Tapılan ümumi test sayı : 22
1) | M.Füzulinin "Şikayətnamə" əsəri məzmununa və ideyasına görə onun hansı əsəri ilə daha çox müqayisə edilə bilər? | Xəta bildir |
A) | "Bəngü Badə" |
B) | "Leyli və Məcnun" |
C) | "Padşahi-mülk..." |
D) | "Söhbətül-əsmar" |
E) | "Yeddi cam" |
2) | Biri H.Cavidin "İblis" faciəsindəki surətlər sırasına daxil deyil: | Xəta bildir |
A) | Rəna |
B) | Vasif |
C) | Xavər |
D) | Elxan |
E) | Zəhra |
3) | Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları") Xudayar bəyin ulağı aparmasına nə üçün "yox" deyə bilmir? | Xəta bildir |
A) | Əgər ulağı verməsəydi, "kənddə baş gəzdirmək" mümkün olmazdı. |
B) |
"Yox" deməyə heç imkan da olmadı, Xudayar bəy ulağı zorla apardı. |
C) | Xudayar bəy onun yaxın dostu və xeyirxahı idi, etiraz etmək heç insanlıqdan deyildi. |
D) | O, səxavətli, xeyirxah adam idi, "yox"a dili gəlməzdi. |
E) | Qonşuların, kətdaya xoş gəlmək istəyənlərin təkidi ilə razılıq verməli oldu. |
4) |
Verilən nümunədə işarələnmiş söz məcazın hansı növünə daxildir? Mən aşiq gözüm aya, Qatırın gözü maya. Yel əsdi, zülf dağıldı, Sataşdı gözüm aya. |
Xəta bildir |
A) | metonimiya |
B) | təşbeh |
C) | metafora |
D) | simvol |
E) | epitet |
5) |
Nümunə hansı əsərdən götürülüb? -Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xüsusiyyətini bilsə, doğru sözünə də inanmaz. -Tənbəllikdən qorx ki, o, bütün eyblərdən daha pisdir. |
Xəta bildir |
A) | "Nəsihətnamə" (Ş.İ.Xətai) |
B) | "Nəsihətlər" (A.Bakıxanov) |
C) | "Kitabi-Dədə Qorqud" |
D) | "Rindü Zahid" (M.Füzuli) |
E) | "Danabaş kəndinin əhvalatları" (C.Məmmədquluzadə) |
6) |
Ələsgər, elmində olma nabələd, Doğru söylə, sözün çıxmasın qələt. Şahiddə imam yox, bəydə ədalət... Bəndi tamamlayın. |
Xəta bildir |
A) | Hayif ki, kamalda dərin görmədim. |
B) | Namusun, qeyrətin, arın görmədim. |
C) | Alimin də düz bazarın görmədim. |
D) | Zəhmətin çox çəkdim, karın görmədim. |
E) | Almasın, heyvasın, narın görmədim. |
7) |
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin: 1. Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir. 2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur. 3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir. 4. Süjet iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur. 5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır. |
Xəta bildir |
A) | 1, 3, 4 |
B) | 2, 3 |
C) | 4, 5 |
D) | 2, 3, 4 |
E) | 1, 4, 5 |
8) |
S.Vurğunun "Vaqif" dramında satqınlıq edib Qacarı bu sözlərlə qarşılayan kimdir? Buyurun, qapımız açıqdır sizə, Yurdu tapşırırıq əllərinizə. |
Xəta bildir |
A) | Vəzir |
B) | Kürd Musa |
C) | Arşak |
D) | Qasım |
E) | Şeyx Alı |
9) | Bunlardan yalnız biri təhkiyə əsasında yazılmamışdır: | Xəta bildir |
A) | "Məlikməmmədin nağılı" |
B) | "Aygün" (S.Vurğun) |
C) | "Qan içində" (Y.V.Çəmənzəminli) |
D) | "Yeddi gözəl" (N.Gəncəvi) |
E) | "Məndə sığar iki cahan..." (İ.Nəsimi) |
10) | "Dastani-Əhməd Hərami" poeması ilə bağlı fikirlərdən biri səhvdir: | Xəta bildir |
A) | Hər məclisin əvvəlində və sonunda şair oxucuya üz tutur. |
B) | Təbrizdən Şiraza gələn Əhməd Hərami doqquz yoldaşını itirir və özü də Güləndam tərəfindən ağır yara alır. |
