, özü yox" (N.Vəzirov)
D) "Pəri-cadu" (Ə.Haqverdiyev)
E) "İblis" (H.avid)
Aşağıdakı şairlərdən biri satirik şerlər yazmamışdır:
A) Mirzə Baxış Nadim
B) Seyid Əzim Şirvani
C) Seyid Əbülqasim Nəbati
D) Qasım bəy Zakir
E) Mirzəli Möcüz
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) epiloq
B) ekspozisiya
C) proloq
D) zavyazka
E) epiqraf
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilmişdir?
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya. (S.Vurğun)

 
A) təzad
B) mübaliğə
C) kinayə
D) litota
E) epifora
N.Gəncəvinin hansı qəhrəmanı xain vəzirini dar ağacından asdırır, əvvəlki əyləncələrindən əl çəkib ölkəni idarə etməklə özü məşğul olur?
A) İsgəndər
B) Bəhram
C) Hörmüz
D) Xosrov
E) Məhinbanu
"Sələbiyyə" əsəri barədə verilən fikirlərdən biri səhvdir:
A) Əsərin mərkəzində Tülkü surəti dayanır.
B) Əsərin müəllifi M.B.Xalxalidir.
C) Əsər təmsil janrında, məsnəvi şəklində yazılmışdır.
D) Əsərdə yeri gəldikcə klassik şerin qəzəl, qəsidə, müxəmməs, rübai janrlarından da istifadə olunmuşdur.
E) Mövzusu xalq arasında yayılmış nağıl və hekayətlərdən alınmışdır.
S.Rəhimov epik növün hansı janrında daha böyük uğur qazanmışdır?
A) povest
B) hekayə
C) povest, roman
D) roman
E) hekayə, povest
Sarı Aşığın həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Bayatılarında məhəbbət, dostluq, nəciblik vəsf edilir.
B) XVIII yüzillikdə yaşamışdır.
C) Bayatıları ilə məşhurdur.
D) Yaxşı adlı bir gözəli sevmiş, ona şerlər qoşmuşdur.
E) Gözəlləmə və təcnislər də yazılmışdır.
M.P.Vaqifin və Aşıq Ələsgərin "Görmədim" əsərləri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Vaqifin şeri əruz vəznində, Aşıq Ələsgərin şeri isə heca vəznindədir.
B) Vaqifin "Görmədim" şeri müxəmməs, Aşıq Ələsgərin "Görmədim" şeri isə gəraylı janrında yazılmışdır.
C) Hər iki əsər ictimai məzmunlu lirikaya daxildir.
D) Hər iki əsərdə lirik qəhrəman ittihamçı mövqeyində dayanır.
E) Hər iki əsərdə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz öz əksini tapıb.
Cərgələrdən birində cingiltili samitlər sırasına iki kar samit əlavə olunmuşdur:
A) f, t, s, p, ş, j, z
B) v, j, d, z, c, g, y
C) q, ğ, d, j, z, b, k
D) l, m, n, r, g, d, p
E) z, j, q, ğ, g, t, s
Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, rus şərqşünaslığının banilərindən biri:
A) M.Kaşğari
B) M.Kazım bəy
C) N.İ.Aşmarin
D) V.V.Radlov
E) B.Çobanzadə
"İndi ki ixtiyar məndədir, mən razı deyiləm"   tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) xəbər budaq cümləsi
B) şərt budaq cümləsi
C) təyin budaq cümləsi
D) səbəb budaq cümləsi
E) qarşılaşdırma budaq cümləsi
"Nailiyyət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
A) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
B) Deyilişi ilə yazılışı fərqlənir.
C) [i] və [ə] - incə, ddaqlanmayan saitlərdir.
D) Sözdəki samitlərdən biri - [t] kar, qalanları isə cingiltilidir.
E) Vurğu ikinci hecanın üzərinə düşür.
"Mimika" termininin izahı hansı cavabda dəqiq göstərilib?
A) Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etməkdir.
B) Düzgün nitqə verilən şərtlərdən biridir.
C) Dialekt sözüdür.
D) Razılılq bildiren nitq etiketidir.
E) Üz əzələlərinin mənalı hərəkətidir.
Cümlələrdən birində xitab əlavəli işlənmişdir:
A) Biz, milli ordunun döyüşçüləri, Vətəni qorumağa and içirik.
B) Dünən, mayın 15-də  rəssamların sərgisi açıldı.
C) Gələn Əlidir - bacım oğludur.
D) Çiçəklən, Azərbaycan - doğma Vətən!
E) Günaya - XI sinif şagirdinə mükafat verildi.
"Təsriflənməzdim" sözünün  morfoloji təhlilindəki səhvi göstərin.
A) Xəbər şəklindədir.
B) Təsirlidir, inkardadır.
C) İsimdən düzəlmiş feldir.
D) Məlum növdədir.
E) Şühudi keçmiş zamanda, I şəxsin təkindədir.
"Yavaş-yavaş, sürətlə" sözləri zərfin hansı məna növünə aiddir?
A) zaman
B) tərzi-hərəkət
C) səbəb
D) miqdar
E) yer
Felin hansı qrammatik məna növünün xüsusi şəkilçisi olmur?
A) məlum
B) məchul
C) şəxssiz
D) icbar
E) qayıdış
Sinonim sözlər cərgəsini göstərin.
A) girdə, gödək, gövdəli
B) gödək, qısa, alçaq
C) girdə, yumru, balaca
D) balaca, dolğun, sısqa
E) gödək, alçaq, girdə
"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) məhdudlaşdırıcı
B) arzu
C) qüvvətləndirici
D) dəqiqləşdirici
E) əmr
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top