Tapılan ümumi test sayı : 1487

Ötmə əməliyyatını etməkdən qabaq, ötdüyünüz avtomobili xəbərdar etmək üçün işıq siqnalları ilə birlikdə səs siqnalını istifadə etmək olar?
A) Qadağandır.
B) Yaşayış məntəqəsindən kənarda icazə verilir.
C) Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edərkən icazə verilir.
D) Bütün hallarda icazə verilir.
Mütəşəkkil piyada dəstələrini sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində necə işarələmək lazımdır?
A) Qabaqda və arxada qırmızı bayraqcıqlar ilə.
B) Qabaqda - ağ, arxada - qırmızı işıq fənəri ilə.
C) Qabaqda - ağ, arxada qırmızı bayraqcıqlar ilə.
D) Qabaqda və arxada qırmızı işıq fənəri ilə.
Mütəşəkkil piyada dəstələrini günün işıqlı vaxtında necə işarələmək lazımdır?
A) Qabaqda və arxada qırmızı işıq fənəri ilə.
B) Qabaqda - ağ, arxada - qırmızı işıq fənəri ilə.
C) Qabaqda və arxada qırmızı bayraqcıqlar ilə.
D) Qabaqda - ağ, arxada qırmızı bayraqcıqlar ilə.
Siz "B" kateqoriyasına daxil olan yük avtomobilinin sahibi olduğunuz halda aşağıda sadalanan hansı göstəriciyə görə istismarı dayandırmalısız?
A) Tam yüklü vəziyyətdə olan avtomobilinizin duracaq tormoz sistemi onun tərpənməzliyini 18 dərəcədən çox olan enişdə təmin etmədikdə.
B) Tam təchiz olunmuş formada olan avtomobilinizin duracaq tormoz sistemi onun tərpənməzliyini 25 dərəcədən çox olan enişdə təmin etmədikdə.
C) Sadalanan hər iki halda.

Bu vəziyyətdə qırmızı rəngli avtomobilin sürücüsü nə etməlidir?

A) Sürəti azaltmalı və xüsusi ehtiyatliqla hərəkəti davam etdirməlidir.
B) Səs siqnalı verməli və sürəti aşağı salmadan hərəkət etməlidir.
C) Dərhal dayanmalıdır.

Nizamlayıcının bu siqnalında hansı nəqliyyat vasitəsi sola dönə bilər?

A) Heç biri.
B) Trolleybus və yük avtomobili.
C) Siz və motosiklet.
D) Ancaq sayrışan işıqlarını qoşmuş yük avtomobili.
E) Ancaq trolleybus.
Arxanı göstərən xarici güzgülər olmadıqda minik avtomobilinin istismarına icazə verilir?
A) İcazə verilmir.
B) İcazə verilir.
C) Arxa şüşələrdə jalüz olmadıqda icazə verilir.
Siz hansı hallarda avtomobili idarə edə bilərsiniz?
A) Bütün sadalanan hallarda qadağan edilir.
B) Naxoş və ya yorğun vəziyyətdə.
C) 8 saatlıq işdən sonra.
D) Sürücünün diqqətini zəifləşdirən psixotrop maddələrin qəbulundan sonra.

Bu nişanların hansının təsir sahəsində 40-50 dəqiqə müddətində dayanmaq qadağan deyildir?

A) Heç birində qadağan deyildir.
B) Hər birində qadağandır.
C) Ancaq 2.
D) Ancaq 1.

İcazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilində soldan birləşən yola dönəndən sonra hansı maksimal sürətlə hərəkət edə bilərsiniz?

A) 20 km/s.
B) 60 km/s.
C) 70 km/s.
Elastik və ya sərt birləşdirici ilə yedəyə alma zamanı nəqliyyat vasitəsinin bort platformasında adamların daşınmasına icazə verilir?
A) Yedəyə alan və yedəyə alınan nəqliyyat vasitələrində icazə verilir.
B) Yedəyə alan nəqliyyat vasitəsində icazə verilir.
C) İcazə verilmir.
Göstərilən yerlərin hansında mühərriki söndürmədən durmaq qadağandır?
A) Duracaq zonasında.
B) Yaşayış zonasında.
C) Yaşayış zonasında və həyət yerlərində.
D) Bunların hamısında.
E) Dincəlmə yerində.

Texniki xidmət avtomobili sol zolaqda hərəkət etməklə qaydaları pozur?

A) Əgər digər nəqliyyat vasitələrinə maneçilik torətmirsə pozmur.
B) Pozur.
C) Pozmur.

Bu vəziyyətdə üstünlük kimə verilir?

A) Hərəkət edən avtomobilə.
B) Dayanmış avtomobildən çıxan sərnişinlərə.
C) Müəyyən qaydaya tabe edilməmişdir.
Aşağıda sadalanan hansı halda minik avtomobilinin istismarına icazə verilir?
A) Sadalanan halların hər birinə görə istismar qadağandır.
B) Şinlərin naxışlarının qalmış hündürlüyü 1,6 mm-dən az olduqda.
C) Arxa oxuna protektoru müxtəlif naxışlı olan şinləri geydirildikdə.
D) Qabaq oxuna radial şinləri geydirildikdə.

Bu yerdə yük avtomobilinə durmağa icazə verilir?

A) Xeyr.
B) Bəli, əgər icazə verilən maksimum kütlə 3,5 t-dan azdırsa.
C) Bəli.
Uşaqların aparmağı zamanı hansı şərtə əməl olunmalıdır?
A) Nəqliyyat vasitələrinin önündə "Uşaqlar" tanınma nişanı olmalıdır.
B) Uşaqları dəstə halında böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
C) Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
D) Nəqliyyat vasitələrinin önündə və arxasında "Uşaqlar" tanınma nişanı olmalıdır.
Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə yük düşdükdə nə etmək lazımdır?
A) Qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymaq.
B) Qəza dayanması işıq siqnalını yandırmaq.
C) Qəza dayanma nişanı qoymaq.

Avtomobili yolun bu sahəsində hansı yerdə duracağa qoya bilərsiniz?

A) Ancaq 500 metrdən sonra xüsusi meydançada.
B) Sadalanan yerlərin hər birində.
C) Yol çiyninin hər bir yerində.

"Qəza dayanacağı yeri" nişanı hansıdır?

A) Sağdakı.
B) Soldakı.
C) Heç biri.
D) Soldakı və sağdakı.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top