Tapılan ümumi test sayı : 25

"Yaxınlıqdakı Söyüdlü arxdan qurbağaların qurultusu eşidilirdi"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) qurultusu - təqlidi sözdən üzəlmiş isimdir, III şəxsə aid mənsubiyyətşəkilçisi qəbul etmişdir
B) yaxınlıqdakı - düzəltmə zərfdir
C) qurbağaların - isimdir, cəm və yiyəlik hal şəkilçisi qəbul etmişdir
D) eşidilirdi - xəbər şəklinin hekayəsində olan feldir, məchul növdədir, təsirsizdir
E) Söyüdlü arx - mürəkkəb addır
"Bu iki kitabları müəllimə çatdırın"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) orfoqrafik
C) qrammatik
D) orfoepik
E) orfoqrafik və qrammatik
Yazının hansı növündə bir neçə səs bir işarə ilə ifadə olunur?
A) əşyavi yazı
B) hecavi yazı
C) hərfi yazı
D) fikri yazı
E) şəkli yazı
"Portret" sözünün fonetik təhlili bağlı düzgün cavabları seçin.
1. Sözün yazılışı iə tələffüzü fərqlənir.
2. Sözdə [o] - dodaqlanan, qalın, [e] - dodaqlanmayan, incə, açıq saitdir.
3. [p], [t] - kar, [r] - cingiltili samitdir.
4. Sözdə ahəng qanunu pozulmuşdur.
5. Vurğu birinci hecaya düşür.
A) 1, 3, 4
B) 2, 5
C) 1, 3, 5
D) 3, 5
E) 2, 4, 5
"Qır" feli bu sözlərdən birinin köküdür:
A) qıraq
B) qırış
C) qırğın
D) qırıldamaq
E) qırçı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top