Tapılan ümumi test sayı : 21

S.Vurğunun "Vaqif" həyatın sınağından şərəflə çıxa bilməyən, saray intriqalarının qurbanı olan surət:
A) Xuraman
B) Qacar
C) Tükəzban
D) Gülnar
E) İbrahim xan
XIX əsrdə yaşamış bu şair farsca yazdığı şerində özünün daxili ziddiyyətlərini belə verir:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum.
...Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.

 
A) Q.Zakir
B) M.Ş.Vazeh
C) S.Ə.Şirvani
D) S.Ə.Nəbati
E) M.B.Nadim
"Dastani-Əhməd Hərami" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poema fars dilindədir.
B) Güləndam surəti "Kitabi-Dədə Qorqud" eposundakı mübariz qadınları yada salır.
C) Şarə, zülmə qarşı mübarizə əsərin əsas ideyasıdır.
D) Poema əruzun həzəc bəhrində yazılmışdır.
E) Əsərdə hadisələr məclislər şəklində təsvir olunur.
M.Hadinin "El fəryadı" şeri hansı mövzudadır?
A) təbiət gözəlliyinin tərənnümü
B) müharibə
C) vicdan və söz azadlığı
D) qəhrəmanlıq
E) məhəbbət
Klassik poeziyaya və aşıq ədəbiyyatına aid şerlərin adını hansı prinsip əsasında müəyyənləşdiririk? Daha dolğun cavabı seçin.
A) yalnız birinci misra əsasında
B) rədif və ya birinci misra əsasında
C) sonuncu misra əsasında
D) yalnız rədif əsasında
E) birinci misranın birinci sözü əsasında
H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) köhnə adət-ənənələr
B) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
C) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
D) dini mövhumat və fanatizm
E) hakimlərin zülmü, ədalətsizlik
M.Füzulinin aşağıdakı əsərlərindən biri məsnəvi formasında yazılmamışdır:
A) "Ənisül-qəlb"
B) "Bəngü Badə"
C) "Leyli və Məcnun"
D) "Yeddi cam"
E) "Söhbətül-əsmar"
Aşıq Əlsgər yaradıcılığı ilə bağlı fikirlərdən biri yanlışdır?
A) Yaradıcılığının əsas qolunu məhəbbət lirikası təşkil edir.
B) "Güllü", "Güləndam", "Gülpəri" qoşmalarında gözəlin tərifi əsas yer tutur.
C) "Gedibdi", "Dönübdü", "Sevdiyim" qoşmaları məhəbbət mövzusundadır.
D) "Dağlar" rədifli 2 qoşması vardır.
E) "Görmədim", "Çıxıbdı", "Olmaz" şerləri Aşıq Ələsgərin təbiət mövzulu şerlərinin ən yaxşı nümunələri sayılır.
C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində Rüstəm bəyin dilindən verilmiş bu nümunədə bədii dilin hansı elementi özünü göstərir?
"...Smetni statyaları o qədər sokratik edirlər ki, il axırında hesab düz gəlmir..."
A) neologizm
B) varvarizm
C) dialektizm
D) vulqarizm
E) arxaizm
N.Vəzirovun bu əsərlərindən hansılar janrına görə dramdır?
1. "Daldan atılan daş topuğa dəyər"
2. "Nə əkərsən, onu biçərsən"
3. "Yağışdan çıxdıq, yağmura düşdük"
4. "Müsibəti-Fəxrəddin"
5. "Təzə əsrin ibtidası"
A) 3, 5
B) 1, 3, 5
C) 1, 2, 4
D) 2, 4
E) 2, 5
Birinci tərəfi isim olmayan I növ təyini söz birləşmələri cərgəsini göstərin.
A) isti çörək, yağlı fətir, qızıl saat
B) ağıllı fikir, tunc atlı, köhnə söhbət
C) dar keçid, hər şagird, çoxlu kitab
D) taxta qaşıq, şirin söhbət, gur şəlalə
E) nurlu baxış, xoş xatirə, daş qəlbli
"Müfəttiş" sözünün  təhlilindəki səhvi göstərin.
A) [ş]-kar samitdir, cingiltili qarşılığı [j] samitidir.
B) 8 hərf, 8 səsdən ibarətdir.
C) Sözün deyilişi ilə yazılışı fərqlənmir.
D) Sözdəki sait səslərin üçü də incidir.
E) [m]-cingiltili samitdir, kar qarşılığı yoxdur.
Həmcins mübtədalı sadə cümləni göstərin.
A) Sənsən xəlq eyləyən bu yeri, göyü.
B) O, gözəl, girdəsifət, gənc bir qız idi.
C) Ana həyat verər öz övladına,
  Həm də öz ömründən ömür bağışlar.
D) Hamı gözləyir, amma gələn yoxdur.
E) Nizamilər, Füzulilər bu torpağın qürurudur, fəxridir.
"Nəhayət, bu fikirlər onu inqilabi mübarizəyə çəkmişdi" cümləsində nitq hissələri hansı ardıcıllıqla düzülmüşdür?
A) sifət - şəxs əvəzliyi - isim - işarə əvəzliyi - isim - fel
B) isim - şəxs əvəzliyi - zərf - işarə əvəzliyi - say - fel
C) şəxs əvəzliyi - isim - işarə əvəzliyi - sifət - zərf - fel
D) modal söz - isim - isim - şəxs əvəzliyi - sifət - isim - fel
E) modal söz - işarə əvəzliyi - isim - şəxs əvəzliyi - sifət - isim - fel
Bunlardan biri mürəkkəb adlarla daxil edilə bilməz:
A) mürəkkəb xüsusi isimlər
B) coğrafi adlar
C) idarə və təşkilat adı
D) respublika bayramlarının adı
E) dövlət təltiflərinin adı
Üslub nədir?
A) dilin ifadə imkanlarının genişliyi
B) nitq prosesində dilin fonetik, leksik, qrammatik qayda-qanunlarının gözlənilməsi
C) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi
D) dil vasitələrindən məqsədəuyğun istifadə üsulu
E) dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarının öyrənilməsi
Bəndin hansı misralarında fel işlənmişdir?
Çən dağlardan aranlara süründü,
Yaşıl dağlar ağ dumana büründü,
Budaqlarda sarı yarpaq göründü,
Qatarlaşdı qızıl telli durnalar.

 
A) bütün misralarında
B) üçüncü
C) dördüncü
D) ikinci
E) birinci
Şair-şüəra (şairlər), sirr-əsrar, alim-üləma, şer-əşar.
Tək və cəm formalarında verilmiş belə sözlər morfoloji quruluşu baxımından hansı dillərə aiddir?
A) həm aqqültinativ, həm flektiv
B) aqqültinativ (iltisaqi)
C) flektiv
D) kök (amorf)
E) həm kök, həm flektiv
Hansı sözlərdə vurğu son hecaya düşər?
1. Almaniya           2. şlyapa
3. günbəgün          4. fərasət
5. təsadüfən          6. günəbaxan
7. perspektiv         8. kinoparat
A) 4, 6, 7, 8
B) 1, 2, 3, 5
C) 6, 7, 8
D) 4, 5, 7
E) 3, 4, 5, 6
Filologiya elminin bu sahəsi daha çox praktik səciyyə daşıyır və burada bu və ya digər dil faktı, dil hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir:
A) ədəbiyyatşünaslıq
B) üslubiyyat
C) qrammatika
D) nitq mədəniyyəti
E) tərcüməşünaslıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top