Tapılan ümumi test sayı : 22
1) | M.Füzulinin "Şikayətnamə" əsəri məzmununa və ideyasına görə onun hansı əsəri ilə daha çox müqayisə edilə bilər? | Xəta bildir |
A) | "Padşahi-mülk..." |
B) | "Leyli və Məcnun" |
C) | "Söhbətül-əsmar" |
D) | "Bəngü Badə" |
E) | "Yeddi cam" |
2) | Biri H.Cavidin "İblis" faciəsindəki surətlər sırasına daxil deyil: | Xəta bildir |
A) | Vasif |
B) | Elxan |
C) | Zəhra |
D) | Xavər |
E) | Rəna |
3) | Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları") Xudayar bəyin ulağı aparmasına nə üçün "yox" deyə bilmir? | Xəta bildir |
A) | Qonşuların, kətdaya xoş gəlmək istəyənlərin təkidi ilə razılıq verməli oldu. |
B) | Xudayar bəy onun yaxın dostu və xeyirxahı idi, etiraz etmək heç insanlıqdan deyildi. |
C) |
"Yox" deməyə heç imkan da olmadı, Xudayar bəy ulağı zorla apardı. |
D) | Əgər ulağı verməsəydi, "kənddə baş gəzdirmək" mümkün olmazdı. |
E) | O, səxavətli, xeyirxah adam idi, "yox"a dili gəlməzdi. |
4) |
Verilən nümunədə işarələnmiş söz məcazın hansı növünə daxildir? Mən aşiq gözüm aya, Qatırın gözü maya. Yel əsdi, zülf dağıldı, Sataşdı gözüm aya. |
Xəta bildir |
A) | simvol |
B) | epitet |
C) | təşbeh |
D) | metafora |
E) | metonimiya |
5) |
Nümunə hansı əsərdən götürülüb? -Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xüsusiyyətini bilsə, doğru sözünə də inanmaz. -Tənbəllikdən qorx ki, o, bütün eyblərdən daha pisdir. |
Xəta bildir |
A) | "Rindü Zahid" (M.Füzuli) |
B) | "Danabaş kəndinin əhvalatları" (C.Məmmədquluzadə) |
C) | "Nəsihətlər" (A.Bakıxanov) |
D) | "Nəsihətnamə" (Ş.İ.Xətai) |
E) | "Kitabi-Dədə Qorqud" |
6) |
Ələsgər, elmində olma nabələd, Doğru söylə, sözün çıxmasın qələt. Şahiddə imam yox, bəydə ədalət... Bəndi tamamlayın. |
Xəta bildir |
A) | Namusun, qeyrətin, arın görmədim. |
B) | Alimin də düz bazarın görmədim. |
C) | Zəhmətin çox çəkdim, karın görmədim. |
D) | Hayif ki, kamalda dərin görmədim. |
E) | Almasın, heyvasın, narın görmədim. |
7) |
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin: 1. Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir. 2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur. 3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir. 4. Süjet iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur. 5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır. |
Xəta bildir |
A) | 1, 3, 4 |
B) | 1, 4, 5 |
C) | 2, 3 |
D) | 2, 3, 4 |
E) | 4, 5 |
8) |
S.Vurğunun "Vaqif" dramında satqınlıq edib Qacarı bu sözlərlə qarşılayan kimdir? Buyurun, qapımız açıqdır sizə, Yurdu tapşırırıq əllərinizə. |
Xəta bildir |
A) | Qasım |
B) | Arşak |
C) | Vəzir |
D) | Şeyx Alı |
E) | Kürd Musa |
9) | Bunlardan yalnız biri təhkiyə əsasında yazılmamışdır: | Xəta bildir |
A) | "Məlikməmmədin nağılı" |
B) | "Aygün" (S.Vurğun) |
C) | "Qan içində" (Y.V.Çəmənzəminli) |
D) | "Yeddi gözəl" (N.Gəncəvi) |
E) | "Məndə sığar iki cahan..." (İ.Nəsimi) |
10) | "Dastani-Əhməd Hərami" poeması ilə bağlı fikirlərdən biri səhvdir: | Xəta bildir |
A) | Hər məclisin əvvəlində və sonunda şair oxucuya üz tutur. |
B) | Poemada süjet bir xətt üzrə inkişaf etdirilir. |