C) | Anadilli epik şerin ilk nümunəsi olan poemada ənənəvi başlıqlar yoxdur. |
D) | Altı məclisdən ibarət olan əsər Güləndamın mənəvi və cismani qələbəsi ilə bitir. |
E) | Poemada süjet bir xətt üzrə inkişaf etdirilir. |
11) | Hansı cərgədəki sözlər fel şəkillərinin rəvayət və şərtindədir? | Xəta bildir |
A) | almışsa, gözləyibmiş, yazdısa |
B) | baxıram, suladı, gəzmişəm |
C) | əkəsidir, görmüşdü, yazacaqdı |
D) | gördü, yazmışdı, baxmalıyam |
E) | sevirik, gələcəkdi, alarmış |
12) |
Aşağıdakı nümunə hansı üslubdadır? Müdafiə Nazirliyinə tapşırılsın ki, hərbi şəhərciklərin və kazarmaların təmiri ilə bağlı lazımi tədbirlər görülsün. |
Xəta bildir |
A) | fərdi |
B) | bədii |
C) | rəsmi-işgüzar |
D) | publisistik |
E) | elmi |
13) |
"Başqa", "əlavə" sözləri işlənmiş hansı cümlələrdə xüsusiləşmiş üzv vardır? 1. Nənədən və Tərlan bibidən başqa, bizim kimsəmiz yoxdur. 2. Həyatın varmıdır mənası bir əfsanədən başqa.(C.Cabbarlı) 3. Tələbə mövzunu yaxşı bilmədiyi üçün müəllim ona əlavə suallar verdi. 4. O, dərs kitablarından əlavə, hüquq elminə aid ən qədim kitabları da oxuyurdu. 5. Başqa bir zövqü var bugünkü toyun. (S.Vurğun) |
Xəta bildir |
A) | 1, 3 |
B) | 2, 3, 4 |
C) | 3, 5 |
D) | 1, 2, 4 |
E) | 3, 4, 5 |
14) |
"Ağappaq" sözünün fonetik təhlilindəki səhvləri müəyyənləşdirin. 1. Hərflərlə səslərin sayı bərabərdir. 2. Birinci sait uzun tələffüz olunur. 3. [a] - qalın, açıq və dodaqlanmayan saitdir. 4. Sözdə iki cingiltili, iki kar samit var. 5. Vurğu üçüncü hecaya düşür. |
Xəta bildir |
A) | 1, 2, 4 |
B) | 2, 4, 5 |
C) | 1, 2, 3 |
D) | 2, 3, 5 |
E) | 2, 3, 4 |
15) |
Cümlələrdən hansılarda "ki" bağlayıcı vəzifəsindədir? 1. Hər kəs (ki) yolunda çəkdi çox cəfa, Bir gün vüsalından görmədi səfa. 2. Bir yarı (ki) könül görə, göz tuta, Lampa nədi, fanus nədi, şam nədi? 3. O kimdi (ki) geyinibdi ağ, qara? 4. O hansı quşdu (ki) eylər həzəri? Hey gedər hər yana salar nəzəri? 5. Mən ki damdan, bacadan baxmaz idim. |
Xəta bildir |
A) | 2, 3, 4 |
B) | 1, 3 |
C) | 1, 2, 5 |
D) | 3, 4 |
E) | 2, 4, 5 |
16) |
"Uşaq" ismi hansı cümlələrdə adlıq haldadır? I. Uşağın dəcəlidir. II. Uşağı axtarıram. III. Uşağı çoxdur. IV. Uşaq böyüdürük. V. Uşağımız böyüyür. |
Xəta bildir |
A) | I, II |
B) | I, IV, V |
C) | II, III, V |
D) | II, IV |
E) | I, III, V |
17) | Təktərkibli cümləni göstərin. | Xəta bildir |
A) | Haqqı nahaqqa verməzlər. |
B) | Bu əlyazması heç kəsə məlum deyildir. |
C) | Alimlər də öz sözlərini dedilər. |
D) | O, mənə heç yalan deməzdi. |
E) | Kiçik bir daxmaya daxil olduq. |
18) | Leksikoqrafın məşğul olduğu sahə: | Xəta bildir |
A) | qrammatika |
B) | lüğətçilik |
C) | morfologiya |
D) | etimologiya |
E) | dialektologiya |
19) | Sözlərdən biri feldən düzəlmişdir: | Xəta bildir |
A) | düzülüş |
B) | düzlük |
C) | düzülmək |
D) | düzgün |
E) | düzüm |
20) | "Ədalət" sözünün leksik təhlilindəki səhvi göstərin. | Xəta bildir |
A) | Alınma sözdür. |
B) | Ümumişlək sözdür. |
C) | Antonimi "ədalət" özüdür. |
D) | Omonim kimi işlənə bilmir. |
E) | Təkmənalıdır. |
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|