Tapılan ümumi test sayı : 25

beytin müəllifi kimdir?
Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
A) X.Natəvan
B) S.Ə.Şirvani
C) M.Ş.Vazeh
D) Q.Zakir
E) S.Ə.Nəbati
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Şairin uşaqlıq xatirələri
2. Doğulduğu yerin gözəl mənzərələri
3. Atom sınağının dəhşətləri
4. Xalqın adət-ənənələri
5. İstedadlı rəssam, şair və alimlərinacınacaqlı taleyi
A) 1, 2, 3
B) 3, 4, 5
C) 2, 3
D) 1, 2, 4
E) 3, 5
Biri müxəmməs janrında deyil:
A) M.Ə.Sabir. "Səttarxana"
B) Q.Zakir. "Eylər"
C) M.P.Vaqif. "Görmədim"
D) S.Ə.Şirvani. "Guş qıl..."
E) M.P.Vaqif. "Var"
Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim deyildir öz yerində xeyrü şər.

Müxəmməs janrında yazılmış bu şerin müəllifini göstərin.
A) M.P.Vaqif
B) M.Füzuli
C) M.V.Vidadi
D) Q.Zakir
E) İ.Nəsimi
Alleqoriya haqqındakı fikirlərdən biri yanlışdır:
A) Alleqorik əsərlərdə həm romantik, həm də realist ədəbiyyatda rast gəlmək olar.
B) Təmsil alleqorik janrdır. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani bu janrın klassik nümunələrini yaratmışlar.
C) Alleqoriyada insanlara xas olan xüsusiyyətlər cansızların, bitkilərin, heyvanların timsalında təsvir olunur.
D) Alleqoriya ədəbi janrdır.
E) Alleqoriya bədii əksetdirmənin müxtəlif ədəbi növlərədə özünü göstərən bir formasıdır.
"Koroğlu" və "Dədə-Qorqud" dastanları üçün ortaq xüsusiyyət hansılar sayıla bilər?
1. Eyni tarixi dövrdə və şəraitdə yaranmaları
2. Hər ikisində ayrı-ayrı qəhrəmanlarla bağlı müxtəlif əhvalatların toplanması
3. Həm Dədə-Qorqud, həm də Koroğlunun iki funksiyani-qəhrəman və aşıq funksiyalarını özündə birləşdirmələri
4. Eyni janrlarda şerlərin verilməsi
5. Eyni ideya və mənəviyyatın əks olunması
6. Aşıq - ozan obrazının verilməsi
A) 1, 4
B) 3, 5, 6
C) 2, 5, 6
D) 1, 2, 3
E) 2, 4
XIX əsrin sonlarında Tiflisdə nəşr edilən qəzetlər:
A) "Tazə həyat", "Həyat", "İrşad"
B) "Ziya", "Ziyayi - Qafqaziyyə", "Kəşkül"
C) "Azərbaycan", "Hümmət", "Açıq söz"
D) "Kəşkül", "Açıq söz", "Hümmət"
E) "Tazə həyat", "Kəşkül", "Əkinçi"
N.Nərimanovun "Nadir şah" faciəsi iə bağlı fikirlərdən biri yanlışdır:
A) Əsərdə dramaturqun dövlət quruluşu haqqındakı ideyaları öz əksini tapmışdır.
B) 1905-ci ilə qədər əsərin tamaşaya qoyulmasına icazə verilməmişdir.
C) Əsərdə hakimiyyət uğrunda gedən saray çəkişmələrinin təsirinə də rast gəlirik.
D) Ədəbiyyatımızda ilk tarixi faciədir.
E) Əsər Nadirin yalnız şahlıq dövrünü əhatə edir.
Bu sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil?
A) A.İldırım
B) C.Hacıbəyli
C) S.Mənsur
D) Ə.Hüseynzadə
E) M.Rəsulzadə
Yalnız fars dilində yazan şairlərin cərgəsini göstərin.
A) Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi
B) Fələki Şirvani, Əbül-Üla Gəncəvi, İmadəddin Nəsimi
C) Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli
D) Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi
E) Əfzələddin Xaqani, İzəddin Həsənoğlu, Qazi Bürhanəddin
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) dini anlayışlar
B) tibbi yardım
C) məntiqi fikir
D) fikri yazı
E) şərti işarə
-dıq4 şəkilçisi mənsubiyyət şəkilçisi ilə işlənərək aşağıdakılardan hansını əmələ gətirir?
A) keçmiş zamanın rəvayətini
B) feli sifəti
C) nəqli keçmiş zamanı
D) sifəti
E) feli bağlamanı
Hansı cümlə intonasiya əsasında yaranmış xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Soruşan kimdir, buyursun.
B) Nə qədər bacarırsan, qabağa get.
C) Nə qədər Cahandar ağa sağdır, o, kənddə əl-qol aça bilməyəcəkdir.
D) Adam var başına səpəsən güllər,
Adam var gözünə çəkəsən millər.
E) Yaxşısı budur, görüləsi işlərimizi müəyyənləşdirək.
"Təyyarə görəndə biz uşaq kimi sevinərdik"   cümləsindəki isimlərin təhlili ilə bağlı səhv hansıdır?
A) Hər ikisi konkret isimdir.
B) Hər ikisi adlıq haldadır.
C) Hər ikisi ümumi isimdir.
D) Hər ikisi quruluşca sadə isimdir.
E) Birinci isim fellə bağlıdır.
Başqa dillərdən Azərbaycan dilinə hansı şəkilçilər keçmir?
A) isimdən isim düzəldən şəkilçilər
B) leksik şəkilçilər
C) isimdən sifət düzəldən şəkilçilər
D) ön şəkilçilər
E) qrammatik şəkilçilər
"Üzvlük" sözünün fonetik təhlilinəki səhvləri göstərin:
1. Səslərin sayı hərflərin sayından artıqdır.
2. Sözdə iki incə, qapalı, dodaqlanan sait var.
3. Bir kar, üç cingitili samit işlənmişdir.
4. Vurğu birinci hecaya düşür.
5. Sözdə incə saitlərin ahəngi gözlənilir.
A) 1, 4, 5
B) 2, 4
C) 1, 3, 4
D) 3, 5
E) 1, 2
Hansı birləşmənin birinci tərəfi sifət deyil?
A) ağıllı məsləhət
B) zoğalı rəng
C) möhkəm divar
D) sınıq körpü
E) gümüş qaşıq
"Başqa, özgə, qeyri" qoşmaları ilə cümlənin hansı üzvü xüsusiləşir?
A) xəbər
B) zərflik
C) təyin
D) tamamlıq
E) mübtəda
Hansı söz yalnız qoşma kimi işlənir?
A) kimi
B) əlavə
C) ötrü
D) ilə
E) qeyri
Cümlədə söz sırasına əməl olunmamışdırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) orfoepik
B) qrammatik
C) həm leksik, həm qrammatik
D) leksik
E) orfoqrafik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top