Tapılan ümumi test sayı : 25

beytin müəllifi kimdir?
Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
A) S.Ə.Nəbati
B) Q.Zakir
C) S.Ə.Şirvani
D) M.Ş.Vazeh
E) X.Natəvan
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Şairin uşaqlıq xatirələri
2. Doğulduğu yerin gözəl mənzərələri
3. Atom sınağının dəhşətləri
4. Xalqın adət-ənənələri
5. İstedadlı rəssam, şair və alimlərinacınacaqlı taleyi
A) 3, 5
B) 1, 2, 4
C) 2, 3
D) 1, 2, 3
E) 3, 4, 5
Biri müxəmməs janrında deyil:
A) Q.Zakir. "Eylər"
B) S.Ə.Şirvani. "Guş qıl..."
C) M.P.Vaqif. "Var"
D) M.Ə.Sabir. "Səttarxana"
E) M.P.Vaqif. "Görmədim"
Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim deyildir öz yerində xeyrü şər.

Müxəmməs janrında yazılmış bu şerin müəllifini göstərin.
A) M.Füzuli
B) M.V.Vidadi
C) İ.Nəsimi
D) Q.Zakir
E) M.P.Vaqif
Alleqoriya haqqındakı fikirlərdən biri yanlışdır:
A) Təmsil alleqorik janrdır. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani bu janrın klassik nümunələrini yaratmışlar.
B) Alleqoriya ədəbi janrdır.
C) Alleqoriyada insanlara xas olan xüsusiyyətlər cansızların, bitkilərin, heyvanların timsalında təsvir olunur.
D) Alleqoriya bədii əksetdirmənin müxtəlif ədəbi növlərədə özünü göstərən bir formasıdır.
E) Alleqorik əsərlərdə həm romantik, həm də realist ədəbiyyatda rast gəlmək olar.
"Koroğlu" və "Dədə-Qorqud" dastanları üçün ortaq xüsusiyyət hansılar sayıla bilər?
1. Eyni tarixi dövrdə və şəraitdə yaranmaları
2. Hər ikisində ayrı-ayrı qəhrəmanlarla bağlı müxtəlif əhvalatların toplanması
3. Həm Dədə-Qorqud, həm də Koroğlunun iki funksiyani-qəhrəman və aşıq funksiyalarını özündə birləşdirmələri
4. Eyni janrlarda şerlərin verilməsi
5. Eyni ideya və mənəviyyatın əks olunması
6. Aşıq - ozan obrazının verilməsi
A) 2, 4
B) 2, 5, 6
C) 1, 2, 3
D) 3, 5, 6
E) 1, 4
XIX əsrin sonlarında Tiflisdə nəşr edilən qəzetlər:
A) "Kəşkül", "Açıq söz", "Hümmət"
B) "Ziya", "Ziyayi - Qafqaziyyə", "Kəşkül"
C) "Tazə həyat", "Həyat", "İrşad"
D) "Azərbaycan", "Hümmət", "Açıq söz"
E) "Tazə həyat", "Kəşkül", "Əkinçi"
N.Nərimanovun "Nadir şah" faciəsi iə bağlı fikirlərdən biri yanlışdır:
A) Əsərdə hakimiyyət uğrunda gedən saray çəkişmələrinin təsirinə də rast gəlirik.
B) 1905-ci ilə qədər əsərin tamaşaya qoyulmasına icazə verilməmişdir.
C) Əsər Nadirin yalnız şahlıq dövrünü əhatə edir.
D) Ədəbiyyatımızda ilk tarixi faciədir.
E) Əsərdə dramaturqun dövlət quruluşu haqqındakı ideyaları öz əksini tapmışdır.
Bu sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil?
A) M.Rəsulzadə
B) S.Mənsur
C) A.İldırım
D) Ə.Hüseynzadə
E) C.Hacıbəyli
Yalnız fars dilində yazan şairlərin cərgəsini göstərin.
A) Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi
B) Əfzələddin Xaqani, İzəddin Həsənoğlu, Qazi Bürhanəddin
C) Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi
D) Fələki Şirvani, Əbül-Üla Gəncəvi, İmadəddin Nəsimi
E) Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) şərti işarə
B) fikri yazı
C) dini anlayışlar
D) məntiqi fikir
E) tibbi yardım
-dıq4 şəkilçisi mənsubiyyət şəkilçisi ilə işlənərək aşağıdakılardan hansını əmələ gətirir?
A) feli sifəti
B) keçmiş zamanın rəvayətini
C) nəqli keçmiş zamanı
D) sifəti
E) feli bağlamanı
Hansı cümlə intonasiya əsasında yaranmış xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Nə qədər bacarırsan, qabağa get.
B) Nə qədər Cahandar ağa sağdır, o, kənddə əl-qol aça bilməyəcəkdir.
C) Soruşan kimdir, buyursun.
D) Adam var başına səpəsən güllər,
Adam var gözünə çəkəsən millər.
E) Yaxşısı budur, görüləsi işlərimizi müəyyənləşdirək.
"Təyyarə görəndə biz uşaq kimi sevinərdik"   cümləsindəki isimlərin təhlili ilə bağlı səhv hansıdır?
A) Hər ikisi ümumi isimdir.
B) Hər ikisi quruluşca sadə isimdir.
C) Hər ikisi konkret isimdir.
D) Birinci isim fellə bağlıdır.
E) Hər ikisi adlıq haldadır.
Başqa dillərdən Azərbaycan dilinə hansı şəkilçilər keçmir?
A) ön şəkilçilər
B) isimdən isim düzəldən şəkilçilər
C) isimdən sifət düzəldən şəkilçilər
D) qrammatik şəkilçilər
E) leksik şəkilçilər
"Üzvlük" sözünün fonetik təhlilinəki səhvləri göstərin:
1. Səslərin sayı hərflərin sayından artıqdır.
2. Sözdə iki incə, qapalı, dodaqlanan sait var.
3. Bir kar, üç cingitili samit işlənmişdir.
4. Vurğu birinci hecaya düşür.
5. Sözdə incə saitlərin ahəngi gözlənilir.
A) 2, 4
B) 1, 3, 4
C) 1, 2
D) 1, 4, 5
E) 3, 5
Hansı birləşmənin birinci tərəfi sifət deyil?
A) gümüş qaşıq
B) möhkəm divar
C) zoğalı rəng
D) ağıllı məsləhət
E) sınıq körpü
"Başqa, özgə, qeyri" qoşmaları ilə cümlənin hansı üzvü xüsusiləşir?
A) xəbər
B) tamamlıq
C) zərflik
D) mübtəda
E) təyin
Hansı söz yalnız qoşma kimi işlənir?
A) qeyri
B) ötrü
C) kimi
D) ilə
E) əlavə
Cümlədə söz sırasına əməl olunmamışdırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) qrammatik
B) orfoqrafik
C) həm leksik, həm qrammatik
D) orfoepik
E) leksik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top