Tapılan ümumi test sayı : 21

S.Vurğunun "Vaqif" həyatın sınağından şərəflə çıxa bilməyən, saray intriqalarının qurbanı olan surət:
A) İbrahim xan
B) Xuraman
C) Qacar
D) Tükəzban
E) Gülnar
XIX əsrdə yaşamış bu şair farsca yazdığı şerində özünün daxili ziddiyyətlərini belə verir:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum.
...Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.

 
A) S.Ə.Şirvani
B) S.Ə.Nəbati
C) M.Ş.Vazeh
D) Q.Zakir
E) M.B.Nadim
"Dastani-Əhməd Hərami" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poema fars dilindədir.
B) Güləndam surəti "Kitabi-Dədə Qorqud" eposundakı mübariz qadınları yada salır.
C) Şarə, zülmə qarşı mübarizə əsərin əsas ideyasıdır.
D) Poema əruzun həzəc bəhrində yazılmışdır.
E) Əsərdə hadisələr məclislər şəklində təsvir olunur.
M.Hadinin "El fəryadı" şeri hansı mövzudadır?
A) məhəbbət
B) vicdan və söz azadlığı
C) qəhrəmanlıq
D) müharibə
E) təbiət gözəlliyinin tərənnümü
Klassik poeziyaya və aşıq ədəbiyyatına aid şerlərin adını hansı prinsip əsasında müəyyənləşdiririk? Daha dolğun cavabı seçin.
A) yalnız rədif əsasında
B) yalnız birinci misra əsasında
C) rədif və ya birinci misra əsasında
D) sonuncu misra əsasında
E) birinci misranın birinci sözü əsasında
H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) dini mövhumat və fanatizm
B) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
C) köhnə adət-ənənələr
D) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
E) hakimlərin zülmü, ədalətsizlik
M.Füzulinin aşağıdakı əsərlərindən biri məsnəvi formasında yazılmamışdır:
A) "Bəngü Badə"
B) "Söhbətül-əsmar"
C) "Yeddi cam"
D) "Leyli və Məcnun"
E) "Ənisül-qəlb"
Aşıq Əlsgər yaradıcılığı ilə bağlı fikirlərdən biri yanlışdır?
A) "Görmədim", "Çıxıbdı", "Olmaz" şerləri Aşıq Ələsgərin təbiət mövzulu şerlərinin ən yaxşı nümunələri sayılır.
B) "Gedibdi", "Dönübdü", "Sevdiyim" qoşmaları məhəbbət mövzusundadır.
C) "Güllü", "Güləndam", "Gülpəri" qoşmalarında gözəlin tərifi əsas yer tutur.
D) "Dağlar" rədifli 2 qoşması vardır.
E) Yaradıcılığının əsas qolunu məhəbbət lirikası təşkil edir.
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində Rüstəm bəyin dilindən verilmiş bu nümunədə bədii dilin hansı elementi özünü göstərir?
"...Smetni statyaları o qədər sokratik edirlər ki, il axırında hesab düz gəlmir..."
A) neologizm
B) arxaizm
C) dialektizm
D) varvarizm
E) vulqarizm
N.Vəzirovun bu əsərlərindən hansılar janrına görə dramdır?
1. "Daldan atılan daş topuğa dəyər"
2. "Nə əkərsən, onu biçərsən"
3. "Yağışdan çıxdıq, yağmura düşdük"
4. "Müsibəti-Fəxrəddin"
5. "Təzə əsrin ibtidası"
A) 2, 5
B) 3, 5
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 4
Birinci tərəfi isim olmayan I növ təyini söz birləşmələri cərgəsini göstərin.
A) isti çörək, yağlı fətir, qızıl saat
B) ağıllı fikir, tunc atlı, köhnə söhbət
C) taxta qaşıq, şirin söhbət, gur şəlalə
D) nurlu baxış, xoş xatirə, daş qəlbli
E) dar keçid, hər şagird, çoxlu kitab
"Müfəttiş" sözünün  təhlilindəki səhvi göstərin.
A) [ş]-kar samitdir, cingiltili qarşılığı [j] samitidir.
B) [m]-cingiltili samitdir, kar qarşılığı yoxdur.
C) 8 hərf, 8 səsdən ibarətdir.
D) Sözün deyilişi ilə yazılışı fərqlənmir.
E) Sözdəki sait səslərin üçü də incidir.
Həmcins mübtədalı sadə cümləni göstərin.
A) O, gözəl, girdəsifət, gənc bir qız idi.
B) Ana həyat verər öz övladına,
  Həm də öz ömründən ömür bağışlar.
C) Sənsən xəlq eyləyən bu yeri, göyü.
D) Hamı gözləyir, amma gələn yoxdur.
E) Nizamilər, Füzulilər bu torpağın qürurudur, fəxridir.
"Nəhayət, bu fikirlər onu inqilabi mübarizəyə çəkmişdi" cümləsində nitq hissələri hansı ardıcıllıqla düzülmüşdür?
A) modal söz - isim - isim - şəxs əvəzliyi - sifət - isim - fel
B) sifət - şəxs əvəzliyi - isim - işarə əvəzliyi - isim - fel
C) modal söz - işarə əvəzliyi - isim - şəxs əvəzliyi - sifət - isim - fel
D) şəxs əvəzliyi - isim - işarə əvəzliyi - sifət - zərf - fel
E) isim - şəxs əvəzliyi - zərf - işarə əvəzliyi - say - fel
Bunlardan biri mürəkkəb adlarla daxil edilə bilməz:
A) respublika bayramlarının adı
B) idarə və təşkilat adı
C) dövlət təltiflərinin adı
D) mürəkkəb xüsusi isimlər
E) coğrafi adlar
Üslub nədir?
A) dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarının öyrənilməsi
B) dil vasitələrindən məqsədəuyğun istifadə üsulu
C) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi
D) nitq prosesində dilin fonetik, leksik, qrammatik qayda-qanunlarının gözlənilməsi
E) dilin ifadə imkanlarının genişliyi
Bəndin hansı misralarında fel işlənmişdir?
Çən dağlardan aranlara süründü,
Yaşıl dağlar ağ dumana büründü,
Budaqlarda sarı yarpaq göründü,
Qatarlaşdı qızıl telli durnalar.

 
A) dördüncü
B) üçüncü
C) birinci
D) bütün misralarında
E) ikinci
Şair-şüəra (şairlər), sirr-əsrar, alim-üləma, şer-əşar.
Tək və cəm formalarında verilmiş belə sözlər morfoloji quruluşu baxımından hansı dillərə aiddir?
A) aqqültinativ (iltisaqi)
B) kök (amorf)
C) həm aqqültinativ, həm flektiv
D) flektiv
E) həm kök, həm flektiv
Hansı sözlərdə vurğu son hecaya düşər?
1. Almaniya           2. şlyapa
3. günbəgün          4. fərasət
5. təsadüfən          6. günəbaxan
7. perspektiv         8. kinoparat
A) 4, 6, 7, 8
B) 3, 4, 5, 6
C) 6, 7, 8
D) 1, 2, 3, 5
E) 4, 5, 7
Filologiya elminin bu sahəsi daha çox praktik səciyyə daşıyır və burada bu və ya digər dil faktı, dil hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir:
A) qrammatika
B) nitq mədəniyyəti
C) ədəbiyyatşünaslıq
D) üslubiyyat
E) tərcüməşünaslıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top