C) | Təbrizdən Şiraza gələn Əhməd Hərami doqquz yoldaşını itirir və özü də Güləndam tərəfindən ağır yara alır. |
D) | Altı məclisdən ibarət olan əsər Güləndamın mənəvi və cismani qələbəsi ilə bitir. |
E) | Anadilli epik şerin ilk nümunəsi olan poemada ənənəvi başlıqlar yoxdur. |
11) | Hansı cərgədəki sözlər fel şəkillərinin rəvayət və şərtindədir? | Xəta bildir |
A) | əkəsidir, görmüşdü, yazacaqdı |
B) | baxıram, suladı, gəzmişəm |
C) | almışsa, gözləyibmiş, yazdısa |
D) | gördü, yazmışdı, baxmalıyam |
E) | sevirik, gələcəkdi, alarmış |
12) |
Aşağıdakı nümunə hansı üslubdadır? Müdafiə Nazirliyinə tapşırılsın ki, hərbi şəhərciklərin və kazarmaların təmiri ilə bağlı lazımi tədbirlər görülsün. |
Xəta bildir |
A) | elmi |
B) | rəsmi-işgüzar |
C) | fərdi |
D) | publisistik |
E) | bədii |
13) |
"Başqa", "əlavə" sözləri işlənmiş hansı cümlələrdə xüsusiləşmiş üzv vardır? 1. Nənədən və Tərlan bibidən başqa, bizim kimsəmiz yoxdur. 2. Həyatın varmıdır mənası bir əfsanədən başqa.(C.Cabbarlı) 3. Tələbə mövzunu yaxşı bilmədiyi üçün müəllim ona əlavə suallar verdi. 4. O, dərs kitablarından əlavə, hüquq elminə aid ən qədim kitabları da oxuyurdu. 5. Başqa bir zövqü var bugünkü toyun. (S.Vurğun) |
Xəta bildir |
A) | 2, 3, 4 |
B) | 1, 2, 4 |
C) | 3, 4, 5 |
D) | 3, 5 |
E) | 1, 3 |
14) |
"Ağappaq" sözünün fonetik təhlilindəki səhvləri müəyyənləşdirin. 1. Hərflərlə səslərin sayı bərabərdir. 2. Birinci sait uzun tələffüz olunur. 3. [a] - qalın, açıq və dodaqlanmayan saitdir. 4. Sözdə iki cingiltili, iki kar samit var. 5. Vurğu üçüncü hecaya düşür. |
Xəta bildir |
A) | 1, 2, 4 |
B) | 2, 3, 4 |
C) | 1, 2, 3 |
D) | 2, 4, 5 |
E) | 2, 3, 5 |
15) |
Cümlələrdən hansılarda "ki" bağlayıcı vəzifəsindədir? 1. Hər kəs (ki) yolunda çəkdi çox cəfa, Bir gün vüsalından görmədi səfa. 2. Bir yarı (ki) könül görə, göz tuta, Lampa nədi, fanus nədi, şam nədi? 3. O kimdi (ki) geyinibdi ağ, qara? 4. O hansı quşdu (ki) eylər həzəri? Hey gedər hər yana salar nəzəri? 5. Mən ki damdan, bacadan baxmaz idim. |
Xəta bildir |
A) | 3, 4 |
B) | 1, 2, 5 |
C) | 2, 4, 5 |
D) | 1, 3 |
E) | 2, 3, 4 |
16) |
"Uşaq" ismi hansı cümlələrdə adlıq haldadır? I. Uşağın dəcəlidir. II. Uşağı axtarıram. III. Uşağı çoxdur. IV. Uşaq böyüdürük. V. Uşağımız böyüyür. |
Xəta bildir |
A) | I, II |
B) | II, III, V |
C) | I, III, V |
D) | II, IV |
E) | I, IV, V |
17) | Təktərkibli cümləni göstərin. | Xəta bildir |
A) | Kiçik bir daxmaya daxil olduq. |
B) | O, mənə heç yalan deməzdi. |
C) | Bu əlyazması heç kəsə məlum deyildir. |
D) | Haqqı nahaqqa verməzlər. |
E) | Alimlər də öz sözlərini dedilər. |
18) | Leksikoqrafın məşğul olduğu sahə: | Xəta bildir |
A) | dialektologiya |
B) | lüğətçilik |
C) | qrammatika |
D) | etimologiya |
E) | morfologiya |
19) | Sözlərdən biri feldən düzəlmişdir: | Xəta bildir |
A) | düzgün |
B) | düzüm |
C) | düzülmək |
D) | düzülüş |
E) | düzlük |
20) | "Ədalət" sözünün leksik təhlilindəki səhvi göstərin. | Xəta bildir |
A) | Antonimi "ədalət" özüdür. |
B) | Ümumişlək sözdür. |
C) | Alınma sözdür. |
D) | Omonim kimi işlənə bilmir. |
E) | Təkmənalıdır. |
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|